Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
55
Açar sözlər: Cənubi Qafqaz, Osmanlı imperiyası, Bosfor və Dardanel
boğazları, İskəndərun körfəzi, “erməni məsələsi”
Key words: South Caucasus, the Ottoman Empire, the Bosphorus and Dar-
danelles straits,
the Gulf of Iskenderun, “Armenian question”
Ключевые слова: Южный Кавказ, Османская империя, проливы Бос-
фор и Дарданеллы, залив Искендерун, “Армянский вопрос”
Cənubi
Qafqaz və
Osmanlı
əraziləri
oxşar
problemin
prizmasında:
“erməni məsələsi”ndə
Rusiya
faktoru
Ziyad
ƏMRAHOV
Bakı Dövlət
Universitetinin müəllimi,
tarix
üzrə fəlsəfə doktoru
zamrahov@gmail.com
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
56
Giriş
Məlumdur ki, XIX əsrdən etibarən Azərbaycanın və Osmanlı imperiyası-
nın tarixi taleyi ilə bağlı məsələlərdə, rastlaşdıqları ağır sınaqlarda, faciəli tari-
xi hadisələrdə bu və ya digər dərəcədə “erməni amili” özünü qabarıq şəkildə
göstərməkdədir. Bu təhlükəli amil indi də mövcuddur və tarixi proseslərin
izlənilməsi onu deməyə əsas verir ki, hələ uzun müddət də mövcud olacaqdır.
Tale həm Azərbaycan, həm də qardaş Türkiyə xalqını son dərəcə etibarsız bir
qonşu ilə birgə yaşamağa məcbur etmişdir. “Erməni məsələsi” təkcə keçmiş
Osmanlı, indiki Türkiyə Cümhuriyyətinə qarşı deyil, həm də Azərbaycana qarşı
da həyata keçirilən işğalçı bir siyasətdir.
Hələ XIX əsrin əvvəllərində Aralıq dənizindən başlayaraq bütün Cənubi Qaf-
qaza sahib çıxmaq istiqamətində ermənilərin həyata keçirdikləri irticaçı siyasət
Osmanlı dövləti və Azərbaycan tərəfindən böyük narahatçılıqla qarşılanmışdı.
Qarşılarına qoyduqları məqsədə çatmaq üçün ermənilərin əl atdıqları vasitələr
isə türk xalqlarına misilsiz faciələr gətirdi. Tarixi proseslərin gedişatı göstərdi
ki, millətçilik və təcavüzkarlıq erməni xislətinin ayrılmaz hissəsidir və onun yox
olmasını düşünmək də olsa-olsa gələcək faciələrə qarşı biganəlik göstərməyin
ifadəsidir.
“Erməni məsələsi”nin belə uzunömürlü olmasının, sözsüz ki, bir sıra ob-
yektiv və subyektiv səbəbləri vardır. Bu səbəblərə misal kimi erməni kilsəsinin
uzun illər ərzində müstəqil hakimiyyətə sahib olmaq niyyəti, xarici amil,
ermənilərin xarici dövlətlərin türk xalqlarına istiqamətlənmiş siyasətinin alətinə
çevrilmək bacarığı və bu məqamdan yaradıcı şəkildə istifadə edə bilmələri və
s.
göstərmək olar
Bəs onda, görəsən, məsələnin əsl mahiyyəti nədir? Haradan qaynaqlanır?
Doğrudanmı, Osmanlı imperiyasında yaşayan ermənilər böyük dövlətlərin
“yardımı” olmasaydı, “yox olmaq təhlükəsi” qarşısında qalacaqdılar? Bu
mənada bəhs olunan məsələ tarixi-politoloji sahədə ən çox ədəbiyyat yaradan
problemlərdən biridir.
“Erməni məsələsi”nə tarixdən baxış
“Erməni məsələsi” praktiki olaraq XIX əsrin 70-ci illərində, daha dəqiq
desək, 1877-1878-ci illər Rus-Türk müharibəsinin yekun sənədində
(San-
Stefano müqaviləsinin 16-cı, Berlin Konqresinin 61-ci maddələri ilə -
Z.Ə.)
özünə beynəlxalq status qazansa da, əslində, öz başlanğıcını XIX əsrin 30-
cu illərindən götürür. Məhz həmin illərdə Osmanlı imperiyasının ayrı-ayrı
əyalətlərinə Avropanın böyük dövlətləri tərəfindən göndərilən missioner qrup
və təşkilatların imperiyanın dostluq və mehribanlıq şəraitində yaşayan azsaylı
xalqları, o cümlədən erməni toplumu arasında dini ayrı-seçkiliyin, şovinist əhval-