Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə21/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
51
də,  dünyada  ikinci  belə  ölkələr  tapmaq 
çətindir ki, bir-birinə bu qədər bağlı olsun, 
bir-birinə bu qədər dəstək versin” [32]. Dərin 
ortaq  tarixi  köklərlə,  oxşar  mədəniyyət  və  
dillərlə səciyyələnən bu iki xalq bu gün ge-
osiyasi, geoiqtisadi və geostrateji baxımdan 
biri-birini tamamlayır, beynəlxalq səviyyədə 
keçirilən  müxtəlif  forum  və  toplantılarda, 
beynəlxalq  təşkilat  və  layihələrdə  bir-birini 
daim dəstəkləyir.
Anadolu türkcəsi və Azərbaycan türkcəsi 
kimi  adlandırılan  türk  və  Azərbaycan 
dilləri  daha  geniş  bir  türk  coğrafiyasında 
məskunlaşmış  türkdilli  xalqların  dilləri  ilə 
eyni bir tarixi kökə mənsubdur. Bu gün türk-
dilli  xalqları  bir-birinə  daha  da  yaxınlaşdır-
maq  və  onların  ünsiyyətini  asanlaşdırmaq 
məqsədilə  millətlərarası  ünsiyyət  vasitəsi 
kimi ortaq türk dilinin yaradılması ətrafında 
müzakirələr  davam  etməkdədir.  Son  məqsəd  kimi  belə  bir  regional  lingua 
franca  yaradılarsa,  o  gələcəkdə  BMT-də  və  digər  beynəlxalq  təşkilatlarda 
beynəlxalq dil kimi rəsmi və ya işçi status da əldə edə bilər.      
 Bu kontekstdə millət vəkili Q.Paşayevanın fikrincə, “türkdilli ölkələrin real bir-
liyinin yaradılması baxımından mövcud mexanizmlər çərçivəsində ortaq dildən 
istifadə olunması vacib amil kimi ön plana çıxır. Əvvəllər türkdilli dövlətlər ara-
sında keçirilən zirvə görüşlərində və yüksək səviyyəli digər toplantılarda əksər 
hallarda rus dilindən istifadə olunsa da, TürkPA-nın İstanbul toplantısında hər 
bir dövlətin nümayəndəsi ana dilində danışır, bu çıxışlar sinxron tərcümə edilirdi. 
Bu həm türklərin bir-birlərini daha yaxından başa düşməsi üçün geniş imkanlar 
açır, həm də hər bir türkdilli dövlətin özünəməxsusluğunu toplantı iştirakçılarına 
çatdırmağa imkan verir. Bu mənada, türkdilli ölkələrin gələcəkdə vahid dildə da-
nışması ideyasının reallaşması istisna edilməməlidir” [33, s.59].  
Lakin  bu  məsələ  ilə  bağlı  hələlik  müəyyən  bir  fikir  müxtəlifliyi  hökm 
sürməkdədir, konkret olaraq “türk xalqlarının hamısı yekdilliklə birliyin vacib-
liyini qeyd etsələr də, söz ortaq türkcəyə gəldikdə, hər biri ya öz dilini, ya da 
türk dilləri əsasında yeni bir dilin yaranmasını təklif edir” [34, s.66]. Eyni za-
manda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri 
N.Cəfərov  tərəfindən  Türkiyə  türkcəsinin  ortaq  türk  dili  kimi  qəbul  edilməsi 
təklif etmişdir. Onun fikrincə, Türkiyə türkcəsi bu gün “artıq ortaq ünsiyyətdə 
də  istifadə  edilir.  Eyni  zamanda  bu  türkcə  digər  türk  dillərinin  hesabına 
zənginləşir” [35]. 
