Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
215
Açar sözlər: Azərbaycan Parlamenti, Bakı-Batumi neft kəməri, Britaniya
hərbi komandanlığı, xarici ticarət,
gömrük siyasəti, gömrük rüsumu
Key words: Parliament of Azerbaijan, Baku-Batumi oil pipeline, British mili-
tary command, foreign trade, customs politics,
customs duty
Ключевые слова: Азербайджанский Парламент, нефтяной провод Ба-
ку-Батуми, Британское военное командование, внешняя торговля, та-
моженная политика, таможенная пошлина
Azərbaycan Xalq
Cümhuriyyətinin
gömrük-vergi siyasətində
milli maraqların müdafiəsi
(neft ixracı kontekstində)
Röfət
QULİYEV
tarix üzrə fəlsəfə doktoru,
Fövqəladə Hallar Nazirliyinin
Akademiyası, baş elmi işçi
rofat.quliev@mail.ru
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
216
Giriş
1918-ci il mayın 27-də çoxəsrlik azadlıq mübarizəsi öz bəhrəsini verdi və
xalqımız tarixi şansdan məharətlə istifadə edərək Şərqdə ilk demokratik dövlət
olan Azərbaycan Xalq Cümhuriyyətini (AXC) qurdu. Yeni dövlətin daxili və xa-
rici siyasətini, məqsəd və vəzifələrini əks etdirən “İstiqlal Bəyannaməsi” elan
edildi. Azərbaycan Respublikasının sələfi olan AXC-nin yaranması bütün Şərq
dünyasının demokratik, hüquqi dövlət quruculuğu tarixində ilk və ən böyük
hadisə idi.
Azərbaycan dövləti mövcud olduğu qısa müddət ərzində beynəlxalq hü-
quq normalarına və ənənələrinə əsaslanan hakimiyyət və idarəetmə orqanla-
rının formalaşması sahəsində mühüm addımlar atdı. Cümhuriyyətin qısa za-
man kəsiyində dövlət quruculuğu və çoxsaylı sosial-iqtisadi məsələlərin həll
edilməsi sahəsində topladığı təcrübənin öyrənilməsinin mühüm əhəmiyyəti
vardır. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz bu tarixi təcrübəni
nəzərə alaraq yeni 2001-ci il, yeni əsr və 3-cü minillik münasibətilə Azərbaycan
xalqına müraciətində demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da
xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu” [24].
Neft və neft məhsullarının ixracı və gömrük yığımları AXC-nin büdcə
gəlirlərinin mühüm bir hissəsini təşkil edirdi. Buna görə də neft ixracı üzərində
gömrük nəzarətinin təşkili dövlət siyasətində mühüm yerlərdən birini tuturdu.
Milli dövlət quruculuğu sahəsində fəaliyyət çoxşaxəli idi: gömrük quruculuğu
dövlət idarəetmə aparatının yaradılması sahəsində ən vacib tədbirlər sırasında
idi. Azərbaycan hökuməti xarici iqtisadi və ticarət əlaqələrini qaydaya salmaq
üçün neft amilindən səmərəli istifadə etməyə çalışırdı. Neft ixracının təşkili
sahəsində yaranan problemlərin gömrük sənədləri əsasında təhlil edilməsi bir
çox məqamları araşdırmağa imkan verir. Eyni zamanda, xarici dövlət qurumları
və şirkətlərinin 1918-1920-ci illərdə Azərbaycandan daşınan neft məhsullarına
görə yaranan gömrük rüsumu və vergi borcları məsələsinə aydınlıq gətirmək
vacibdir.
1.Gömrük quruculuğu. Neftin ixracında maneələr
Birinci Dünya müharibəsi nəticəsində baş verən hadisələr beynəlxalq ticarət
münasibətlərində və gömrük siyasətində köklü dəyişikliklərə səbəb olmuşdu.
Həmin dövrdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın beynəlxalq ticarət
və gömrük sisteminə qoşulması asan proses deyildi və bu çətinlikləri nəzərə
alan hökumət idarəetmə, qanunvericilik, gömrük tənzimlənməsi, nəqliyyat və
s. sahələrdə müxtəlif problemləri həll etməyə çalışırdı [23, s. 468].
Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri əvvəlki dövrdən miras
qalmış təsərrüfat dağınıqlığı şəraitindən xilas yolunu sənayenin aparıcı
sahələrində istehsalın bərpa edilməsində, xarici iqtisadi-ticarət əlaqələrinin
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
217
normal istiqamətə yönəldilməsində və
gömrükxanalarda qayda-qanunun ya-
radılmasında görürdü. AXC parlamenti
və hökumətinin xarici ticarət əlaqələrinə
aid qəbul etdiyi siyasi-hüquqi qərarlar və
gömrük işinin hüquqi-normativ bazasının
yaradılması prosesi milli dövlət quruculu-
ğunun üzvi tərkib hissəsi olmaqla ölkənin
sosial-iqtisadi problemləri ilə sıx bağlı ol-
muşdur. AXC-nin rəhbərləri milli gömrük
sisteminin yaradılması prosesini diqqətlə
izləyir, gömrük məsələlərinə aid qanun və
qərarların işlənilib-hazırlanmasında, ge-
niş müzakirədən sonra qəbul edilməsində
birbaşa iştirak edirdilər. 1918-1920-ci
illərdə milli hökumətin iqtisadi siyasətinin
və xarici ticarət prinsiplərinin müəyyən
edilməsində görkəmli dövlət xadimlərinin
- Əlimərdan bəy Topçubaşov, Fətəli xan
Xoyski, Məmməd Əmin Rəsulzadə, Nəsib
bəy Yusifbəyli, Məhəmmədhəsən Ha-
cınski, Həsən bəy Ağayev, Məhəmməd Yu-
sif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Əli
ağa Həsənov, Ağa Əminov, İvan Protasov,
Xəlil bəy Xasməmmədov, Mirzə Əsədullayev, Əhməd Cövdət Pepinov və baş-
qalarının böyük əməyi olmuşdu [25].
Azərbaycan hökuməti 22 iyun 1918-ci il tarixində “Poylu stansiya-
sında sərhəd postunun yaradılması haqqında” qərar qəbul etmiş, Daxi-
li İşlər Nazirliyinə 12 iyul 1918-ci il tarixində Qazax qəzasının Salahlı və Şıxlı
kəndlərində sərhəd postları yaradılması tapşırılmışdı. Milli Şura 10 avqust 1918-
ci il tarixində Azərbaycanda gömrük xidmətinin yaradılması haqqında qərar
qəbul etmişdi. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, xüsusilə iq-
tisadi təhlükəsizliyinin təmin edilməsi qısa müddət ərzində gömrük xidmətinin
bərpasını və gömrükxanaların normal fəaliyyətə başlamasını tələb edirdi. İx-
tisaslı və təcrübəli gömrük işçiləri çatışmırdı, onların içərisində milli kadrlar,
demək olar ki, yox dərəcəsində idi. Buna görə də rus gömrükxana və maliyyə
qurumlarında xidmət edən məmurlar dəvət olunurdu. Azərbaycanın İranla 540
verst uzunluğunda olan keçmiş Rusiya imperiyasının dövlət sərhədində, Xəzər
sahili boyunca 240 verstlik məsafədə, Gürcüstan və Ermənistanla Azərbaycanın
təqribən 300 versti əhatə edən və müvəqqəti olaraq dəqiq müəyyən edilməyən
sərhədində gömrük məntəqələrinin təşkil edilməsi xüsusi əhəmiyyət daşıyırdı.
1918-ci ilin noyabrında AXC-nin maliyyə naziri M.H.Hacınski tərəfindən göm-
AXC parlamenti və
hökumətinin xarici ticarət
əlaqələrinə aid qəbul etdiyi
siyasi-hüquqi qərarlar və
gömrük işinin hüquqi-
normativ bazasının
yaradılması prosesi milli
dövlət quruculuğunun üzvi
tərkib hissəsi olmaqla ölkənin
sosial-iqtisadi problemləri
ilə sıx bağlı olmuşdur. AXC-
nin rəhbərləri milli gömrük
sisteminin yaradılması
prosesini diqqətlə izləyir,
gömrük məsələlərinə aid
qanun və qərarların işlənilib-
hazırlanmasında, geniş
müzakirədən sonra qəbul
edilməsində birbaşa iştirak
edirdilər.