Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə80/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   76   77   78   79   80   81   82   83   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
212 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
213
TARİX, FƏLSƏFƏ, 
MƏDƏNİYYƏT: 
MÖVQELƏR, BAXIŞLAR  


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
214 
Azərbaycan Xalq 
Cümhuriyyətinin 
gömrük-vergi siyasətində 
milli maraqların müdafiəsi 
(neft ixracı kontekstində)


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
215
Açar  sözlər:  Azərbaycan  Parlamenti,  Bakı-Batumi  neft  kəməri,  Britaniya 
hərbi komandanlığı, xarici ticarət, gömrük siyasəti, gömrük rüsumu
Key words: Parliament of Azerbaijan, Baku-Batumi oil pipeline, British mili-
tary command, foreign trade, customs politics, customs duty
Ключевые слова: Азербайджанский Парламент, нефтяной провод Ба-
ку-Батуми,  Британское  военное  командование,  внешняя  торговля,  та-
моженная политика, таможенная пошлина 
Azərbaycan Xalq 
Cümhuriyyətinin 
gömrük-vergi siyasətində 
milli maraqların müdafiəsi 
(neft ixracı kontekstində)
Röfət 
QULİYEV 
tarix üzrə fəlsəfə doktoru, 
Fövqəladə Hallar Nazirliyinin 
Akademiyası,  baş elmi işçi 
rofat.quliev@mail.ru


