Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə65/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   61   62   63   64   65   66   67   68   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
162 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
163
XARİCİ  SİYASƏT  VƏ 
DİPLOMATİYA TARİXİ 
MƏNBƏLƏRDƏ


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
164 
XV–XVI əsrlərdə 
Azərbaycanın 
türk dövlətləri ilə 
diplomatik əlaqələri 
tarixindən


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
165
Açar sözlər: Azərbaycan, XV-XVI əsrlər, türk dövlətləri, diplomatiya tarixi, Osmanlı 
imperiyası, Sultan Süleyman Qanuni, I Şah İsmayıl, Teymur, Xoca Səadəddin Əfəndi, 
“Tac üt-təvarix”
Key words: Azerbaijan, XV-XVI centuries, Turkish states, diplomatic history, Ottoman 
Empire,  Sultan  Suleyman  the  Great  (Ganuni),  Shah  Ismail  I,  Tamerlane,  Khodga 
Sadeddin Efendi, “Tajut-tevarikh”
Ключевые  слова:  Азербайджан,  XV-XVI  века,  Тюркские  государства,  история 
дипломатии,  Османская  империя,  Султан  Сулейман  Великолепный  (Кануни), 
Шах Исмаил I, Тимур (Тамерлан), Ходжа Садеддин Эфенди, “Тадж ут теварих” 
XV–XVI əsrlərdə 
Azərbaycanın 
türk dövlətləri ilə 
diplomatik əlaqələri 
tarixindən
Tahir 
CƏFİYEV 
AMEA A.Bakıxanov adına 
Tarix İnstitutunun aparıcı elmi işçisi, 
tarix üzrə fəlsəfə doktoru  
Cafievtahir@gmail.com


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
166 
Giriş
Zəngin  dövlətçilik  tariximizin  öyrənilməsində  Azərbaycan  dövlətlərinin 
diplomatik  münasibətlərinin  tədqiqi  müstəsna  əhəmiyyət  kəsb  edir.  Orta 
əsrlərdə Azərbaycanın mövcud olduğu regionda diplomatik münasibətlərdən 
danışarkən  tədqiqatçıların  əksəriyyəti  türk–müsəlman  dövlətlərində  bu 
əlaqələrin  elçilər  vasitəsilə  tənzimləndiyini  qeyd  etmişlər.    Tədqiqatçıların 
əsərlərində  dövrə  bağlı  diplomatik  etiket  qaydaları,  dövlət  başçıları  və 
şahzadələrin qəbulu məsələlərinə diqqət yetirilmişdir. 
1. Orta əsr qaynaqlarında hökmdarlar və şahzadələrin 
qarşılanma mərasimlərinin təsviri
Orta  əsr  qaynaqlarında  hökmdarlar  və  şahzadələrin  başqa  dövlətlərə 
getmələrinin geniş təsviri yer almaqdadır. Bu materiallara əsasən deyə bilərik 
ki,  hökmdarların  başqa  dövlətlərə  getmələri  onların  taxt-tacları  üçün  ciddi 
təhlükə olduğu təqdirdə mümkün olurdu. XIV əsrin sonu XV əsrin əvvəllərində 
Əmir Teymur təhlükəsi üzündən Sultan Əhməd Cəlairi və Qara Yusifin əvvəlcə 
Osmanlı  dövlətinə,  sonra  isə  Misir  Məmlük  dövlətinə  getmələri  məlum 
hadisədir. Hökmdar və şahzadələrin başqa dövlətlərə getdikləri zaman siyasi 
vəziyyətdən asılı olaraq qəbul edilmələrinin mənbələrdə təsviri bir sıra tarixi 
həqiqətləri ortaya qoymağa imkan verir. Bu baxımdan XVI əsr Osmanlı müəllifi 
Xoca  Sədəddin  Əfəndinin  “Tacüt-təvarix”  əsərində  Qaraqoyunlu  hökmdarı 
İsgəndər Mirzənin Ruma getməsinin təsviri maraq doğurur. Xoca Əfəndi yazır: 
“Bu ildə Teymur xan oğlu Şahrux qorxusundan İsgəndər bəy qaçıb Ruma gəldi 
və Şahrux Mirzə İraq vilayətini qarət və xərab etdi” [1,  s.630/178a; 2, I c.,  s.366; 
3, II c., s.200]. İsgəndər Mirzə qışı bu diyarda keçirmək üçün Osmanlı sultanına 
übudiyyətnamə (itaət məktubu - T.C.) yazır. Burada o, Osmanlı sarayına bağ-
lılığını atasının və Osmanlı sultanının babası arasında olan dostluğun davamı 
kimi xatırladır və qışlamaq üçün bir guşə rica edir. II Sultan Murad isə Amasya 
və Toqat hakimi olan Yerküc paşaya hökm göndərərək “orada İsgəndər Mirzəni 
yerləşdirməkdə ehtiyatlı davranmağı, padşaha uyğun bir şəkildə onu qonaq 
saxlamağı” tövsiyə edir [2, I c., s.348; 3, II c., s.178]. Osmanlı sultanının ehtiyatlı 
davranma tələbi, təbii ki, Ruma doğru çəkilən Qaraqoyunlu hökmdarının güclü 
hərbi  qüvvəyə  malik  olmasından  irəli  gəlirdi.  Belə  ki,  Toqata  çəkilməmişdən 
əvvəl  onun  yolunu  Gürcüstan  sərhədində  “Duşqaya”  adlı  yerdə  Ağqoyunlu 
qüvvələri kəsmişdi, lakin onlar İsgəndər Mirzə tərəfindən məğlubiyyətə uğra-
dılmışdı. Bu zaman arxadan İsgəndər Mirzənin qoşununu Şahruxun oğlu Əmir 
Cöngənin  [ərəb  qrafikasının  türk  sözlərinin  oxunmasında  yaratdığı  yanlışlıq 
üzündən onun adı müasir elmi ədəbiyyatda “Cuki” kimi verilir. Düzgün oxunuş 
üçün bax: 4, s.29; 5, s.146] başçılığı altında Teymuri qüvvəsi təqib edirdi. Ağqo-
yunlular İsgəndər Mirzənin qarşısında tab gətirə bilmədiklərindən Ərzincana 
çəkilmiş və 1435-ci il avqustun sonu - sentyabrın əvvəllərində burada Qara-
qoyunlu  sərkərdəsi  ilə  Qara  Yuluq  arasında  baş  vermiş  döyüşdə  acınacaqlı 
məğlubiyyətə uğramışdılar. Nəticədə İsgəndər Mirzə Ağqoyunlu bəyinin başını 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
167
kəsərək Məmlük sultanına göndərmişdi [6, 
s.79-81; 7, s.64-66, 248; 4, s.29; 8,  c.I, s.136; 
9, s.7]. 
Osmanlı  sultanının  fərmanına  uyğun 
olaraq,  xəzinədən  İsgəndər  Mirzəyə  layiqli 
hədiyyələr  –  zərə  tutulmuş  geyimlər,  mi-
ras  silahlar,  daş-qaşla  bəzədilmiş  bir  neçə 
at  və  sadalanması  mümkün  olmayan  baş-
qa  hədiyələr  göndərilmişdi  [2,  I  c.,  349;  3, 
II  c.,  178].  Məmlük  tarixçiləri  Qaraqoyunlu 
hökmdarına II Murad tərəfindən on min al-
tun pul da göndərildiyini yazmışlar [8,  I c., 
s.136; 10, s.19].
Hökmdar  və  şahzadələrin  qarşılanma 
mərasimindən  danışan  Böyük  Şah  Ab-
bas  Səfəvi  (1587–1629)  dövrünün  tarixçisi 
İsgəndər  bəy  Türkman  “Tarixe  aləm  araye-
Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) 
əsərində  1541/2-ci,  1558/9-cu  il  hadisələri 
ilə bağlı təsvirlərə belə yer verir: “Mərhum  
padşah  Məhəmməd  Hümayun  ibn  Babur 
padşah  İbn  Ömər  Şeyx  Mirzə  ibn  Sultan 
Əbu Səid Gurəkanın xeyir amallı (xeyrməal) 
əhvalatı və Rum məmləkətlərinin hökmdar-
ları nəslindən olan bəd əqidəli şahzadə Sul-
tan Bayazid ibn Sultan Süleyman ibn Sultan 
Səlimin  hadisəsidir.  Onların  hər  ikisi  fələk 
hadisələrinin  ucbatından  cənnətməkan  şa-
hın sarayına (ələbə) pənah gətirmişlər” [11, 
s.189]  Böyük  Moğol  hökmdarı  Humayun 
Şirxan  əfqanla  döyüşdə  məğlub  olduqdan 
sonra qardaşlarının müxalifəti ilə üzləşdi. O, hakimiyyətini bərpa etmək üçün 
Səfəvi dövlətindən yardım almaq niyyətinə düşdü. “O cənaba vəfadar və onun-
la səfər yoldaşı olmaqla müşərrəf olan əmirlərdən, cannisar mülazimlərdən və 
sədaqət şüarlı xidmətçilərdən altmış-yetmiş nəfər adam onunla (Məhəmməd 
Hümayunla)  birlikdəydi.    Onların  ən  əzəmətlisi  Əli  Şükür  bəy  Türkmanın 
nəticəsi Bayram xan Bahadur idi. Türkman nəslindən olan atası və babası İran 
mülkündə yaşayan adamlardılar. Bayram xanın özü isə Allahın təqdiri ilə Ba-
burun ali ordusunun tərkibində Kabul tərəfə düşmüş və o, dudmana ləyaqətlə 
xidmət göstərdiyinə görə ali mərtəbələrə ucalmışdı. Bu hadisələr baş verən vaxt 
Bayram xan Hümayunun hökumətində xidmət edirdi. Onlar sövq biyabanını 
keçərək Çul (?) yoluyla Şirvan vilayətinə gəldilər, oradan müşk ətirli qələmi ilə 
bir məktub yazıb, onu ali şaha yolladı” [11, s.189, 190]. Şah I Təhmasibin gördü-
yü tədbirləri İsgəndər bəy belə təsvir edir: “O həzrətin həmin uca mənzilli pad-
şaha göstərdiyi mehribanlıq haqqında Hümayun padşaha və onun ali məiyyət 
Orta əsr qaynaqlarında 
hökmdarlar və şahzadələrin 
başqa dövlətlərə getmələrinin 
geniş təsviri yer almaqdadır. 
Bu materiallara əsasən deyə 
bilərik ki, hökmdarların 
başqa dövlətlərə getmələri 
onların taxt-tacları üçün 
ciddi təhlükə olduğu təqdirdə 
mümkün olurdu. XIV əsrin 
sonu XV əsrin əvvəllərində 
Əmir Teymur təhlükəsi 
üzündən Sultan Əhməd 
Cəlairi və Qara Yusifin 
əvvəlcə Osmanlı dövlətinə, 
sonra isə Misir Məmlük 
dövlətinə getmələri məlum 
hadisədir. Hökmdar və 
şahzadələrin başqa dövlətlərə 
getdikləri zaman siyasi 
vəziyyətdən asılı olaraq qəbul 
edilmələrinin mənbələrdə 
təsviri bir sıra tarixi 
həqiqətləri ortaya qoymağa 
imkan verir. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə