Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə75/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   71   72   73   74   75   76   77   78   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
187
sülh danışıqlarına başladı. 
Bu dövrdə sülh danışıqları aparmaq üçün 
Azərbaycan Səfəvi dövlətindən Osmanlı sa-
rayına bir neçə elçilik heyəti göndərilmişdir. 
Bu elçilik heyətlərindən biri 1612-ci ilin sen-
tyabr ayında Qazıəskər Qazı xanın rəhbərliyi 
ilə İstanbula gələn elçi heyəti olmuşdur. Bu 
elçilik  heyətinə  İsfahan  və  Qəzvin  qazıla-
rı Müizzi İsfahani və Hüseyn Yezdi də daxil 
idi. Bu elçilik heyətinin apardığı uğurlu sülh 
danışıqları  nəticəsində  tərəflər  arasında  II 
İstanbul  sülh  müqaviləsi  (20  noyabr/1612) 
bağlandı [11, s.166-167]. 
II İstanbul sülh müqaviləsi üç il qüvvədə 
qalsa  da,  1615-ci  ildə  yeni  Səfəvi-Osmanlı 
müharibəsi  başlamışdır.  1618-ci  ildə  Os-
manlı  taxtına çıxmış  II  Osman  (1618-1622)  
I Şah Abbasa elçisi Çavuş Həsən ağa vasitəsilə 
bir dostluq məktubu göndərmişdir. 1618-ci 
ilin may ayında Qəzvində I Şah Abbasın hü-
zuruna gələn Osmanlı elçisi çox soyuq qar-
şılanmış və Səfəvi hökmdarı tərəfindən bu cavabı almışdır: “Məktubun heç bir 
faydası yoxdur. Əgər Osmanlı dövlət adamları adilanə şərtlərlə və xoş niyyətli 
sülhə hazır olsalar, mən də dostluq əlimi uzadaram. Əgər siz türklər savaşıb 
qan tökərək biçarə və günahsız insanları öldürmək niyyətində olsanız, günah 
sizin boynunuzda qalacaq və mən bu vəziyyətdə Səvəfi ordusunu döyüş mey-
danına göndərəcəyəm” [1, s.145].  Səfəvi hökmdarı Osmanlı elçisi ilə birlikdə 
Mirzə Məhəmməd Hüseyn Əbhəri adlı elçisini Diyarbəkrdən olan sərdar Xəlil 
paşanın yanına göndərmiş və Nasuh paşa (II İstanbul) müqaviləsinə uyğun bir 
razılaşmanın bağlanmasını istəmiş, əks halda savaşa hazır olduğunu bildirmiş-
dir. 
 Hərbi əməliyyatların mənasız olduğunu görən Osmanlı tərəfi yenidən danı-
şıqlara başlamışdır. 1618-ci il avqust ayının 31-də Xəlil paşanın elçisi Dəftərdar 
Həkim Osman Ərdəbilə gələrək osmanlıların sülh təkliflərini Səfəvi hökmda-
rına çatdırdı. Osmanlıların sülh təklifi şərtlərindən biri də Səfəvi hökmdarının 
oğullarından  birinin  İstanbula  göndərilməsi  idi.  Bu  şərtə  cavab  olaraq  I  Şah 
Abbas əlindəki qılıncı hüzurunda olan Osmanlı elçisinə göstərərək demişdir: 
“Mənim oğlum budur və bunun xaricində sizin üçün bir şeyim yoxdur. Gücünüz 
yetirsə bunu əlimdən alın. Türk əsgəri hara qədər gəlmək istəyirsə, mən sağlam 
bir  şəkildə  onları  gözləyəcəyəm”.  Şahın  bu  sözlərinə  Osmanlı  elçisi  günahsız 
insanların  qanı  töküləcəyini  və  bunun  günahının  Şahın  boynuna  düşəcəyini 
söyləmişdi. Səfəvi şahı elçinin bu sözlərinə belə cavab vermişdi: “Mən öz evimdə 
oturmuşam və osmanlılar hər il gəlib evimə hücum edirlər. Qan tökür və pislik 
gətirirlər. Mən və xalqım ölkəmizi qorumayaqmı?” [11, s. 147]. 
