Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
51
Onlar fəaliyyətlərini və Moskva ilə əlaqələrini davam etdirmiş, nəhayət, Leni-
nin bir fərmanı ilə Qaragözyan Azərbaycanı bölməyə və Daşnak planını tətbiq
etməyə müvəffəq olmuşdu. Mərkəzi “Stepanakert” adlanan “Xankəndi” olmaq-
la “Muxtar Dağlıq Qarabağ Ölkəsi” adı ilə Azərbaycanın tam göbəyində bir
“Ermənistan” yaradıldı və bu “Ermənistana” Armenak Qaragözyan başçı təyin
edildi.
M.B.Məmmədzadə böyük ürək ağrısı ilə yazır ki, Azərbaycandan ayrılan yal-
nız Qarabağ deyildi. Muxtar Qarabağa Şuşa qəzasının mühüm qismi – yaylalar,
məşhur Turşsu dağları, əzəldən əhalisi türklər olan Xəlifəli məntəqəsi, Malıbəyli
kəndi, Şəlvən dərəsi, Qınzırıstan, İsmayılbəyli kəndləri, Cavanşir qəzasından bü-
tün dağlar və yaylalar, Cəbrayıl qəzasından dağlıq, meşəlik qismi və buradakı
kəndlər, Qubadlı qəzasından Qala dərəsi, Alyanlı, Musurmanlar məntəqəsi və
digər yayla, dağlıq və meşəliklər daxil edilir. Şuşa bu “ölkənin” ortasında oldu-
ğu kimi Əskəran keçidi də ermənilərin əlinə keçmiş olurdu. Məsələ bununla da
bitmirdi. Qarabağın Zəngəzur başda olmaqla digər mühüm hissələri bilavasitə
Yerevana birləşdirilmiş, Zəngəzur ilə Ermənistan arasındakı qalan ərazidə də
bir “Kürdüstan Cümhuriyyəti” uydurulmuşdu. Unudulmamalıdır ki, Yerevan bu
gün milli kürd hərəkatının mərkəzlərindən biri hesab edilir. Qaragözyan
ilə Te-
vadros Mirzəbekyan Qarabağla Gəncəni Yerevana ilhaq etməyi rəsmən təklif
etməklə kürdlərin “yetişməsini” gözləmək istəmişdilər.
Zəngəzurun Yerevana ilhaqından əvvəl “Lenin milli siyasəti” əsasında türk
torpaqları olan Şərur və Dərələyəz qəzalarının mühüm hissəsi, Göyçə gölünün
şərq və şimal sahilləri, Qazax qəzasının dağlıq qismi Ermənistana ilhaq edil-
mişdi.
Lakin bütün bunlarla da daşnakların Moskvanın əli ilə “Lenin milli siyasəti”
sayəsində tətbiq etməkdə olduğu layihə bitmir.
Daxildə Moskvanın himayəsi və müdafiəsi altında olan məkrli erməni daş-
nakları Azərbaycan hesabına “Böyük Ermənistan” yaratmaq planını həyata
keçirməkdən ötrü “pantürkizm ideologiyasının ocaqlarından” saydıqları
Gəncənin ilhaq edilməsilə Yerevanın Xəzər sahillərinə qədər olan ərazilərdə ha-
kim olmasını nəzərdə tuturdular. “Ermənilər bu hədəfə doğru necə yürüyürlər”
sualını cavablandırarkən M.B.Məmmədzadə bir çox mənbələrə, o cümlədən
də 1931-ci ildə Tiflisdə çıxan “Zarya Vostoka” qəzetinə müraciət etmişdir. O,
həmin suala 1938-ci ildə Berlində nəşr olunmuş “Milli Azərbaycan hərəkatı”
adlı kitabında da aydınlıq gətirmişdir.
Nəticə
Böyük vətənpərvər, istiqlalçı mütəfəkkir M.B.Məmmədzadə mürtəce erməni
ideologiyası və ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri
soyqırımlar haqqında söylədiyi fikirləri ilə doğma xalqını həmişə ayıq-sayıq
olmağa, özünün milli varlığını qorumaq uğrunda mübarizəyə səsləmişdi. Mil-
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
52
li nicatın yeganə çıxış yolunu isə o, möhkəm milli dövlətçiliyə nail olmaqda
görürdü. “Milli dövlət xaricində bir millət olaraq yaşamağımıza imkan yox-
dur”, - deyən M.B.Məmmədzadəyə görə: “Əgər bir millət olaraq, türk olaraq,
azərbaycanlı olaraq yaşamaq şüur və qənaəti daşıyırıqsa, milli bir dövlət halın-
da qurulmaq, azad və müstəqil yaşamaq üçün həyatımızı əsirgəməməliyik” [4,
s.246].
M.B.Məmmədzadənin müasir dövrümüzlə həmahəng səsləşən bu tarixi
vəsiyyətinin hər bir azərbaycanlı üçün böyük ibrətamiz əhəmiyyəti vardır.
İstifadə edilmiş ədəbiyyat:
1. “Azərbaycan” qəzeti, 31 mart 1920-ci il.
2. Abışov B.Ş. Azərbaycanlıların soyqrımı (1917-1918-ci illər). Bakı: “Nurlan”, 2005.
3. İbrahimli X.Ç. Azərbaycan siyasi mühacirəti (1920-1991). Bakı: “Elm”, 1996.
4. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: “Nicat”, 1992.
5. Məmmədzadə M.B. Azərbaycan və Türkiyə. // “İstiqlal” qəzeti, 26 fevral 1920-ci il.
6. Mehmetzade M.B. Ermeniler ve İran. İstanbul, 1927.
7. Mehmedzade M.B. Taşnakların açtıkları sefer. // “Kurtuluş” dergisi, №10, Berlin,
1935.
8. Məmmədzadə M.B. Lenin milli siyasəti. Bakı, 2007.
9. Məmmədzadə M.B. Lenin milli siyasəti Azərbaycanda nə nəticələr verdi? //“Bildiriş”
qəzeti, 10 sentyabr 1931-ci il.
10. Məmmədzadə M.B. Mart günləri. // “İstiqlal” qəzeti, 31 mart 1920-ci il.
11. Məmmədzadə M.B. Erməni çıxışı. // “İstiqlal” qəzeti, aprel 1920-ci il.
12. Məmmədzadə M.B. Bakı qətliamının 20-ci il dönümü (1918-31 mart-1938). // “Kur-
tuluş” dərgisi, Berlin, 31 mart 1938.
13. Yaqublu N.Q. Müsavat partiyasının tarixi. Bakı: “Ay-Ulduz”, 1997.
Rafail Ahmadli
Mirza Bala Mammadzade about the reactionary characters of the
Armenian ideology and the genocide perpetrated by dashnaks
The article is dedicated to the views of one of the thinkers during the
struggle for independence, M.B.Mammadzade, on reactionary ideology and
genocide committed by Armenians against Azerbaijanis. It is noted that at the
time of paying attention to these events M.B.Mamedzade warned us to be vi-
gilant, strongly recommended to preserve their national identity. He only way
to
acquire freedom, seen in achieving gain nationhood.
The author draws attention to the glorious pages of participation of
M.B.Mamedzade in the struggle of our people for national unity, his partici-