Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
203
Açar sözlər: siyasi demokratiya, siyasi iştirakçılıq, siyasi mədəniyyət, siyasi
rejim
Key words: political democracy, political partnership, political culture,
political regime
Ключевые слова: политическая демократия, политическое соучастие,
политическая
культура, политический режим
Siyasi
demokratiyanın
mahiyyəti və
xüsusiyyətləri
Elnur
HACALIYEV
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun
böyük elmi işçisi, siyasi elmlər
üzrə fəlsəfə doktoru.
elnurhacali@mail.ru
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
204
Siyasi demokratiya siyasət nəzəriyyəsində və praktikada müxtəlif cür
istifadə edilir. O, xüsusilə hakimiyyətin forması kimi dövlət quruluşunu
səciyyələndirmək, həmçinin müxtəlif təşkilatların (partiya, həmkarlar itti-
faqı və s.) forması, vətəndaşların və ictimai qrupların hakimiyyətin həyata
keçirilməsində iştirakının ölçüsü, vətəndaşların hüquq və azadlıqlarıının sino-
nimi, siyasi dünyagörüş və ictimai hərəkat, nəhayət, sosial-siyasi və mənəvi
dəyər kimi nəzərdən keçirilir. Belə halda siyasi demokratiya hakimiyyətin siyasi
təşkilinin və həyata keçirilməsinin xüsusi üsulu kimi başa düşülür. Siyasi de-
mokratiya xalqın hakimiyyətin mənbəyi kimi təsdiqlənməsinə və vətəndaşların
hüquq və azadlıqlarının geniş dairəsinə yiyələnməsinə əsaslanan cəmiyyətin
siyasi təşkili formasıdır.
Demokratik hakimiyyət sistemi özündə iki əhəmiyyətli komponenti
birləşdirir:
1. Siyasi hökmranlığın demokratik forma və metodlarını;
2. Qəbul edilən qərarlara təsir göstərmək yolu ilə vətəndaşların siyasətdə real
iştirakı imkanlarını.
Siyasi elmə aid müasir ədəbiyyatda siyasi demokratiyanın formalaşması
şəraitinə münasibətdə iki əsas elmi yanaşma nəzərə çarpır: struktur və pro-
sedur. Struktur yanaşmanın nümayəndələri
bildirirlər ki, mövcud cəmiyyətin demokra-
tik qaydaları müəyyənedici makroamillərin
təsiri ilə təşəkkül tapır. Bu amillərə iqtisadi
və sosial strukturlar, cəmiyyətdə qərarlaşan
hüquq normaları, ənənələr, adətlər
və s. aiddir. Marksistlərin fikrinə görə,
mülkiyyət münasibətləri siyasi qaydaların
təşəkkülünün əsas amilidir. Bu mövqe belə
qənaətə gəlməyə əsas verir ki, demokratiya
cəmiyyətin müvafiq sosial-iqtisadi inkişafı
nəticəsində formalaşmışdır.
Siyasi demokratiyanın formalaşması
məsələsi ilə bağlı digər (prosedur) yanaş-
ma tərəfdarları struktur nöqteyi-nəzərin
fikirləri ilə razılaşmasalar da, qeyd edirlər ki,
demokratiyaya keçidin və onun bərqərar ol-
masının başlıca şərti idarə edən elitanın xarakterindən, onun siyasi dəyərləri və
ideallarından, istifadə etdiyi ən mühüm taktika və texnologiyadan ibarətdir. Bu
baxımdan A.Pşevorski, F.Şmitter, D.Lints və digərləri bildirirlər ki, demokratiya
spesifik “siyasi layihə” kimi çıxış edir, bu və ya digər ölkədə yaranan şəraitdə
həyata keçirilir.
Normativ bazada siyasi demokratiya münaqişəli mənafelərin rəqabətini
təşkil edir və nizama salır, məğlubiyyətə məruz qalan qrupun hakimiyyətdə
iştirakını davam etdirmək hüququnu saxlayır. Siyasi demokratiya şəraitində bu
və ya digər qrup öz davranışının strategiyasını sərbəst seçmək imkanı əldə
Normativ bazada siyasi
demokratiya münaqişəli
mənafelərin rəqabətini
təşkil edir və nizama salır,
məğlubiyyətə məruz qalan
qrupun hakimiyyətdə
iştirakını davam etdirmək
hüququnu saxlayır. Siyasi
demokratiya şəraitində bu və
ya digər qrup öz davranışının
strategiyasını sərbəst seçmək
imkanı əldə edir.
