STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
222
2. Milli hökumətin neft və gömrük gəlirlərini artırmaq cəhdləri
Ticarət və sənaye nazirinin 16 mart 1919-cu il tarixli əmri ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasından xüsusi şərtlərlə ixrac olunan mallar haqqında
Qaydalar”a əsasən, neft və neft məhsullarını göndərən ixracatçıdan hər bir ke-
çid üçün gömrük orqanlarında xüsusi şəhadətnamə tələb olunurdu. Hökumətin
26 may 1919-cu il tarixli qərarı ilə Neft Sahibkarları Qurultayı nəzdindəki Neft
məhsullarının satışı və bölgüsü bürosu kommersiya əməliyyatlarını dövlət
nümayəndəsinin nəzarəti ilə aparmalı idi. Aksiz, gömrük vergisi və fraxtın
ödənilməsinə neft yüklərinin xaricə satışı həyata keçirilənə qədər möhlət ve-
rilirdi. Qeyd edilən güzəştlər yalnız Büronun üzvü olan şirkətlərə şamil edilirdi
[7, v.13; 27].
Azərbaycan hökumətinin xam neftin aksiz dərəcələrinin artırılması haq-
qında qərarından sonra Maliyyə Nazirliyinin Aksiz Yığımları İdarəsi 1919-cu
ilin fevralından etibarən neftin Bakı-Batumi neft kəmərinə qəbul edilməsi və
gömrük sərhədindən buraxılması qaydalarını yenidən nəzərdən keçirdi. Ak-
siz İdarəsinin Azərbaycan Dəmiryolları
İdarəsinin rəisinə göndərdiyi məktubunda
bildirilirdi ki, neft kəməri ilə İngiltərə
hökumətinin və Gürcüstan Dəmiryolları
İdarəsinin ünvanına göndərilən xam neftə
yeni aksiz dərəcələri hesablansa da, alıcılar
tərəfindən heç bir ödəniş aparılmamışdır.
Bütün bunları nəzərə alaraq, Aksiz İdarəsi
maliyyə nəzarətinin səmərəli fəaliyyətini
təmin etmək məqsədilə təkliflər paketi ha-
zırlamışdı. Təkliflər aşağıdakı məsələləri
nəzərdə tuturdu: birincisi, ixracatçı şirkət öz
ərizəsində alıcının, yəni neftin göndərildiyi
tərəfin ingilislər və ya Gürcüstan Dəmiryolları
İdarəsinin olmasını göstərməlidir; xam neft şəxsi müəssisələrə göndərildiyi
halda isə aksiz yük göndərildiyi vaxtdan hesablanaraq dərhal ödənilməli və hər
iki halda neft aksizlərinin dəqiq hesabatı aparılmalıdır. İkincisi, Saloğlu stan-
siyasında neft Gürcüstan tərəfinə təhvil verilərkən Dövlət Nəzarəti və Aksiz
İdarəsi nümayəndələrinin iştirakı ilə müvafiq akt tərtib edilməli, həmin aktda
kəmərdən daxil olan neftin ingilislərə, Gürcüstana və ya ayrı-ayrı şirkətlərə aid
olan hissəsi dəqiq göstərilməlidir. Üçüncüsü, neft kəmərinin texniki istismarına
dair 1906-cı ildə təsdiq edilmiş 44 saylı Təlimata əsasən, kəmərin Bakı-Saloğlu
hissəsində və kəmər boyu yerləşən nasos stansiyalarında ildə iki dəfədən az
olmayaraq ümumi təftiş keçirilməlidir [13, vv. 4-7].
Lakin 1919-cu ilin əvvəllərində Azərbaycanda hər ay istehsal edilən nef-
tin cəmi 20 faizini ixrac etmək mümkün olurdu. Bunun əsas səbəbi yuxarıda
1919-cu ilin əvvəllərində
Azərbaycanda hər ay istehsal
edilən neftin cəmi 20 faizini
ixrac etmək mümkün olurdu.
Bunun əsas səbəbi yuxarıda
qeyd edildiyi kimi, Rusiya
tərəfinin neftin sərbəst
ixracına mane olan təcrid
etmə siyasəti və iqtisadi
blokadası idi.