Beləliklə, türkdilli dövlətlərin və xalqların bir-biri ilə yaxın gələcəkdə hansı 
lingua franca vasitəsilə ünsiyyət yaradacaqları hələlik bir qədər müəmmalı gö-
Bu gün türkdilli xalqları 
bir-birinə daha da 
yaxınlaşdırmaq və onların 
ünsiyyətini asanlaşdırmaq 
məqsədilə millətlərarası 
ünsiyyət vasitəsi kimi ortaq 
türk dilinin yaradılması 
ətrafında müzakirələr davam 
etməkdədir. Son məqsəd kimi 
belə bir regional lingua franca 
yaradılarsa, o, gələcəkdə 
BMT-də və digər beynəlxalq 
təşkilatlarda beynəlxalq dil 
kimi rəsmi və ya işçi status da 
əldə edə bilər.


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
52 
rünür, lakin hamını birləşdirən regional millətlərarası ünsiyyət vasitəsinə ehti-
yacın olduğu getdikcə daha çox duyulmaqdadır.       
Nəticə
Bu  gün  Şərq  və  Qərbin  qovşağında  yerləşən  Azərbaycanın  prioritet 
vəzifələrindən  biri  də    neft  və  qaz  resurslarının  əlverişli  istifadə  edilməsinə 
arxalanaraq, milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət həyata 
keçirməklə ölkənin beynəlxalq səviyyədə səmərəli əməkdaşlığa açıq olması-
na imkanlar yaratmaqdır. Bu siyasətin vacib hissəsi kimi Azərbaycanın müxtəlif 
mədəni və tarixi irsə, böyük turizm potensialına, biznes üçün əlverişli şəraitə, 
tolerantlıq və qonaqpərvərlik ənənələrinə malik bir ölkə kimi dünya miqyasın-
da müsbət imicinin formalaşdırılmasıdır. 
Bu vəzifənin həyata keçirilməsində gənc nəslin üzərinə böyük məsuliyyət 
düşür.  Onların  əksəriyyətinin  gələcəkdə  dövlət  dili  olan  Azərbaycan  dili  ilə 
yanaşı  ən  azı  iki  beynəlxalq  dildə  dünya  miqyasında  ünsiyyət  aparması  və 
fəaliyyət  göstərməsi  üçün  ölkədə  uzunmüddətli  dil  və  təhsil  siyasəti  həyata 
keçirilməlidir.  
Eyni zamanda xarici dil bilikləri bu baxımdan hər hansı bir xarici dövlətin po-
tensial təsir vasitəsi kimi deyil, əksinə Azərbaycan vətəndaşlarının əhəmiyyətli 
bir  üstünlüyü  kimi  qiymətləndirilməlidir.  Məhz  bu  xarici  dillər  azərbaycanlı 
gənclərin  müasir  dünyaya  asanlıqla  inteqrasiya  etməsinə,  digər  ölkələrdən 
olan həmyaşıdları ilə qlobal və regional əmək bazarlarında layiqincə rəqabət 
aparmasına imkan yaradır ki, bu da öz növbəsində Azərbaycanın gələcək inki-
şafını təmin edən vacib şərtlərdən biridir. 
İstifadə edilmiş ədəbiyyat:
1.   Lingua franca (italyan dilində lingua franca — frank dili deməkdir) müxtəlif etnosla-
rın nümayəndələrinin bir-biri ilə ünsiyyət qurmaq üçün istifadə etdikləri dil. Bu ifadə 
vaxtilə Aralıq dənizi regionunda yaşayan xalqların bir-biri ilə danışdıqları qarışıq bir 
dilə aid edilirdi.
2.  Major World Languages. In: Encyclopedia of Bilingualism and Bilingual Education. 
Edited by Colin Baker and Sylvia Prys Jones, Multilingual Matters, 1998, p. 301-307. 
     http://books.google.com.au/books?id=YgtSqB9oqDIC&printsec=frontcover&sourc
e=gbs_v2_summary_r&cad=0#v=onepage&q&f=false
3.   BMT-nin Dag Hammarskjöld kitabxanasının rəsmi internet səhifəsi:
     http://ask.un.org/faq/14463
4.   Huntington S. The Clash of Civilizations and the Remaking of World Order, New 
York: Simon and Schuster, 1996.
5.   Böyük Britaniya Konsulluğunun rəsmi internet səhifəsi:


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə