Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə62/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
155
qanunauyğun  olanla  qanunauyğun  olmayanı  ayıran  xətti  görünməz  edir. 
Buna görə də, xüsusilə KİV-in fəaliyyətində dəqiq kriteriyaların yaradılmasına 
ehtiyac var.
Hüquqdan  sui-istifadə  halları  həmişə  hüquqşünas  alimləri  düşündür-
müşdür. Tədqiqatçılar bu halı yaradan bir neçə səbəbi qeyd edirlər. Məsələn, 
İ.N.Senyakin  belə  hesab  edir  ki,  birincisi,  sui-istifadənin  nəticələri  müasir 
qanunvericilikdə o qədər də aydın təsbit olunmamışdır. İkincisi, bu cür nəticələr 
heç də həmişə tam hüquqi xarakter daşımır. Üçüncüsü, qanunvericiliyin qeyri-
mükəmməlliyi bəzən subyekti belə hərəkətlərə sövq edir [6, s.7].
Hüquqdan sui-istifadə təkcə əxlaqi deyil, ilk növbədə hüquqi təzahürdür. O, 
şəxsdə subyektiv hüquqların sayını, bu hüquqları reallaşdırmaq üzrə fəaliyyəti 
həyata keçirməyi, sui-istifadənin şəxsi və ya ictimai maraqlara zərər vurmasını, 
konkret hüquqi qadağaların pozulmasının olmamasını nəzərdə tutur. Bu say-
dıqlarımızı tamamilə kütləvi informasiya azadlığından sui-istifadəyə aid etmək 
olar. KİV-in azadlığından sui-istifadənin mahiyyəti jurnalistlərə verilən hüquqla-
rın onların təyinatında əks olmasıdır. Jurnalistlər öz hüquqlarını realizə edərkən 
sosial  baxımdan  vacib  funksiyaları  lazımınca  yerinə  yetirmirlər.  Nəticədə  isə 
qeyri-obyektiv informasiyanın verilməsi, böhtan xarakterli şayiələrin yayılması, 
təhqiredici  ifadələrin,  sifarişli  məqalələrin  çap  olunması,  kütləvi  şüura  mənfi 
stereotiplərin yeridilməsi halları baş verir. KİV-in fəaliyyət sferasında hüquqdan 
sui-istifadəni  aid  olduğu  konkret  subyektin  mövqeyində  nəzərdən  keçirmək 
olar. Bu, redaksiya, jurnalist və s. ola bilər.
3. KİV-in fəaliyyətində sivilizasiyanın müxtəlifliyi vacib amildir
Azərbaycan Respublikası beynəlxalq hüququn müstəqil subyektinə çevril-
miş, dövlətçiliyini müntəzəm şəkildə inkişaf etdirməyə və milli maraqları qo-
rumağa istiqamətlənmiş xarici siyasət həyata keçirir. Azərbaycanın müasir sivil 
inkişaf prosesinə qoşularaq onun fəal subyektinə çevrilməsi daha çox aşağıda 
göstərilən iki mühüm amillə şərtlənir:
- Azərbaycanda sivil cəmiyyət quruculuğunun davamlı xarakter daşıması.
- Azərbaycanın qlobal informasiya məkanına sürətli inteqrasiyası.
Birinci amil Azərbaycanın siyasi qloballaşmasını zəruri etmişdirsə, ikinci amil 
informativ qloballaşmanın determinantına çevrilmişdir.
 Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq 
və  regional  təşkilatlara,  o  cümlədən  İslam  Konfransı  Təşkilatı,  Birləşmiş 
Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa Şurası və çoxlu sayda digər 
təşkilatlara üzv olmuş, NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlıq et-
mişdir [7, s.185].
Lakin  ölkənin  qlobal  informativ  məkana  inteqrasiyası  onun  inkişafını  sti-
mullaşdırmaqla yanaşı, bəzi problemlər də yaradır. Onların vaxtında aşkarlan-
ması və önləyici tədbirlərin görülməsi həyati vacib məsələlərdəndir. Ölkənin 
qloballaşma prosesində fəal iştirakı özlüyündə ictimai inkişafın qarantı olaraq 
KİV sahəsində mühüm beynəlxalq dəyərlərin ratifikasiyası ilə yadda qalmışdır. 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
156 
Dinamik  dəyişən  dünyada  özünə  layiqli  yer  tutmağa  çalışan  dövlətlər  yeni-
yeni inkişaf konsepsiyaları hazırlayırlar. Son illər Azərbaycanda KİV sahəsində 
bir  çox  yeni  inkişaf  strategiyaları  hazırlanmışdır,  o  cümlədən  cəmiyyətin 
modernləşməsi və demokratikləşməsi, KİV sahəsində qanunvericiliyin inkişaf 
etdirilməsi sahəsində bir sıra konseptual tədqiqatlar aparılmışdır. 
Demokratik dövlətlərdə vətəndaşların informasiya əldə etmək zərurəti KİV-in 
cəmiyyətin həyatında təkcə informasiya siyasətinin obyekti kimi deyil, həm də 
subyekti kimi mühüm rol oynamasına səbəb olur. Bu mənada etiraf etmək lazım-
dır ki, KİV vətəndaş cəmiyyəti strukturunda öz rolunu yerinə yetirməklə vətəndaş 
cəmiyyətinin digər institutlarının formalaşması vəzifəsini həyata keçirir.
Dövlətçilik vətəndaş cəmiyyətinə daxilən xas olsa da, onunla eyni deyil. Mon-
teskyö vətəndaş və dövlət qanunlarını, siyasi qanunları bir-birindən fərqləndirir 
[8,  s.125].  Vətəndaş  qanunları  vətəndaş  cəmiyyətinə  xas  münasibətləri  - 
mülkiyyət, vətəndaşların könüllü birlikləri və s. münasibətləri reqlamentləşdirir. 
Dövlət qanunları isə başlıca olaraq siyasi hüquqları və elə həmin vətəndaşların 
azadlıqlarını nizamlayır. Monteskyö vətəndaş cəmiyyəti və dövlət qanunlarının 
dialektik vəhdətdə və ziddiyyətdə olduğunu göstərir və belə güman edir ki, bu 
vəhdətin bir tərəfinin yoxa çıxması hökmən böyük ictimai sarsıntılara gətirib 
çıxaracaq və bu baxımdan vətəndaş cəmiyyəti cəmiyyətin özbaşınalıqlardan və 
diktaturadan qorunmasının ən mühüm qarantıdır.
Vətəndaş cəmiyyəti özü təşkil olunan və öz-özünə inkişaf edən bir sistemdir. 
Bununla yanaşı, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti 
yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və 
səmərəli şəkildə fəaliyyət göstərir və inkişaf edir. Vətəndaş cəmiyyətinin həyati 
fəaliyyətinin başlıca şərti onun hər bir üzvünün konkret mülkiyyətə və ya belə 
bir mülkiyyətə yiyələnməkdə iştirak imkanına, ondan öz istədiyi kimi istifadə 
edə bilmək və onun barəsində sərəncam vermək hüququna malik olmasıdır. 
Mülkiyyət  sahibi  olmaq  vətəndaş  cəmiyyətində  şəxsiyyət  azadlığının  əsas, 
təməl şərtidir.
Vətəndaş cəmiyyəti geniş və hərtərəfli informasiyanı əldə etmək baxımın-
dan açıq bir cəmiyyətdir. Burada münasibətlər vətəndaşların bilavasitə bir-biri 
ilə əlaqə saxlaması ilə yanaşı, həmçinin qeyri-çap KİV - televeriliş, internet və 
radio vasitəsilə də inkişaf edə bilər. KİV vətəndaşların hüquqi düşüncəsinin for-
malaşmasına da əhəmiyyətli təsir göstərir.
Müasir  dövrdə  KİV-lərin  bu  qədər  inkişaf  etdiyi  dünyada  vətəndaş 
cəmiyyətləri  çox  zaman  dövlətin  müdaxiləsi  olmadan  daha  tez  xaotik 
vəziyyətlərlə üzləşir. Hələ Nikkolo Makiavelli öz dövründən çıxış edərək dövləti 
insan  iradəsinin  ən  ali  təzahürü,  ona  qulluq  etməyi  isə  həyatın  mənası  və 
xoşbəxtliyi hesab edirdi. Eyni zamanda o, belə güman edirdi ki, qorxu və zo-
rakılığın köməyi ilə öz təbəələrini idarə etmək imkanına və hüququna malik 
hökmdar onları qıcıqlandırmamaq üçün bundan sui-istifadə etməyəcək, onla-
rın mülkiyyət və şəxsi hüquqlarını pozmayacaq [9, s.86].
Hegel  vətəndaş  cəmiyyəti  problemini  nəzərdən  keçirərkən  bu  nəticəyə 
gəlib  ki,  vətəndaş  cəmiyyəti  öz-özlüyündə  Orta  əsrlərdən  Yeni  dövrə 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə