Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
145
Açar sözlər: dil siyasəti, dil situasiyası, dövlət dili, beynəlxalq dil, etnik iden-
tiklik, dil azlığı, çoxdillilik
Key words: language policy, language situation, state language, international
language,
ethnic identity, linguistic minority,
multilingualism
Ключевые слова: языковая политика, языковая ситуация, государ-
ственный язык, международный язык, этническая идентичность, языко-
вое меньшинство, многоязычие
Qloballaşma
şəraitində
dil
siyasətinin
prioritetləri
Gülşən
PAŞAYEVA
Azərbaycan Respublikası Prezidenti
yanında Strateji Araşdırmalar
Mərkəzinin
direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru
gulshan.pashayeva@sam.gov.az
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
146
Giriş
Bu gün qloballaşma şəraitində yüksək texnologiyaların sürətli inkişafı dün-
yanın müxtəlif bölgələrində yaşayan insanların virtual ünsiyyətinə və baş verən
hadisələr haqqında daha tez məlumatlanmasına əlverişli şərait yaratmışdır.
Eyni zamanda, işçi qüvvəsinin beynəlxalq miqrasiyası, insanların artan mobilliyi
və siyasi, iqtisadi, sosial və humanitar sahələrdəki sıx əlaqələri, təhsil sahəsində
həyata keçirilən mübadilə proqramları və s. canlı ünsiyyətinin də beynəlxalq
səviyyədə genişləndiyini nümayiş etdirir.
Beynəlxalq Əmək Təşkilatının məlumatına əsasən, bu gün 105 milyon insan
anadan olmadığı ölkələrdə işləyir (1) və şübhəsiz ki, onlar öz əmək fəaliyyətində
beynəlxalq dildən və ya bu ölkələrdəki dövlət dili və ya dillərindən istifadə
edirlər. Müxtəlif hərbi münaqişələr nəticəsində öz doğma yurd-yuvalarını tərk
edərək, başqa ölkələrdə sığınacaq tapmış milyonlarla qaçqın və köçkün də dil
məsələləri ilə bağlı oxşar vəziyyət ilə üzləşə bilər. Digər tərəfdən, beynəlxalq
dillərdə yazılmış əsərlərin daha çox oxucu kütləsinə malik olacağını düşünən
bir sıra alim, siyasətçi, yazıçı, şair və s. öz əsərlərini beynəlxalq dillərdə yazmağa
və ya nəşr etdirməyə üstünlük verir. Öz uşaqlarının sosial inkişafı üçün daha
geniş imkanlar yaratmaq istəyən valideynlər isə onların beynəlxalq dillərdə
təhsil almasını arzulayırlar.
Beləliklə, qloballaşma şəraitində beynəlxalq və digər dillər arasında qarşılıqlı
əlaqələrin getdikcə mürəkkəbləşməsi dünyadakı dil müxtəlifliyinin gələcəyi ilə
bağlı müəyyən ehtimalların irəli sürülməsinə zəmin yaratmış, dillərin rəqabəti
və əməkdaşlığı barədə nəzəriyyələrin yaradılmasına və dillərin inkişaf dina-
mikasının çoxölçülü və çoxfunksiyalı təbiətinin daha dərindən öyrənilməsinə
səbəb olmuşdur (2).
Bu kontekstdə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel ta-
rixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində za-
manın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət
Proqramı” (3) çərçivəsində bır sıra prioritet istiqamətlər üzrə fundamental və
tətbiqi araşdırmaların aparılması olduqca əhəmiyyətlidir. Xüsusi olaraq qeyd
edilməlidir ki, Dövlət Proqramının icrasına dair Tədbirlər Planında qloballaş-
ma şəraitində Azərbaycanda dil situasiyasının və dillərin qarşılıqlı əlaqəsinin
öyrənilməsinin intensivləşdirilməsinə dair tədbirlərin mütəmadi olaraq
keçirilməsi nəzərdə tutulur.
Təqdim edilmiş məqalədə polietnik əhaliyə malik olan dövlətlərdə dillərin
işlədilməsi və qarşılıqlı təsiri ilə bağlı bəzi nəzəri və praktik məsələlər araşdırılmış
və Azərbaycan Respublikasında bu sahədə aparılan fəaliyyət təhlil edilmişdir.
