Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə24/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   20   21   22   23   24   25   26   27   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
71
gücünə  çevrilməsi  üçün  zəruri  islahatların  həyata  keçirilməsinin  zamanı  çat-
mışdır.
Mövzunun  mahiyyəti  ilə  əlaqədar  intellektual  ehtiyatların  səciyyəvi 
xüsusiyyətlərini aşağıdakı sxem əyani formada əks etdirir.
Sxem 1. 
  
Sxemdən göründüyü kimi, qeyd edilən bütün sahələrdə çalışanların əməyini 
birmənalı formada ancaq bir kateqoriyaya aid etmək olmaz. Onların hamısı bir-
biri ilə sıx bağlıdır. Bu struktura aid nümunə kimi Azərbaycan Respublikasının 
Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyasını,  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunu və digər sahə elmi-
tədqiqat institutlarını (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və 
Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzini, İqtisadi İnkişaf və 
Sənaye Nazirliyinin İqtisadi İslahatlar İnstitutunu) da göstərmək olar. Demək 
olar ki, hazırkı dövrdə iqtisadiyyatın bütün sahələri üzrə müvafiq elmi araşdır-
malar aparan qurumlar mövcuddur. Buraya, yuxarıda qeyd edildiyi kimi, sahə 
elmi-tədqiqat institutlarının və ya xüsusi müqavilələr əsasında müəyyən elmi-
ekspert qruplarının fəaliyyəti də aid edilə bilər.
Şaquli  idarəetmə  sistemi  həmişə  müəyyən  çərçivəyə  salınmış  müva-
fiq təlimatlar və ya əsasnamələrlə həyata keçirilmir. Bu proses əsasən suve-
ren xarakterə malik olur. Məsələn, yerli özünüidarəetmə sistemlərində daxili 
nizamnaməyə aid olmayan idarəçilik hərəkətləri edilir. Bu hal həmçinin qeyri-
hökumət təşkilatlarında da müşahidə edilir.
Bildiyimiz kimi, müasir elmi-texniki tərəqqi şəraitində informasiya sistemləri 
və texnologiyaları idarəetmənin səmərəliliyini dəfələrlə artırmaq imkanlarına ma-
likdir. Lakin təkcə texnoloji baza bu uğuru təmin edə bilməz. Burada səlahiyyətli 
və  məsuliyyətli  idarəçi  kadrlar  tələb  olunur.  Eyni  zamanda,  idarəetmənin 
məsuliyyəti  və  səmərəliliyi  sıx  əlaqəli  və  qarşılıqlı  asılılıqdadır.  Məsuliyyətlilik 
idarəetmə fəaliyyətinin səmərəliliyinin tərkib hissəsi, subyektin qarşısında duran 
vəzifələri məhsuldar və səmərəli yerinə yetirmək bacarığıdır [2, s.323]. 
Bilik iqtisadiyyatı dövründə kommunikasiya və informasiya texnologiyaları 
(İT) demokratik özünüidarəetmə prosesinə və vətəndaş cəmiyyətinin inkişafı-
Elm 
sahəsi
İdarəetmə 
sahəsi
Təsərrüfat
sahəsi


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
72 
na güclü təsir göstərir. Hələ formalaşma mərhələsində olan bu texnologiya-
lar siyasi fəallığın ənənəvi formalarını müəyyən edə bilir. Çağdaş dövrümüzdə 
müxtəlif  səviyyəli  seçkilərdə  artıq  bu  vasitələr  elektoratın  hərəkətlərinin 
səmərəliliyini əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycanda da Milli Məclisə 
keçirilən son seçkilərdə seçki məntəqələrində quraşdırılan veb-kameralar və 
internet kommunikasiya sistemi seçki prosesinin şəffaflığını təmin etmişdir. 
