Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
81
bütövlükdə ictimai həyatın elmi biliklərə, intellektual potensiala əsaslanmaqla
qurulması və fəalliyəti zamanı baş verir.
İstifadə edilmiş ədəbiyyat:
1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2005-ci il tarixində Milli
Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitqi, http://files.
preslib.az/site/ialiyev/2005.pdf
2. Эффективность государственного управления. Под ред. С.А.Батчиков и С.Ю.Глазьев
(пер. с англ.). М., 1998, -810 c.
3. Бонем М., Сейферт Д. Потенсиал электронного правительства для трансформасии
демократических систем переходного типа. Проблемы государственного
управления, 2002, -308 c.
4. Вальрас Л. Элементы чистой политической экономии. М.: “Изограф”, 2000, -448 с.
5. Поппер К. Открытое общество и его враги. Т.1. 2003, М., 450 c.
6. Патнэм Р. Чтобы демократия сработала. Гражданские традиции в современной
Италии. - М.: “Ad Marginem”, 1996, -540 с.
7. Интерфакс-АИФ, № 13, 31 марта - 6 апреля 1997 г.
8. Демин А.В. Общие вопросы теории административного договора. Красноярск,
1997, -268 с.
9. Abbasov Ə.F. İnnovasion inkişaf naminə: intellektual sərvət və milli elita. // “Azərbaycan”
qəzeti, Bakı, 3 noyabr 2009-cu il, s.5.
Matlab Mahmudov
Metodological Aspects of Horizontal Management of
National Intelligent Resources
The article draws attention to some of the methodological aspects of
the processes of horizontal organization in the management of intellectual
resources of Azerbaijan, conducted structural and functional analysis of
the organizational process. In addition, the article expresses the attitude to
the formation of a control system in accordance with the requirements of
modernity, the establishment and development of its business units in the
context of extrapolation to all spheres of society, are some of the suggestions
and recommendations on improving the effectiveness of each of its segment.
Матлаб Махмудов
Методологические аспекты горизонтального управления
национальных интеллектуальных ресурсов
В статье особое внимание уделяется некоторым методологическим
аспектам горизонтальной организации в управлении интеллектуальных
ресурсов Азербайджана, проводится структурно-функциональный ана-
лиз организационного процесса.
Кроме того, в статье выражено отношение к формированию системы
управления в соответствии с требованиями современности, к становле-
нию и развитию ее структурных подразделений в контексте экстраполя-
ции ко всем сферам деятельности общества, даны некоторые предложе-
ния и рекомендации по проблемам повышения эффективности в каждом
его сегменте.
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
83
Açar sözlər: internet, genişzolaqlı internet, e-ticarət, e-hökumət, internet
iqtisadiyyatı, informasiya-kommunikasiya texnologiyaları
Key words: internet, broadband, e-commerce, e-government, internet
economy, information and
communication technologies
Ключевые слова: интернет, широкополосный интернет, э-торговля,
э-правительство, интернет экономика, информационные и коммуника-
ционные технологии
Azərbaycanda milli
internet iqtisadiyyatının
inkişafı
məsələləri
Rasim
SƏFƏROV
AR Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi “TASİM”
Layihəsi Katibliyinin əməkdaşı
rasim.safarov@mincom.gov.az
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
84
Giriş
İnternet insan həyatının ayrılmaz parçasına çevrilməklə ekoloji, iqtisadi, si-
yasi və mədəni sistemlərin inkişafında mühüm təsirlərə malikdir. Bu gün bir-
başa biznesin aparılması, çevik informasiya axtarışı, mübadiləsi və təminatı,
iqtisadi münasibətlərin daha geniş səpkidə inkişafı, yeni (rəqəmsal) məhsul və
xidmətlərin yaradılması, xərclərə qənaət, şirkətlər və istehlakçılar üçün qlobal
bazarlara qeyri-məhdud çıxış, o cümlədən dünyada baş verən sosial-iqtisa-
di innovasiya proseslərinə sürətli inteqrasiya üçün istifadə edilən ən optimal
texnologiyalardan biri internetdir. Belə ki, rəqəmsal şəbəkələşmə və kommu-
nikasiya infrastrukturları əhali, biznes və dövlət strukturları üçün strategiyala-
rın hazırlanması, qarşılıqlı faydalı fəaliyyətin həyata keçirilməsi, əlaqələrin və
şəbəkələrin genişləndirilməsi, o cümlədən məlumat axtarışı və informasiya
təminatının qlobal platformasını təmin edir. Bu baxımdan, BMT-nin Davamlı
İnkişaf Məqsədlərində yoxsulluğun azaldılması, savadsızlığın aradan qaldırıl-
ması və müxtəlif sahələrdə müsbət artımın əldə edilməsi üçün genişzolaqlı
internetin inkişafı əsas lokomotiv kimi dəyərləndirilərək, onun bütün sahələrdə
geniş istifadəsi gələcək inkişaf üçün əhəmiyyətli vasitə hesab olunur. Bu çağı-
rışlardan irəli gələrək dünya dövlətləri sosial-iqtisadi fəaliyyətin təşkilində İKT-
nin, o cümlədən genişzolaqlı internetin tətbiqini genişləndirir, onun inkişafı
üzrə milli strategiya və planlar qəbul edir.
Bundan irəli gələrək internet iqtisadiyyatının mahiyyəti, o cümlədən
Azərbaycanda milli internet iqtisadiyyatının mövcud vəziyyəti və gələcək inki-
şaf məsələləri məqalədə araşdırma obyekti kimi tədqiq edilmişdir.
1. İnternetin sosial-iqtisadi əhəmiyyəti
İnternetin inkişaf mərhələsi bunu deməyə əsas verir ki, onun
kəşfi cəmiyyətdə yalnız sosial münasibətlərin deyil, həmçinin iqtisadi
münasibətlərin də təşkilində müasir texnologiyaların tətbiqinə zəmin yarat-
mışdır. Belə ki, ABŞ-da dövlət və universitetlər, o cümlədən elmi-tədqiqat
laboratoriyaları arasında həyata keçirilən qarşılıqlı layihələrin dəstəklənməsi
üçün vahid şəbəkə (İNTRAnet) kimi əsası qoyulan internet müəyyən inkişaf
mərhələsi keçərək dünyanın əksər aparıcı universitetlərinin və texnologiya
müəssisələrinin də bu şəbəkəyə qoşulması ilə daha da genişlənmişdir. Məhz
XX əsrin 90-cı illərindən etibarən internet kommersiyalaşdırılaraq, cəmiyyətin
mövcud inkişafı ilə yanaşı, gələcəyin prioritetlərini də müəyyən etməkdə da-
vam edir.
Hazırda internet qarşılıqlı kompüter şəbəkələrinin elə bir qlobal sisteminə
çevrilmişdir ki, o, standart İnternet Protokol dəstlərinin (TCP/IP) tətbiq edilməsi
ilə milyonlarla insan, özəl, dövlət, elm, biznes və hökumət şəbəkələrini geniş ya-
yılmış naqilsiz və optik şəbəkə texnologiyaları vasitəsilə sürətlə yerli əhatədən