STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
48
təcavüzkar mahiyyətini faktlarla ifşa edərək 1931-ci ildə yazırdı ki, indiki So-
vet Ermənistanının ərazisi Azərbaycandan alınmış Zəngəzur və digər ərazilərlə
bərabər 30 min 948 kv. kilometr olub, 1926-cı il statistikasına görə, əhalisi 876
mindir ki, bunun da Sovet məlumatına görə, 10,2 faizi türk, 2,3 faizi rusdur.
Hiylə və riyakarlıqla gəlib Azərbaycan və Gürcüstanda yerləşən ermənilər az-
lıq təşkil edirlər. Yeni mühacirətin gətirəcəyi erməni qafiləsinin bu 30 min 948
kv. kilometr ərazidə yerləşməyəcəklərini nəzərə alaraq onları Qərbi və Cənub-
qərbi Azərbaycanla Cənubi Gürcüstanda məskunlaşdırmaqdadırlar. Məqsəd
bu ərazilərin gələcəkdə “Yerevan Ermənistanı”na ilhaqını təmin etməkdən
ibarətdir [9, s.141-142].
M.B.Məmmədzadə çoxsaylı yazılarında mötəbər faktlara istinad edərək
göstərirdi ki, indiki Ermənistan dövləti Azərbaycanın əzəli torpaqlarının ilhaqı
hesabına, onun xalqına qarşı böyük və ağlasığmaz amansızlıqlarla törədilən
kütləvi qırğınlar nəticəsində meydana gəlmişdir.
Erməni daşnaklarının Azərbaycanda törətdikləri kütləvi
qırğınlar və onların ağır nəticələri
M.B.Məmmədzadə XX əsrin ilk iki onilliyində öz azadlığı və istiqlaliyyəti
uğrunda çarpışan Azərbaycan xalqının böyük faciələrinə səbəb olmuş soyqı-
rımlar haqqında qələmə aldığı yazılarında hər şeydən əvvəl belə bir mühüm
cəhətə diqqət yetirirdi ki, həmin dövrdə azərbaycanlıların kütləvi surətdə qətlə
yetirilməsi və onların doğma torpaqlarından zorla qovulması ermənilərin
məqsədli siyasi-ideoloji mübarizəsinin ana xəttini təşkil etmiş, onun əməli
təzahürü olmuşdur. Ermənilərin törətdikləri cinayətkar əməllərə siyasi duru-
mundan asılı olmayaraq hər zaman məhz Rusiya rəvac vermiş, onları siyasi-
hərbi himayədarlıq etmişdir. Rusiyanın belə canfəşanlığı isə onun Cənubi Qaf-
qazda böyük geostrateji önəm kəsb edən Azərbaycanı mütləq əsarəti altında
saxlamaq niyyətindən irəli gəlirdi.
1905-1906-cı illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı
törətdikləri kütləvi qırğınlar 1918-ci il martın 31-də kulminasiya nöqtəsinə
çatmışdı. Quzey Azərbaycan tarixinə “Bakı faciəsi” kimi daxil olan həmin
gündə bolşevik-rus – daşnak-erməni hərbi-siyasi alyansının silahlı birləşmələri
tərəfindən Bakıda böyük amansızlıqla törədilmiş kütləvi qırğınlar haq-
qında o zaman mətbuatda onlarla yazı dərc edilmişdir. Bunların sırasında
M.B.Məmmədzadənin 1920-ci il martın 31-də “İstiqlal” qəzetində dərc et-
dirdiyi “Mart günləri” məqaləsi xüsusi önəm daşıyır. Bu yazısında Mirzə Bala
göstərir ki, bu gün böyük fəlakətlər keçirmiş paytaxt türkləri, ümumazərbaycan
xalqı yenə qanlı mart günləri keçirməkdə ikən keçmiş dəhşətli günlərini yad
edəcəkdir. Azərbaycan türklərində oyanmış istiqlal və mili azadlıq fikrini məhv
etmək üçün türkün qanına susamış cəllad etməni daşnakları ilə əlbir olan
bolşeviklər Leninin göstərişi və Şaumyanın başçılığı ilə Azərbaycan tarixində