Dil siyasətinin aktual problemləri
Dil siyasəti dil, demoqrafıq və siyasi amilləri nəzərə alaraq ölkədə fəaliyyət
göstərən müxtəlif dillər, eləcə də dövlət dili və ya dillərinin qarşılıqlı təsiri və
inkişaf etdirilməsi üçün müvafiq şərtləri özündə ehtiva edir. Cəmiyyətin şüurlu
şəkildə bu prosesə müdaxilə etməsi şəxsiyyətdən tutmuş dövlətə qədər müm-
kündür, lakin səmərəli dil siyasətini həyata keçirmək üçün ölkədəki real dil situ-
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
147
asiyasını diqqətlə təhlil edərək, müvafiq dil
siyasəti modelini hazırlamaq mümkündür.
Polietnik əhalisi olan dövlətlərdə dil
siyasəti ilə bağlı müxtəlif yanaşmaları
ümumilikdə monolinqvizm (təkdillilik) və
ya multilinqvizm (çoxdillilik) ideyalarına
əsaslanan iki qrupa bölmək mümkündür. Bu
kontekstdə, ilk növbədə, dövlət dili fenome-
ni müstəsna əhəmiyyətə malikdir. O, rəmzi
məna daşıyaraq, siyasi, sosial və mədəni
sahələrdə inteqrasiya funksiyasını yerinə
yetirir və vahid milli identiklik baxımından
ölkənin bütün vətəndaşlarını birləşdirir.
Dövlət dilinin nüfuzunun artırılma-
sı istiqamətində daimi və məqsədyönlü
işin aparılması ölkədə həyata keçirilən dil
siyasəti prioritetlərindən biridir. Dilin nor-
mativ hüquqi bazasının təkmilləşdirilməsi və ölkə vətəndaşlarının dövlət
dilindən daha mükəmməl istifadə etməsi üçün müvafiq mexanizmlər işlənib
hazırlanmalıdır. Məsələn, bu baxımdan ölkə və xarici vətəndaşlar tərəfindən
dövlət dilinin öyrənilməsi və bu sahədə onların bilik və bacarıqlarının artırılma-
sı məqsədilə İKT-dən geniş istifadə etməklə tədris mərkəzlərinin yaradılması,
KİV, televiziya və radio vasitəsilə müvafiq proqramların yayımlanması zəruridir.
Eyni zamanda, dövlət dilində müxtəlif internet resurslarının, elektron və inte-
raktiv dərsliklərin, keyfiyyətli dərs vəsaitlərinin və lüğətlərin yaradılması dövlət
dilinin mənimsənilməsində və ondan daha geniş istifadə edilməsində mühüm
rol oynaya bilər.
Digər tərəfdən, polietnik əhaliyə malik olan dövlətlərdə əhalinin istifadə
etdiyi digər dillərin də sərbəst işlədilməsi və inkişaf etdirilməsi üçün müvafiq
şəraitin yaradılması dil siyasətinin prioritetləri arasında qeyd edilməlidir. Dil
azlıqlarının hüquqları hamılıqla qəbul edilən fundamental insan hüquqlarının
vacib bir hissəsi kimi artıq heç bir dövlətin daxili işi hesab edilmir. Bu gün bır
sıra beynəlxalq sənədləri imzalamaqla dövlətlər dil azlıqlarının hüquqlarının
qorunmasına və onlara hörmət edilməsinə dair öz üzərinə müvafiq öhdəliklər
götürürlər. Belə sənədlər arasında “İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Avropa Konvensiyası”, BMT-nin “İrqi ayrı-seçkiliyin bütün
formalarının ləğv edilməsi haqqında Konvensiyası”, YUNESKO-nun “Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyası,
ATƏT-in “Yeni Avropa üçün Paris Xartiyası”, Avropa Şurasının “Milli azlıqların
müdafiəsi haqqında Çərçivə Konvensiyası” vardır.
Nəhayət, qloballaşan dünyada xarici dillərin öyrənilməsinə də dövlət
tərəfindən daim dəstək verilməlidir. Bu gün daha çox insan xarici dilləri
öyrənməkdə maraqlıdır. Statistikaya əsasən, ingilis dili “300 milyon insanın
ana dili, 100 milyondan artıq insan üçün ikinci dildir, 600 milyona qədər insan
isə ondan xarici dil kimi istifadə edir. O, nəinki keçmiş dövrlərdə beynəlxalq
ünsiyyət vasitələri olan ispan (XVI - XVII əsrlər), fransız (XVIII əsr) və alman (XIX
Dövlət dilinin nüfuzunun
artırılması istiqamətində
daimi və məqsədyönlü
işin aparılması ölkədə
həyata keçirilən dil siyasəti
prioritetlərindən biridir.
Dilin normativ hüquqi
bazasının təkmilləşdirilməsi
və ölkə vətəndaşlarının dövlət
dilindən daha mükəmməl
istifadə etməsi üçün
müvafiq mexanizmlər işlənib
hazırlanmalıdır.