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
205
edir. Lakin bu cür strategiyanın tətbiqinin nəticələri birmənalı deyil, müxtəlif
yönümlü ola bilər. Hakimiyyətin siyasi demokratik təşkilinin özünəməxsusluğu
və unikal mahiyyət kəsb etməsi onun üsullarının universallığında və siyasi qay-
daların təşkili mexanizmində əksini tapır. Bu cəhət aşağıdakıları nəzərdə tutur:
- cəmiyyət və dövlət işlərində bütün vətəndaşların bərabər hüquqlu iştirakı-
nın təmin olunması;
- hakimiyyətin başlıca orqanlarının
sistemli seçilməsi;
- çoxluğun nisbi üstünlüyünü və azlığın hüququna hörməti təmin edən me-
xanizmin mövcudluğu;
- hakimiyyətin əvəz olunmasının hüquqi metodlarının mütləq üstünlüyü;
- elita idarəçiliyinin
peşəkar xarakteri;
- ən əhəmiyyətli siyasi qərarların qəbuluna ictimaiyyətin nəzarəti;
- ideya plüralizmi və rəhbərin rəqabəti.
Ədalətli siyasi qaydalara və prinsiplərə əsaslanan demokratik cəmiyyət xal-
qın siyasi qərarların işlənib hazırlanmasına təsiri hüquqi ilə səciyyələnir. Həmin
hüquq demokratik təsisatlarda, xüsusilə kütləvi informasiya vasitələrində
təkliflər və ya tənqid formasında, seçkiqabağı kampaniyada iştirak etməklə
ifadə olunur. Qəbul edilmiş qərarların işlənib hazırlanmasında xalqın siyasi işti-
rakçılığına konstitusiya vasitəsilə təminat verilir. Xalqın siyasi iştirakçılığı siyasi
demokratiya anlayışının ən əhəmiyyətli tərəflərindəndir.
İnsanlar siyasətdə müxtəlif cür iştirak edir və özlərini müxtəlif səviyyədə
aparırlar. Siyasi iştirakçılıq sosial təbəqələrin, əhalinin müxtəlif qruplarının
və şəxsiyyətin maraqlarını, görüşlərini, fəaliyyətini ifadə edən üsuldur, konk-
ret qərarın həyata keçirilməsi məqsədilə cəmiyyətin siyasi strukturuna təsir
etməyə əsaslanır [1, s. 355].
Siyasi iştirakçılıq aşağıdakı formalarda təzahür edir:
- fərdi və kollektiv;
- könüllü
və məcburi;
- fəal və passiv;
- ənənəvi və alternativ;
- inqilabi və mühafizəkar.
Siyasi iştirakçılığın bu və ya digər təzahürünə ən müxtəlif amillər təsir
göstərir. Onlara aiddir: siyasi sistemin və rejimin xüsusiyyətləri; siyasi ənənə və
siyasi mədəniyyət, sabitlik; siyasi təsisatlar və siyasi qüvvələrin yerləşdirilməsi;
mədəni
təhsil səviyyəsi, insanın maddi vəziyyəti və sosial statusu.
Siyasi iştirakçılıq siyasi mədəniyyətin məzmununu və strukturunu əks
etdirən əhəmiyyətli ünsürlərdəndir. Siyasətdə iştirak insanların siyasi idarəetmə
fəaliyyətinin ayrılmaz cəhətidir. Siyasi məna kəsb edən bu cəhət cəmiyyət
üzvlərinin mənafeyini əks etdirən vasitələrdən biri kimi səciyyələnir. Siya-
si iştirakçılıq o zaman siyasi keyfiyyət kimi nəzərə çarpır ki, şəxsiyyət, qrup-
lar, təbəqələr, siniflər siyasət-hakimiyyət münasibətlərinə, siyasi xarakter da-
şıyan qərarların qəbul edilməsinə və idarəetmə prosesinə cəlb olunurlar.
Vətəndaşların siyasi qərarların qəbul edilməsinə və idarəetmə prosesinə cəlb
olunmaları onların cəmiyyət həyatının sosial, iqtisadi və mədəni sferalarında