STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
224
müsadirə olunan neft məhsullarının hərracda satılması haqqında elanların
verilməsi [8, vv.54-55].
Neft məhsullarından aksiz vergisi yüklər Bakı sənaye rayonundan
çıxarılarkən alınırdı və verginin həcmi bu müddətdə bir neçə dəfə artırılmışdı.
1918-ci ilin sonuna aksiz dərəcəsinin həcmi müvafiq olaraq benzol və toluola
90 qəpik, yüngül yağlara 1 manat 20 qəpik, benzin və sürtgü yağlarına 1 ma-
nat 60 qəpik olmaqla tətbiq olunurdu. Lakin satış üçün Bakıdan çıxarılan neft
məhsullarının 80 faizini təşkil edən xam neft və mazut aksiz yığımına cəlb
olunmurdu. Azərbaycan hökumətinin 1918-ci il 21 oktyabr tarixli qərarı ilə
1919-cu il yanvarın 21-dən başlayaraq xam neft və digər neft məhsullarının
hər puduna aşağıdakı aksiz məzənnələrinin tətbiqinə başlaıldı: xam neft və
neft yanacağına (mazut) - 3 manat; kerosinə (ağ neft) - 5 manat; benzin
və sürtgü yağlarına - 7 manat. Sonralar hökumət bu məzənnələrin yüksək
olmasını qəbul edərək aksiz dərəcələrinin daha səmərəli metodla hesablan-
ması prinsipinə üstünlük verdi. Xam neftin aksiz məzənnəsini aşağı salmaq
məqsədilə bütün neft məhsulları dörd qrupa bölündü: birinci qrupa neft və
yağ qalıqları və ağır xam neft, ikinci qrupa təbii xam neft, üçüncü qrupa ağ
neft və yüngül dizel yağı, dördüncü qrupa isə benzin və sürtgü yağları da-
xil edildi. Digər neft məhsulları, o cümlədən parafin, sabun surroqatları və
s. neft emalı məhsulları qiymətindən asılı olaraq əsas 4 qrupdan birinə da-
xil edilmişdi. Bu amili nəzərə alaraq birinci qrup məhsulların hər puduna 2
manat, ikinci qrupa 4 manat, üçüncü qrupa 5 manat, dördüncü qrupa isə 8
manat aksiz məzənnəsinin tətbiq edilməsi düzgün hesab edilmişdi. Bakıdan
xarici ölkələrə kerosin və mazutun əvəzinə xam neftin yeni məzənnələrlə ix-
rac edilməsi iqtisadi cəhətdən səmərəli ola bilməzdi. Belə ki, 3,25 pud xam
neftin emalından 1 pud kerosin, 2 pud mazut alınırdı. Bu məhsulların ixracına
üst-üstə 9 manat aksiz tətbiq olunurdusa, həmin miqdarda xam neftin aksiz
dərəcəsi 13 manata çatırdı. Benzin və sürtgü yağlarına tələbat olduğuna görə
bu məhsullara daha yüksək aksiz dərəcəsi təyin edilirdi [20, v. 18-20; 26, s.
161].
Batumi vilayətinin rəhbərliyi Azərbaycan hökumətinə müraciət edərək lima-
na daxil olan yüklərin mühafizəsi, anbar xidməti və ölkəmizə məxsus yüklərin
əlavə vergi və yığımlardan azad edilməsi müqabilində hər ay 60 min pud nef-
tin aksiz və gömrük vergisi ödənmədən daşınmasına icazə verilməsini xahiş
etmişdi. Maliyyə-İqtisad Komitəsinin 1919-cu il fevralın 18-də keçirilən yığın-
cağında kvotanın 30 min puda qədər azaldılması müqabilində Batum vilayəti
rəhbərliyinin təklifinə müsbət yanaşılacağı bildirilmişdi. Maliyyə naziri sazişin
mətnində gömrük vergi və yığımlarına aid maddələrin, xüsusilə hökumətin xü-
susi icazəsi ilə fiziki şəxslərə aid ixrac yüklərinin imtiyazlı yüklərə aid edilməsi
haqqında maddələrin daha aydın şərh olunması üçün düzəlişlər aparılmasını
təklif etmişdi.
