STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
220
qərarı ilə Hacıtərxan istiqamətində üzən gəmilərin hərəkətinə ciddi nəzarət
rejimi tətbiq edilmişdi [11, v.2].
Neft ticarətində fəallığı artırmaq üçün ixracla məşğul olan şirkətlərə (“Şell”,
“Nobel qardaşları”, “Oleum neft cəmiyyəti”, “Mazut” və s.) münasibətdə
bir sıra güzəştlər nəzərdə tutulurdu. Tətbiq edilən güzəştlərdən biri də ix-
raca göndərilən neft və neft məhsullarına görə ödənilən gömrük rüsum-
larının müvəqqəti olaraq təxirə salınması idi. Gömrük idarəsindən Maliyyə
Nazirliyinə daxil olan 21 oktyabr tarixli məlumatdan aydın olur ki, təkcə 1919-
cu ilin avqust-sentyabr ayları ərzində 13 şirkətin ixrac etdiyi 1686492 pud
neft və neft məhsullarına görə üst-üstə 2237011 manat həcmində gömrük
vergisinin ödənilməsi təxirə salınmışdı. Lakin bu güzəştdən bir çox hallarda
sui-istifadə edilirdi. Gömrük sənədləri birmənalı olaraq təsdiq edir ki, göm-
rük rüsumuna görə yaranan borcların vaxtında qaytarılmaması halları geniş
yayılmışdı. Mərkəzi Gömrük İdarəsinin arayışına əsasən, “Nobel qardaşları”
şirkəti tərəfindən 1917-ci il oktyabrın 1-dən 1918-ci il noyabrın 15-nədək
ödənilməyən 120597 manat gömrük vergisi və rüsumları ilə bağlı məsələ
Maliyyə Nazirliyinin 1919-cu il 24 iyul tarixli şura yığıncağında müzakirə edil-
miş və yaranan borcun bir hissəsinin (1918-ci ilin iyunun 1-nədək olan 32673
manat gömrük rüsumunun) ödənilməsi həmin şirkətdən tələb edilmiş, bor-
cun digər hissəsinin (87924 manat) ödənilməsi məsələsi isə neft sənayesinin
milliləşdirilməsi ilə əlaqədar əlavə qaydaların tətbiq edilməsi səbəbindən açıq
qalmışdı. 1919-cu ilin dekabr ayının hesabatına əsasən, 23 şirkət tərəfindən
Batuma göndərilən 717 min pud neftə görə 1291484 manat vaxtı uzadılmış
gömrük rüsumu borcu yaranmışdı. Bu borcun 457621 manatı yalnız “Nobel
qardaşları” şirkətinin daşıdığı 254234 pud neftdən daxil olmalı idi. Batuma
daha çox neft ixrac edən və gömrük vergisi ödəməli olan şirkətlər sırasın-
da “Kaspiyskoe tovarişestvo”, “Volqa”, “Mantaşov və Ko”, “Bakı-Hacıtərxan
Cəmiyyəti”, “Russkoe Tovarişestvo Neft” və “Əli Şəmsi oğlu Əsədullayev”
şirkəti də var idi [10, vv.137-140; 12, vv.132, 173-176].
Cədvəl 1. Bakı-Batumi neft kəməri ilə Gürcüstan hökumətinin ünvanına
göndərilən neftin miqdarı haqqında
S/s
İxrac
neftinin
miqdarı
(pudla)
İxrac
neftinin
dəyəri
(manat)
Fraxt
(manat)
Aksiz
(manat)
Gömrük
rüsumu
(manat)
Cəmi
(manat)
1
5188550
8187750
8494324
11500650 -
28182724
Mənbə: Azərbaycan Respublikasının Dövlət Arxivi, f. 24, siy.1, iş 275, v. 78.
Ümumiyyətlə, Neft və neft məhsullarının satışı bürosunun yaradıldığı
vaxtdan 1919-cu il mayın 1-dək olan müddətdə Britaniya Baş Qərargahına
(Brıtıch Headquarters) aşağıdakı miqdarda neft məhsulları verilmişdi: