STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
64
XIX в. / Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə tarix fakültəsi
əməkdaşlarının elmi-praktik konfransının materialları. Bakı: Bakı Universiteti
Nəşriyyatı, 2009, s.403-406.
6. Парсамян В.А. История армянского народа. 1801-1900 гг. Ереван: Издательство
Айастан, 1972, 398 c.
7. Erkan S. Çarlık Rusyası ve Sovyetler Birliği Döneminde Etnik Sürgünler // Uluslararası
Suçlar
ve Tarih, Ankara, Yaz 2006, sayı-1, s. 155-173.
8. Büyük Petro ve Osmanlı İmperatorluğu. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı,
1993, -60 s.
9. Ramazan Ç. Alman Kaynaklarına Göre II Abdulhamid Döneminde Ermeni Olayları.
Ankara: T. C. Kültür Bakanlığı Kültür eserleri Yayınları, 2000, -226 s.
10. Восточный вопрос во внешней политике России. Конец XVIII-нацало XX в. М.:
Наук, 1978, -434 c.
Ziyad Amrahov
Territories of Ottoman’s and South Caucasus’s in the prism of the same
problem: Armenian Question and Russia’s factor
In the article, the “Armenian question”, which Ottoman Empire and Azer-
baijan both faced have been analysed. The political ambitions of the Tsarist
Russia in the Ottoman Empire and in the South Caucasus have been studied
attentively and proven by the author. From the comparative analysis of sources
and historical literature it has been known that the Tsarist Russia expansionist
policy towards Azerbaijan’s and Ottoman’s territories was contined in similar
scenarios. Disguising its economic and political interests in the umbrage of
Armenian question. The Tsarist Russia firstly created a “reliable ethnic base”
on the territory of Azerbaijan, and disguised his plans, which were intended to
occupy Black Sea, Bosphorus and Dardanelles and also Iskenderun Bay with
the slogans “the struggle to rescue Christians from the oppression of Muslim
Turkey”.
Зияд Амрахов
Территория Южного Кавказа и Османской империи в призме
схожих проблем: российский фактор в “армянском вопросе”
В статье исследуется так называемый “армянской вопрос”, с которой
столкнулись Азербайджан и Османская империя. В этом контексте тща-
тельно изучаются политические игры Царской России на Южном Кавка-
зе и на территориях Османской империи. Посредством сравнительного
анализа источников и исторической литературы становится известно, что
экспансионистская политика Царской России использовала армянский
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
69
Açar sözlər: intellektual resurs, təşkilatlanma, üfüqi idarəetmə, idarəetmə
subyekti,
idarəetmə obyekti, korporativ maraqlar
Key words: intellectual resources, organization, horizontal management,
Subject of management,
facility management, corporate interests
Ключевые слова: интеллектуальные ресурсы, организация, горизон-
тальное управление, субьект управления, объект управления, корпора-
тивные интересы
Milli intellektual
resursların üfüqi
idarə edilməsinin
metodoloji aspektləri
Mətləb
MAHMUDOV
AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun
aparıcı
elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru
m_mahmudov@yahoo.com
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
70
Bildiyimiz kimi, istənilən cəmiyyətdə insan resurslarının idarə olunması
nə qədər məsuliyyətli olsa da, bir o qədər də ağır prosesdir. Bir çox hallarda
bu ehtiyatların diversifikasiyasını həyata keçirmək də mümkün deyil. Belə ki,
müasir dövrdə insan resurslarının müxtəlif tərkibliliyi bu prosesləri daha da
çətinləşdirir. Bu resursların içərisində intellektual, əqli əməklə məşğul olanların
idarə olunması daha mürəkkəb, daha məsuliyyətli bir vəzifədir. Güman etmək
olar ki, intellektual əmək sahibləri məntiqi düşüncə, dərrakə səviyyələrinə görə
idarəetmə prosesinin müəyyən şərtlərinə asanlıqla uyğunlaşmaq qabiliyyəti
olanlardır. İlk baxışdan bunu onların davranışlarında, həyat tərzlərində
müşahidə etmək mümkündür. Lakin təcrübə bu prosesin elə də asan olmadı-
ğını göstərir.
İntellektual resursların idarə edilməsi prosesinin təhlili ilk növbədə
bu obyektin sosial mahiyyətini, sosial strukturunu, formalaşma və inkişaf
xüsusiyyətlərinin öyrənilməsi zərurətini ortaya qoyur. Eyni zamanda, intellek-
tual resursların sosial mahiyyətinin açıqlanmasına ehtiyac vardır.
İntellektual resurslar dedikdə cəmiyyətin əqli əmək sahibləri nəzərdə tutu-
lur. Bununla yanaşı, burada əqli əmək sahiblərinin də müxtəlifliyini nəzərdən
qaçırmaq olmaz.
Müasir dövrdə intellektual resursların artımına olan tələbat dəfələrlə yüksək
tribunalardan səsləndirilmiş, cəmiyyətin diqqət mərkəzində olan mühüm bir
vəzifə kimi vurğulanmışdır. Bu baxımdan cəmiyyətin elmi potensialının inkişaf
etdirilməsinə olan diqqət ümummilli lider Heydər Əliyevin alim və ziyalılarımız-
la görüşlərində dəfələrlə diqqət mərkəzinə
gətirilmiş, onun apardığı siyasətin layiqli
davamçısı respublikamızın dövlət başçısı
İlham Əliyevin Milli Elmlər Akademiyasının
60 illiyinə həsr olunmuş 14 dekabr 2005-
ci il tarixində keçirilmiş təntənəli yığıncaq-
da söylədiyi nitqində bir daha öz təsdiqini
tapmışdır. O bildirmişdir ki, “inkişaf etmiş
ölkələrin təcrübəsinə nəzər salsaq, onu da
görəcəyik ki, nə təbii ehtiyatlar, nə coğrafi
vəziyyət yox, məhz intellektual potensial, elmin səviyyəsi o ölkələrin tərəqqisini
müəyyən və təmin edir, ölkəni inkişaf etmiş ölkəyə çevirir” [1].
Bu baxımdan, dövlətimizin əldə etdiyi uğurlarla yanaşı, müasir dövrün ça-
ğırışları bilik iqtisadiyyatının prioritet təşkil etməsini, bu uğurların innovativ xa-
rakter almasını qarşımıza vacib bir vəzifə kimi qoyur.
Tarixi təcrübə həqiqi innovasion tələbatın etibarlı formada ödənilməsi,
yeniləşmə istəyində olan cəmiyyətdə pozitiv mahiyyət daşıyan dəyişikliklər
prosesində baş verməsini, insan həyatının elmi əsaslara, intellektual resursla-
ra arxalandığını göstərir. Sözsüz ki, burada söhbət “öz şirəsində qaynamaq-
dan” getmir. Əlbəttə ki, “yeni velosiped” kəşfi intellektual varlığın devizinə
çevrilməməlidir. Artıq dünya xalqları tərəfindən əldə edilmiş elmi kəşflər və
uğurlardan, onların töhfələrindən yan keçmək də mümkün deyil. Bütün bun-
larla yanaşı, ölkənin real elmi elitasının formalaşması, onun real iqtisadi bilik
İntellektual resurslar dedikdə
cəmiyyətin əqli əmək sahibləri
nəzərdə tutulur. Bununla
yanaşı, burada əqli əmək
sahiblərinin də müxtəlifliyini
nəzərdən qaçırmaq olmaz.