1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Bankının açılması, Bank Şu-
Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
225
rası tərəfindən banklarda valyuta qəbuluna icazə verilməsi, neft sənayeçilərinə
və kapital ixrac etmək istəyən sərmayəçilərə bir sıra güzəştlər edilməsi gömrük
yığımlarından əldə edilən vəsaitin dövlət xəzinəsinə daxil olmasını sürətləndirdi
[29, s.43-46].
Məlum olduğu kimi, 1920-ci il 26 yanvar tarixli razılaşmaya əsasən, Bakı-
dan Batumiyə göndərilən mazut Azərbaycan Nümayəndəliyinin deyil, Britani-
ya Neft İdarəsinin ünvanına göndərilirdi. Azərbaycanın neftin ixracını müstəqil
həyata keçirməsi yolunda ingilis hərbi komandanlığı tərəfindən süni əngəllər
yaradılırdı. Batumidəki neft anbarlarının əsas hissəsini ələ keçirən ingilislər ix-
racın həcmini öz tələbatlarına uyğun məhdudlaşdırmaqla bundan Azərbaycan
hökumətinə təzyiq vasitəsi kimi istifadə edirdi. Digər tərəfdən, alınan neftin bir
hissəsinin dəyərini limana daxil olan neft məhsullarından toplanan gömrük rü-
sumları hesabına ödəyirdilər. Böyük Britaniyanın neftin ixracına cavabdeh olan
nümayəndəsi polkovnik Rul Batumiyə neft aparan şirkətlərə xəbərdarlıq edirdi
ki, “əgər onun imzası olmayan qaimələr təqdim edilsə, həmin məhsula göm-
rük rüsumunun beş misli qədər cərimə tətbiq ediləcək. Neft anbarı ilə təmin
olunmayan və neft məhsullarının qəbulu məntəqəsində yığılıb qalan məhsul
isə müəyyən olunmuş qiymətə digər şirkətlərə satılacaqdır”. Əlbəttə, belə bir
vəziyyətin süni surətdə yaradılması siyasi və iqtisadi hegemonluğa xidmət
edirdi.
Azərbaycan hökuməti belə hesab edirdi ki, Britaniya hakimiyyət orqanları-
nın bu tədbirlərin xaricində hər hansı bir təşəbbüsü ölkənin daxili işinə qarış-
maq kimi başa düşüləcəkdir. Ticarət, sənaye və ərzaq naziri xarici işlər nazirinə
ünvanladığı 1920-ci il 8 aprel tarixli məktubunda bu mövqeyə qəti etirazını
ingilislərə bildirməyi xahiş edirdi. Nazirlik təklif edirdi ki, Batumi limanında-
kı neft məhsullarının qəbulu məntəqəsində 10-20 il bundan əvvəlki qaydalar
daxilində xidmət göstərilməlidir. Halbuki baş verə biləcək hər hansı bir yanğın
təhlükəsini əvvəlcədən nəzərə alıb Batumi limanında ixrac neftinin daşınmasını
düzgün təşkil etmək mümkün idi. Ticarət, Sənaye və Ərzaq Nazirliyi tərəfindən
Batumidə neftin qəbulu məntəqəsində daha əlverişli imtiyaz və ödənişlərin
tətbiqinə başlanıldı. Neft anbarlarına vurulmuş məhsulun göndərilməsinə cəmi
4 ay vaxt verilməsi, əks-təqdirdə həmin şirkətin ixrac imtiyazlarının alınması
kimi tədbirlər həyata keçirilirdi [1, vv.23-24].
Dövlət xəzinəsinin gəlirlər hissəsində, o cümlədən vergi, aksiz və gömrük
daxilolmalarının xüsusi çəkisinin artmasında neft mühüm əhəmiyyətə malik idi.
Azərbaycan hökuməti neftin ilkin olaraq yalnız Azərbaycan puluna satılması
prinsipini müdafiə edirdi. Maliyyə-İqtisad Komitəsinin 1919-cu il sentyab-
rın 29-da keçirilən yığıncağının qərarı ilə bu ödənişlər üçün alınacaq pul ni-
şanlarının təyin edilməsi səlahiyyəti Maliyyə Nazirliyinə həvalə edilmişdi. Bu
sahədə işlərin qaydaya salınması Ticarət, Sənaye və Ərzaq Nazirliyinin Batum-
dakı nümayəndəsi olan Böyük bəy Axundova həvalə olunmuşdu. 1919-cu ilin
son 3 ayında təkcə Böyük Britaniya hərbi komandanlığının neftin daşınmasına
Dostları ilə paylaş: |