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
216 
Giriş
1918-ci il mayın 27-də çoxəsrlik azadlıq mübarizəsi öz bəhrəsini verdi və 
xalqımız tarixi şansdan məharətlə istifadə edərək Şərqdə ilk demokratik dövlət 
olan Azərbaycan Xalq Cümhuriyyətini (AXC) qurdu. Yeni dövlətin daxili və xa-
rici siyasətini, məqsəd və vəzifələrini əks etdirən “İstiqlal Bəyannaməsi” elan 
edildi. Azərbaycan Respublikasının sələfi olan AXC-nin yaranması bütün Şərq 
dünyasının demokratik, hüquqi dövlət quruculuğu tarixində ilk və ən böyük 
hadisə idi. 
Azərbaycan dövləti mövcud olduğu qısa müddət ərzində beynəlxalq hü-
quq normalarına və ənənələrinə əsaslanan hakimiyyət və idarəetmə orqanla-
rının formalaşması sahəsində mühüm addımlar atdı. Cümhuriyyətin qısa za-
man kəsiyində dövlət quruculuğu və çoxsaylı sosial-iqtisadi məsələlərin həll 
edilməsi  sahəsində  topladığı  təcrübənin  öyrənilməsinin  mühüm  əhəmiyyəti 
vardır.  Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev  məhz  bu  tarixi  təcrübəni 
nəzərə alaraq yeni 2001-ci il, yeni əsr və 3-cü minillik münasibətilə Azərbaycan 
xalqına müraciətində demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da 
xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu” [24]. 
Neft  və  neft  məhsullarının  ixracı  və  gömrük  yığımları  AXC-nin  büdcə 
gəlirlərinin mühüm bir hissəsini təşkil edirdi. Buna görə də neft ixracı üzərində 
gömrük nəzarətinin təşkili dövlət siyasətində mühüm yerlərdən birini tuturdu. 
Milli dövlət quruculuğu sahəsində fəaliyyət çoxşaxəli idi: gömrük quruculuğu 
dövlət idarəetmə aparatının yaradılması sahəsində ən vacib tədbirlər sırasında 
idi. Azərbaycan hökuməti xarici iqtisadi və ticarət əlaqələrini qaydaya salmaq 
üçün  neft  amilindən  səmərəli  istifadə  etməyə  çalışırdı.  Neft  ixracının  təşkili 
sahəsində yaranan problemlərin gömrük sənədləri əsasında təhlil edilməsi bir 
çox məqamları araşdırmağa imkan verir. Eyni zamanda, xarici dövlət qurumları 
və şirkətlərinin 1918-1920-ci illərdə Azərbaycandan daşınan neft məhsullarına 
görə yaranan gömrük rüsumu və vergi borcları məsələsinə aydınlıq gətirmək 
vacibdir. 
1.Gömrük quruculuğu. Neftin ixracında maneələr 
Birinci Dünya müharibəsi nəticəsində baş verən hadisələr beynəlxalq ticarət 
münasibətlərində və gömrük siyasətində köklü dəyişikliklərə səbəb olmuşdu. 
Həmin dövrdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın beynəlxalq ticarət 
və gömrük sisteminə qoşulması asan proses deyildi və bu çətinlikləri nəzərə 
alan hökumət idarəetmə, qanunvericilik, gömrük tənzimlənməsi, nəqliyyat və 
s. sahələrdə müxtəlif problemləri həll etməyə çalışırdı [23, s. 468].
Azərbaycan  Xalq  Cümhuriyyətinin  rəhbərləri  əvvəlki  dövrdən  miras 
qalmış  təsərrüfat  dağınıqlığı  şəraitindən  xilas  yolunu  sənayenin  aparıcı 
sahələrində istehsalın bərpa edilməsində, xarici iqtisadi-ticarət əlaqələrinin 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
217
normal  istiqamətə  yönəldilməsində  və 
gömrükxanalarda  qayda-qanunun  ya-
radılmasında  görürdü.  AXC  parlamenti 
və  hökumətinin  xarici  ticarət  əlaqələrinə 
aid  qəbul  etdiyi  siyasi-hüquqi  qərarlar  və 
gömrük  işinin  hüquqi-normativ  bazasının 
yaradılması  prosesi  milli  dövlət  quruculu-
ğunun üzvi tərkib hissəsi olmaqla ölkənin 
sosial-iqtisadi problemləri ilə sıx bağlı  ol-
muşdur.  AXC-nin  rəhbərləri  milli  gömrük 
sisteminin  yaradılması  prosesini  diqqətlə 
izləyir, gömrük məsələlərinə aid qanun və 
qərarların  işlənilib-hazırlanmasında,  ge-
niş müzakirədən sonra qəbul edilməsində 
birbaşa  iştirak  edirdilər.  1918-1920-ci 
illərdə  milli  hökumətin  iqtisadi  siyasətinin 
və  xarici  ticarət  prinsiplərinin  müəyyən 
edilməsində  görkəmli  dövlət  xadimlərinin 
-  Əlimərdan  bəy  Topçubaşov,  Fətəli  xan 
Xoyski,  Məmməd  Əmin  Rəsulzadə,  Nəsib 
bəy    Yusifbəyli,      Məhəmmədhəsən    Ha-
cınski, Həsən bəy Ağayev, Məhəmməd Yu-
sif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Əli 
ağa Həsənov, Ağa Əminov, İvan Protasov, 
Xəlil bəy Xasməmmədov, Mirzə Əsədullayev, Əhməd Cövdət Pepinov və baş-
qalarının böyük əməyi olmuşdu [25].
Azərbaycan  hökuməti  22  iyun  1918-ci  il  tarixində  “Poylu  stansiya-
sında  sərhəd  postunun  yaradılması  haqqında”  qərar  qəbul  etmiş,  Daxi-
li İşlər Nazirliyinə 12 iyul 1918-ci il tarixində Qazax qəzasının Salahlı və Şıxlı 
kəndlərində sərhəd postları yaradılması tapşırılmışdı. Milli Şura 10 avqust 1918-
ci  il  tarixində  Azərbaycanda  gömrük  xidmətinin  yaradılması  haqqında  qərar 
qəbul etmişdi. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, xüsusilə iq-
tisadi təhlükəsizliyinin təmin edilməsi qısa müddət ərzində gömrük xidmətinin 
bərpasını və gömrükxanaların normal fəaliyyətə başlamasını tələb edirdi. İx-
tisaslı  və  təcrübəli  gömrük  işçiləri  çatışmırdı,  onların  içərisində  milli  kadrlar, 
demək olar ki, yox dərəcəsində idi. Buna görə də rus gömrükxana və maliyyə 
qurumlarında xidmət edən məmurlar dəvət olunurdu. Azərbaycanın İranla 540 
verst uzunluğunda olan keçmiş Rusiya imperiyasının dövlət sərhədində, Xəzər 
sahili boyunca 240 verstlik məsafədə, Gürcüstan və Ermənistanla Azərbaycanın 
təqribən 300 versti əhatə edən və müvəqqəti olaraq dəqiq müəyyən edilməyən  
sərhədində gömrük məntəqələrinin təşkil edilməsi xüsusi əhəmiyyət daşıyırdı. 
1918-ci ilin noyabrında AXC-nin maliyyə naziri M.H.Hacınski tərəfindən göm-
AXC parlamenti və 
hökumətinin xarici ticarət 
əlaqələrinə aid qəbul etdiyi 
siyasi-hüquqi qərarlar və 
gömrük işinin hüquqi-
normativ bazasının 
yaradılması prosesi milli 
dövlət quruculuğunun üzvi 
tərkib hissəsi olmaqla ölkənin 
sosial-iqtisadi problemləri 
ilə sıx bağlı  olmuşdur. AXC-
nin rəhbərləri milli gömrük 
sisteminin yaradılması 
prosesini diqqətlə izləyir, 
gömrük məsələlərinə aid 
qanun və qərarların işlənilib-
hazırlanmasında, geniş 
müzakirədən sonra qəbul 
edilməsində birbaşa iştirak 
edirdilər. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə