Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
219
1918-ci ilin oktyabrından Azərbaycandan
Osmanlı dövlətinə göndərilən neft və neft
məhsullarının Batumidən keçməklə Alek-
sandropola ötürülməsinə dair Gürcüstan
hökuməti ilə rəsmi razılıq əldə edilmişdi
[22].
Bakı-Batumi dəmiryolu və neft kəməri
ingilislərin əlində olduğundan neft ixra-
cına nəzarəti də onlar həyata keçirirdi.
Azərbaycan hökuməti neftin ixrac həcmini
öz nəzarətində saxlamağa çalışırdı. Bu
məqsədlə Bakı Neft Sənayeçiləri Qurultayı Şurası tərəfindən Böyük Britaniya
hərbi komandanlığına və Gürcüstanın müvafiq dəmiryolu idarəsinə 26 iyul
1918-ci il tarixində imzalanmış müqavilə əsasında təhvil verilən neft və neft
məhsullarının miqdarı haqqında təcili və dəqiq məlumat verilməsi tələb edil-
mişdi [15, v.11-13]. Düzdür, 1918-ci ilin noyabr-dekabr aylarında Batuma neft
məhsullarının aparılması haqqında məlumatlar səhih olmasa da, sonrakı ay-
larda daşınan neftin miqdarı haqqında dəqiq məlumatlar vardır. 1919-cu ilin
yanvar-dekabr ayları ərzində Azərbaycandan Antanta ölkələrinə, o cümlədən
İngiltərəyə aparılan neftin miqdarı 20677 min pud olmuşdu. Həmin ilin ikinci
yarısında ixrac edilən neft və neft məhsullarının miqdarı birinci yarımildəkindən
2,6 dəfə çox olmuşdu. Bu, daşımaların həcminin durmadan artmasını sübut
edir [30].
Cümhuriyyət dövründə Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin
qırılması nəticəsində istehsal olunan neft məhsullarının satışında çətinliklər
yaranmışdı. Sovet Rusiyasının rəhbərləri hər iki tərəf üçün faydalı ola biləcək
ticarət əlaqələrinin qaydaya salınması əvəzinə, neftin dövlət səviyyəsində
qaçaqmalçılıq yolu ilə aparılması əməliyyatlarına üstünlük verirdilər. Belə ki,
1919-cu ilin avqustundan 1920-ci ilin aprelinədək Bakıdan Hacıtərxana 20 min
pud benzin və 35 min pud sürtgü yağının aparılması arxiv sənədləri ilə sü-
but olunur. Azərbaycan neftinin Sovet Rusiyası tərəfindən satın alınmamasının
bir neçə səbəbi var idi: birincisi, Sovet Rusiyası bu dövrdə qismən blokada
şəraitində idi; ikincisi, Azərbaycanın müstəqilliyi Sovet Rusiyası tərəfindən ta-
nınmadığına görə ticarət sazişlərinin bağlanması hüquqi cəhətdən mümkün-
süz idi; üçüncüsü, sovet rəhbərliyi ölkəmizi neft gəlirlərindən məhrum etməklə
Azərbaycanda iqtisadi xaos və sosial narazılıq yaratmaq istəyirdi. Halbuki AXC
hökuməti digər ölkələr kimi Rusiya ilə də normal iqtisadi əlaqələrin yaradılma-
sının tərəfdarı idi. RSFSR hökuməti ölkəmizin müstəqilliyini tanımaq istəmir və
bunun yalnız Azərbaycanla qarşılıqlı münasibətlərin müxtəlif məsələlərinə aid
danışıq və razılaşmalar nəticəsində mümkün ola biləcəyini bəhanə edirdi. Nef-
tin Xəzər dənizi vasitəsilə Rusiyaya qaçaqmalçılıq yolu ilə daşınmasının qarşı-
sını almaq üçün Ticarət, Sənaye və Ərzaq Nazirliyinin 1919-cu il 26 may tarixli
Bakı-Batumi dəmiryolu
və neft kəməri ingilislərin
əlində olduğundan neft
ixracına nəzarəti də onlar
həyata keçirirdi. Azərbaycan
hökuməti neftin ixrac
həcmini öz nəzarətində
saxlamağa çalışırdı.