XVII əsrin əvvəllərində 
(1603-1612) Səfəvi-Osmanlı 
müharibələrinin yeni 
mərhələsinin başlanması 
siyasi və diplomatik 
münasibətləri arxa plana 
keçirdi. 1603-1612-ci illərdə 
osmanlılara qarşı səfəvilərin 
həyata keçrdiyi hərbi 
əməliyyatlar nəticəsində 
osmanlıların ələ keçirdiyi 
əksər Səfəvi torpaqları azad 
edildi. Səfəvi dövlətinin 
bu qələbələrindən sonra 
Osmanlı hakimiyyəti yenidən 
sülh danışıqlarına başladı. 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
188 
Tərəflər  arasında  aparılan  ardıcıl  danışıqlardan  sonra  1618-ci  ildə  Sərab 
sülh müqaviləsi bağlandı. Yadigar Əli Sultanın rəhbərlik etdiyi Səfəvi elçi heyəti 
Sərab sülh müqaviləsini təsdiq etmək üçün 1619-cu il sentyabr ayının 29-da 
İstanbula gəldi və bu müqavilə təsdiq edildi [11, s.172-173].
Nəticə
XVI-XVII  əsrlərədə  Azərbaycan  Səfəvi  dövləti  ilə  Osmanlı  imperatorluğu 
arasında Bəsrə körfəzindən Gürcüstana qədər olan əraziləri ələ keçirmək uğ-
runda fasilələrlə müharibə baş vermişdir. I Şah Abbasın hakimiyyəti  dövründə 
(1587-1629)  Səfəvi-Osmanlı  müharibələri,  əsasən,  Güney  Azərbaycan,  Şərqi 
Anadolu və İraq-i Əcəmə nəzarət etmək  uğrunda olmuşdur.  Bu dövrdə Səfəvi 
dövlətinin Osmanlı imperiyası ilə siyasi münasibətləri Yaxın Şərq bölgəsində 
siyasi və strateji maraqlar üstündə  baş verən və bölgəyə hakim olmaq uğ-
runda mübarizəyə əsaslanan hərbi-siyasi qarşıdurma şəklində təzahür edirdi. 
Eyni zamanda, tərəflər arasında mövcud olan məzhəb qarşıdurmaları  və Səfəvi 
hakimiyyətinin  Osmanlı  dövlətinin  hərbi  müdaxiləsinin  qarşısını  almaq  üçün 
Avropa dövlətləri ilə mütəmadi olaraq danışıqlar aparması ziddiyyətləri daha 
da artırırdı. 
I Şah Abbasın hakimiyyəti dövründə Səfəvi-Osmanlı münasibətlərini dörd 
mərhələyə  bölmək  olar:  1.  1577-1589-cu  illəri  əhatə  edən  və  İstanbul  sülh 
müqaviləsi (1590) ilə başa çatan dövr; 2. 1603-1612-ci illəri əhatə edən və Na-
suh paşa (II İstanbul) sülh müqaviləsinin imzalandığı dövr; 3. 1615-1618-ci illəri 
əhatə edin və tərəflər arasında Sərab sülh müqviləsinin bağlanması ilə başa 
çatan dövr; 4. 1622-1639-cu illəri əhatə edən və Qəsri Şirin sülh müqaviləsi 
ilə başa çatan dövr. Qeyd olunan bu dövrləri Səfəvi dövləti ilə Osmanlı  impe-
riyası arasında “müharibələr dövrü” kimi də xarakterizə etmək olar. Həmçinin 
bu dövrlərdə tərəflər arasında diplomatik yazışmalar olmuş və bunun nəticəsi 
olaraq bir neçə dəfə sülh müqaviləsi bağlanmışdır.  
Bu dövrdə Azərbaycan Səfəvi imperiyası ilə Böyük Moğol dövləti arasın-
da  diplomatik  yazışmalar  mütəmadi  olaraq  davam  etmişdir.  Bu  yazışmalar-
dan məlum olur ki, bu dövr Səfəvi-Moğol münasibətləri, əsasən, dostluq və 
müttəfiqlik üzərində qurulmuşdur.
Ümumiyyətlə, XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi imperiyasının Şərq 
ölkələri ilə siyasi və diplomatik əlaqələri müxtəlif istiqamətlərdə inkişaf edirdi. 
Bu diplomatik əlaqələr Osmanlı imperiyası ilə hərbi-siyasi münasibətlər fonun-
da baş verirdisə də, Böyük Moğol imperiyası ilə fərqli olaraq, əsasən, sülh və 
dostluq şəraitində həyata keçirilirdi.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə