Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
73
tədbirlərdir. Keçən əsrin 60-70-ci illərində Qərb ölkələrində dövlətin siyasi kur-
sunun müəyyən edilməsində əsasən etatist baxışlara üstünlük verilirdi. Dövlət
idarəçiliyinə müasir yanaşmaya müvafiq olaraq, siyasi kursun müəyyən edilməsi
müqavilə münasibətlərinin üstünlük təşkil etməsi ilə xarakterizə olunur. Dövlət
və cəmiyyət arasında münasibətlərin dəyişməsi dövlət idarəçiliyinin səmərəliliyi
problemini ön plana çıxarmışdır. Tənzimləyici rolu köklü dəyişikliyə uğrayan
dövlət aparatı postsənaye ölkələrində artıq dövlətin idarə edilməsi prosesinin
yeganə iştirakçısı deyildir. Belə ki, bu prosesə getdikcə daha çox yeni maraq qrup-
ları qatılır. Belə şəraitdə dövlətin rolunun səmərəliliyi ictimai-iqtisadi sistemdə
qarşılıqlı pozitiv əlaqələrlə şərtlənir. Cəmiyyətin idarə olunmasında rolu getdikcə
azalan icbarilikdən daha çox tənzimləməyə və kooperasiyaya üstünlük verilməyə
başlanılır. Beləliklə, idarəetmənin formaları, dövlət idarəetməsinin idarəçilik stra-
tegiyası tədricən şaquli vektoral fəaliyyətdən
üfüqi fəaliyyətə doğru irəliləməyə başla-
yır. Dövlət idarəetməsinin rasionallaşması
dövlətin kommersiyalaşması ilə eyni za-
manda baş verir. Bunun nəticəsində şəxsi
korporasiyaların idarəetmə personalı fəal
surətdə dövlətin inzibati strukturlarına daxil
olaraq məmur aparatının əvvəlki qapalılığını
pozur. İdarəetmənin mərkəzləşdirilməsinin
zəifləməsi yerli idarəetmə orqanlarının
fəaliyyətinin aktivləşməsində, qeyri-dövlət
institutlarının
potensialından
istifadə
edilməsinin miqyasının genişləndirilməsində
əks olunur.
Müasir dövrdə bir çox ölkələrdə dövlət
menecmenti
ölkənin
iqtisadiyyatının
sabitləşdirilməsinə xidmət etmiş, dövlət
xərclərini xeyli azaltmışdır. Elmi-texniki
tərəqqi dövlət hakimiyyətinin və idarəetmənin rasionallaşdırılması prosesinə
ciddi təsir göstərir. İqtisadi əlaqələrin genişlənməsi, elmi kəşflər və tədqiqatlar,
yeni kommunikasiya və texniki vasitələrin inkişafı bütün dünyanı vahid bir
məkanda birləşdirir. Belə bir şəraitdə inkişaf templərində və rasionallaşmada
geriləmə dövlətin suverenliyinə təhlükə yarada bilər.
Müasir dövrdə struktur islahatları dövrünü yaşayan ölkələrin bəzilərinin so-
sial-iqtisadi həyatında nəzərə çarpan nailiyyətlər ilk növbədə həmin ölkələrdə
formalaşdırılan uğurlu korporativ idarəçilik strukturlarının zəruri hüquqi
qaydalar vasitəsilə fəaliyyət göstərmələrində ifadə olunur. Bu cür idarəçilik
modellərinə görə icraçı rəhbərlər (adətən, onları menecerlər adlandırırlar)
qarşılıqlı formada razılaşdırılmış bir qurumun dayanaqlılığının qorunub sax-
lanılması maraqları naminə ifrat çalışqanlıq nümayiş etdirirlər [3]. Buna bax-
mayaraq, onlar razılaşdırılmış tərəflərdən aldıqları səlahiyyət mandatından
maksimum istifadə etmək azadlığına malikdirlər. Hər zaman kənardan demok-
ratik idarəçilik təəssüratı yaradan bu sistem bəziləri (təhsil səviyyəsi kifayət
Müasir dövrdə struktur
islahatları dövrünü yaşayan
ölkələrin bəzilərinin sosial-
iqtisadi həyatında nəzərə
çarpan nailiyyətlər ilk
növbədə həmin ölkələrdə
formalaşdırılan uğurlu
korporativ idarəçilik
strukturlarının zəruri hüquqi
qaydalar vasitəsilə fəaliyyət
göstərmələrində ifadə olunur.