Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
71
gücünə çevrilməsi üçün zəruri islahatların həyata keçirilməsinin zamanı çat-
mışdır.
Mövzunun mahiyyəti ilə əlaqədar intellektual ehtiyatların səciyyəvi
xüsusiyyətlərini aşağıdakı sxem əyani formada əks etdirir.
Sxem 1.
Sxemdən göründüyü kimi, qeyd edilən bütün sahələrdə çalışanların əməyini
birmənalı formada ancaq bir kateqoriyaya aid etmək olmaz. Onların hamısı bir-
biri ilə sıx bağlıdır. Bu struktura aid nümunə kimi Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunu və digər sahə elmi-
tədqiqat institutlarını (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və
Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzini, İqtisadi İnkişaf və
Sənaye Nazirliyinin İqtisadi İslahatlar İnstitutunu) da göstərmək olar. Demək
olar ki, hazırkı dövrdə iqtisadiyyatın bütün sahələri üzrə müvafiq elmi araşdır-
malar aparan qurumlar mövcuddur. Buraya, yuxarıda qeyd edildiyi kimi, sahə
elmi-tədqiqat institutlarının və ya xüsusi müqavilələr əsasında müəyyən elmi-
ekspert qruplarının fəaliyyəti də aid edilə bilər.
Şaquli idarəetmə sistemi həmişə müəyyən çərçivəyə salınmış müva-
fiq təlimatlar və ya əsasnamələrlə həyata keçirilmir. Bu proses əsasən suve-
ren xarakterə malik olur. Məsələn, yerli özünüidarəetmə sistemlərində daxili
nizamnaməyə aid olmayan idarəçilik hərəkətləri edilir. Bu hal həmçinin qeyri-
hökumət təşkilatlarında da müşahidə edilir.
Bildiyimiz kimi, müasir elmi-texniki tərəqqi şəraitində informasiya sistemləri
və texnologiyaları idarəetmənin səmərəliliyini dəfələrlə artırmaq imkanlarına ma-
likdir. Lakin təkcə texnoloji baza bu uğuru təmin edə bilməz. Burada səlahiyyətli
və məsuliyyətli idarəçi kadrlar tələb olunur. Eyni zamanda, idarəetmənin
məsuliyyəti və səmərəliliyi sıx əlaqəli və qarşılıqlı asılılıqdadır. Məsuliyyətlilik
idarəetmə fəaliyyətinin səmərəliliyinin tərkib hissəsi, subyektin qarşısında duran
vəzifələri məhsuldar və səmərəli yerinə yetirmək bacarığıdır [2, s.323].
Bilik iqtisadiyyatı dövründə kommunikasiya və informasiya texnologiyaları
(İT) demokratik özünüidarəetmə prosesinə və vətəndaş cəmiyyətinin inkişafı-
Elm
sahəsi
İdarəetmə
sahəsi
Təsərrüfat
sahəsi
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
72
na güclü təsir göstərir. Hələ formalaşma mərhələsində olan bu texnologiya-
lar siyasi fəallığın ənənəvi formalarını müəyyən edə bilir. Çağdaş dövrümüzdə
müxtəlif səviyyəli seçkilərdə artıq bu vasitələr elektoratın hərəkətlərinin
səmərəliliyini əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycanda da Milli Məclisə
keçirilən son seçkilərdə seçki məntəqələrində quraşdırılan veb-kameralar və
internet kommunikasiya sistemi seçki prosesinin şəffaflığını təmin etmişdir.
Bu texnoloji imkanlardan istifadə edilməsi ilk növbədə istifadəçilərdən ava-
danlıq haqqında nəzəri biliklər tələb edir. İT haqqında mükəmməl biliyə ma-
lik olan istifadəçilər heç bir çətinlik çəkmədən zəruri idarəçilik fəaliyyətlərini
həyata keçirirlər. Sözsüz ki, avadanlıq haqqında zəruri təlimatları oxumadan
bu avadanlıqlardan bacarıqla istifadə edənlər də var. Lakin müəyyən çətinliklər
yarananda onlar hökmən mütəxəssisə müraciət etmək məcburiyyətində qa-
lırlar. Bir çox hallarda bu cür “yarımçıq” mütəxəssislər onlara həvalə edilmiş
avadanlığı bilməyərəkdən sıradan çıxarırlar. Burada əsas məsələ intellekt
tələb edən vasitələrdən istifadə edənlərin biliklərinin artırılması, yenilikləri
mənimsəmələridir. Əgər bu proses obyektiv formada öz həllini taparsa, onda
şaquli idarəçilik sistemində də bir çox problemlər öz həllini tapar.
İnformasiyaların toplanılması, peşəkar formada emal edilərək zəruri
idarəçilik elementinə çevrilməsi çağdaş dövrümüzün tələblərindəndir. Hər
hansı bir zəruri informasiyanın gecikməsi və ya səhv emal edilməsi idarəçiliyin
istənilən həlqəsində gözlənilməz sürprizlər yarada bilər. Bu səbəbdən də virtu-
al məkana qədəm qoyan hər bir şəxs bunun məsuliyyətini anlamalıdır.
Son dövrlərdə ölkəmizdə geniş yayılmış brendlərdən biri də “elektron
hökumət” anlayışıdır. Bu anlayış bir neçə il əvvəl fantastik görünürdüsə, ar-
tıq müxtəlif səviyyəli dövlət orqanlarının vətəndaşlarla ünsiyyətinə bir yeni-
lik gətirməkdədir. Vətəndaşların dövlətlə əlaqədar zəruri ehtiyacları məhz
bu texnoloji imkan vasitəsilə asanlaşdırılmış, innovativ xarakter almışdır.
Bu sistem vətəndaşlara idarəetmənin səmərəliliyini artıran yeni xidmətlər
təklif edir, vətəndaşların cəmiyyətin və dövlətin həyatında fəaliyyətini ni-
zamlayır. Elektron hökumət dövlət idarəetmə orqanları, dövlət və biznes
strukturları, dövlət və vətəndaşlar arasında münasibətləri tənzimləmək və
əlaqələndirmək imkanlarına malikdir. İnkişaf etməkdə olan ölkələrdə ke-
çid dövrü demokratikləşməsi təcrübəsi elektron hökumətin daha geniş
tətbiqinin ölkə rəhbərliyinin təşəbbüsündən və cəmiyyətdə informasiya tex-
nologiyaları haqqında təsəvvürlərin inkişafı səviyyəsindən xeyli dərəcədə ası-
lı olduğunu göstərir. Elektron hökumət dövlət idarəçiliyini təkmilləşdirməyə,
vətəndaşları dövlətin idarə olunmasına daha fəal surətdə cəlb etməyə qa-
dirdir [3, s.308].
Son on il ərzində dünyanın bir çox ölkələrində olduğu kimi müasir qlobal-
laşma şəraitində Azərbaycanda da informasiya axını, sərbəst və azad şəkildə
informasiya almaq imkanları xeyli dərəcədə artmışdır. Belə ki, informasiya alan
auditoriya xeyli genişlənmiş və öz ölkələrinin sərhədlərini aşmışdır.
İntellektual resursların idarə edilməsində mühüm aspekt təşkil edən
elementlərdən biri də elmi-texniki tərəqqi şəraitində Azərbaycanda dövlət
idarəçiliyi sahəsində islahatların həyata keçirilməsi istiqamətində görülən
Dostları ilə paylaş: |