STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
228
gecikmələrin qarşısını almaq üçün əlavə tədbirlər görülürdü. 1919-cu il ap-
relin 17-də Dəmiryolu İdarəsi “F.A.Matiyeviç və Ko” Ticarət Evi ilə müqavilə
bağlayaraq Batumidə öz ticarət agentliyini yaratmışdı. Dəmiryolu İdarəsinin
bütün kommersiya sifarişlərinin icrası həmin şirkətə tapşırılmışdı. Parlamen-
tin 1920-ci il fevralın 9-da qəbul etdiyi qərarla “Neft məhsullarından tutulan
vergilərin dəyişdirilməsi haqqında” Qanunun 5-ci bəndinə əsasən, aksiz yığım-
ları Azərbaycandan ixrac olunan neft və neft məhsullarına da tətbiq edilirdi.
İxracatçılar neft məhsullarına aksiz məzənnəsinin qeyri-düzgün hesablanması
haqqında müraciət etdikdə, onların şikayətinə Aksiz İdarəsi və Neft Sənayeçiləri
Qurultayı Şurasının hər birindən 2 nəfər nümayəndənin daxil olduğu xüsusi
komissiyada baxılırdı. 1919-cu ildə dövlət büdcəsinə daxil edilən gömrük yı-
ğımları (rüsum, aksiz və pud hesabı vergisi) 71,2 mln. manat olmuşdu və 1920-
ci ildə bunun 83,9 mln. manata çatdırılması nəzərdə tutulurdu [5, v.27; 16, v.45].
Bütövlükdə bir ay ərzində gömrük qeydiyyatından keçməklə, ümumi dəyəri
361,9 mln. manat təşkil edən ixrac malları gömrük baxışından keçirilmiş və 21,3
mln. manat həcmində gömrük rüsumu alınmışdı. Nəzərə alınmalıdır ki, Gür-
cüstan tərəfinə göndərilən neft və neft məhsulları, pambıq, un və qoyun ətinə
gömrük rüsumu tətbiq edilmirdi. Qonşu respublikanın Azərbaycandan idxal
etdiyi malların yarıdan çoxu gömrük vergisindən azad edilmişdi [17, v.203].
Nəticə
AXC yarandığı gündən bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, xarici
ticarətin gömrük-taarif tənzimlənməsi sahəsində müstəqil siyasət yeritməyə ça-
lışırdı. Əslində, Azərbaycan hökumətinin 1919-cu il mayın 23-də sərbəst ixraca
icazə verilməsi haqqında qərarı ingilislərin hərbi missiyasının təzyiqi ilə verilmişdi
və yalnız hərbi təsərrüfatın ehtiyaclarının ödənilməsi üçün ixrac edilən mallarına
gömrük rüsumu tətbiq edilməməli idi. Halbuki ingilislərin hərbi təchizat idarəsi
ehtiyac olduğundan on dəfələrlə çox maye yanacaq daşıyıb aparmış, gömrük və
aksiz ödənişlərindən bilərəkdən yayınmışdı [32, s. 208].
Azərbaycan Cümhuriyyətinin yeritdiyi və milli maraqlara cavab
verən göm-
rük-taarif siyasətinə qarşı Britaniya hökuməti tərəfindən etirazlar səslənirdi.
Britaniya tərəfi Milli Hökumət tərəfindən gömrük tariflərinin dəyişdirilməsinin
1903-cü ilin Ticarət Konvensiyasına zidd olduğunu iddia edir və bununla da,
əslində, hərbi və qeyri-hərbi yüklərin gömrük rəsmiləşdirilməsi aparılma-
dan, rüsum və vergi ödənmədən, yalnız yerli gömrük orqanlarına sərhəddən
keçirilən yüklərin çəkisi və növü haqqında statistik məlumatları verməklə
kifayətlənmək istəyirdi.
Müxtəlif səviyyələrdə siyasi-iqtisadi təzyiqlərə və çətinliklərə baxmayaraq,
AXC müstəqil gömrük siyasəti yeritməkdə, xarici ticarətin milli maraqlara xidmət
etməsində bir o qədər israrlı idi. Milli gömrük xidməti və gömrük baxımından
sərhəd mühafizəsinin təşkil edilməsi dövlət quruculuğunun bu sahəsində tarixi