Bu texnoloji imkanlardan istifadə edilməsi ilk növbədə istifadəçilərdən ava-
danlıq haqqında nəzəri biliklər tələb edir. İT haqqında mükəmməl biliyə ma-
lik olan istifadəçilər heç bir çətinlik çəkmədən zəruri idarəçilik fəaliyyətlərini 
həyata  keçirirlər.  Sözsüz  ki,  avadanlıq  haqqında  zəruri  təlimatları  oxumadan 
bu avadanlıqlardan bacarıqla istifadə edənlər də var. Lakin müəyyən çətinliklər 
yarananda onlar hökmən mütəxəssisə müraciət etmək məcburiyyətində qa-
lırlar.  Bir  çox  hallarda  bu  cür  “yarımçıq”  mütəxəssislər  onlara  həvalə  edilmiş 
avadanlığı  bilməyərəkdən  sıradan  çıxarırlar.  Burada  əsas  məsələ  intellekt 
tələb  edən  vasitələrdən  istifadə  edənlərin  biliklərinin  artırılması,  yenilikləri 
mənimsəmələridir. Əgər bu proses obyektiv formada öz həllini taparsa, onda 
şaquli idarəçilik sistemində də bir çox problemlər öz həllini tapar. 
İnformasiyaların  toplanılması,  peşəkar  formada  emal  edilərək  zəruri 
idarəçilik  elementinə  çevrilməsi  çağdaş  dövrümüzün  tələblərindəndir.  Hər 
hansı bir zəruri informasiyanın gecikməsi və ya səhv emal edilməsi idarəçiliyin 
istənilən həlqəsində gözlənilməz sürprizlər yarada bilər. Bu səbəbdən də virtu-
al məkana qədəm qoyan hər bir şəxs bunun məsuliyyətini anlamalıdır. 
Son  dövrlərdə  ölkəmizdə  geniş  yayılmış  brendlərdən  biri  də  “elektron 
hökumət” anlayışıdır. Bu anlayış bir neçə il əvvəl fantastik görünürdüsə, ar-
tıq müxtəlif səviyyəli dövlət orqanlarının vətəndaşlarla ünsiyyətinə bir yeni-
lik  gətirməkdədir.  Vətəndaşların  dövlətlə  əlaqədar  zəruri  ehtiyacları  məhz 
bu  texnoloji  imkan  vasitəsilə  asanlaşdırılmış,  innovativ  xarakter  almışdır. 
Bu  sistem  vətəndaşlara  idarəetmənin  səmərəliliyini  artıran  yeni  xidmətlər 
təklif  edir,  vətəndaşların  cəmiyyətin  və  dövlətin  həyatında  fəaliyyətini  ni-
zamlayır.  Elektron  hökumət  dövlət  idarəetmə  orqanları,  dövlət  və  biznes 
strukturları,  dövlət  və  vətəndaşlar  arasında  münasibətləri  tənzimləmək  və 
əlaqələndirmək  imkanlarına  malikdir.  İnkişaf  etməkdə  olan  ölkələrdə  ke-
çid  dövrü  demokratikləşməsi  təcrübəsi  elektron  hökumətin  daha  geniş 
tətbiqinin ölkə rəhbərliyinin təşəbbüsündən və cəmiyyətdə informasiya tex-
nologiyaları haqqında təsəvvürlərin inkişafı səviyyəsindən xeyli dərəcədə ası-
lı olduğunu göstərir. Elektron hökumət dövlət idarəçiliyini təkmilləşdirməyə, 
vətəndaşları dövlətin idarə olunmasına daha fəal surətdə cəlb etməyə qa-
dirdir [3, s.308].
 Son on il ərzində dünyanın bir çox ölkələrində olduğu kimi müasir qlobal-
laşma şəraitində Azərbaycanda da informasiya axını, sərbəst və azad şəkildə 
informasiya almaq imkanları xeyli dərəcədə artmışdır. Belə ki, informasiya alan 
auditoriya xeyli genişlənmiş və öz ölkələrinin sərhədlərini aşmışdır. 
  İntellektual  resursların  idarə  edilməsində  mühüm  aspekt  təşkil  edən 
elementlərdən  biri  də  elmi-texniki  tərəqqi  şəraitində  Azərbaycanda  dövlət 
idarəçiliyi  sahəsində  islahatların  həyata  keçirilməsi  istiqamətində  görülən 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə