STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
206
bu və ya digər dərəcədə siyasiləşməsini şərtləndirir.
Siyasi iştirakçılıq mövcud cəmiyyət daxilində fərdi, sinfi, milli-etnik, dini
və digər zəmində siyasət-hakimiyyət münasibətləri prosesinə cəlb olunmağı
səciyyələndirən universal hadisədir.
Siyasətdə iştirakçılıq bütövlükdə siyasi mədəniyyətin, ayrılıqda isə demok-
ratik siyasi mədəniyyətin çox əhəmiyyətli ünsürü kimi səciyyələnir. Görkəmli
tədqiqatçı R.İnqlehart demokratik siyasi mədəniyyətin strukturunda üç başlıca
indikatorun mövcudluğunu iddia edir:
1) bütövlükdə yaşayışın (həyatın) təmin olunması;
2) şəxsiyyətlərarası inam;
3) mövcud qaydaların müdafiə olunması [2, s.568].
R.İnqlehartın nəzəri tədqiqatlarında mərkəzi yeri yaşayışın təmin olunması
ilə demokratiyanın sabitliyi arasındakı əlaqə məsələsi tutur.
Siyasi iştirakçılıq iki başlıca formada ifadə edilir: birbaşa (bilavasitə) və
vasitəli (nümayəndəli). Birbaşa iştirakçılıq kiçik təşkilatlar çərçivəsində nəzərə
çarpır və onları təmsil edənlər yığıncaqlarda əksəriyyətin səsi əsasında müvafiq
qərarlar qəbul edilir. Belə siyasi iştirakçılıq yerli idarəetmə və özünüidarəetmə
üçün səciyyəvidir. Yerli özünüidarəetmə xalqın öz-özünü idarəetməsi olduğun-
dan demokratiyanın bütün prinsiplərini özündə əks etdirir. Dövlət konstitusiya
və qəbul etdiyi qanunlar vasitəsilə yerli özünüidarəetmə təsisatlarını kütləvi
hakimiyyət səlahiyyətləri ilə təmin edir.
Vasitəli (dolayı) iştirakçılıqda kütlələr siyasi hakimiyyəti həyata keçirmək
üçün öz nümayəndələrini seçirlər. Vasitəli iştirakçılıq xalqın iradəsinin təhrif
olunması üçün böyük imkanlar yaradır. Başqa sözlə, seçilmiş nümayəndələr
(deputatlar və b.) öz maraqlarını güddüyündən, onların maraqları təmsil
etdikləri seçicilərin mənafeyi ilə üst-üstə düşməyə bilər. Belə halda kütlələr öz
nümayəndələri üzərində nəzarəti itirmək təhlükəsi ilə üzləşər və nəticədə siyasi
iştirakçılığın dərəcəsi aşağı düşər. Nümayəndəli iştirakçılıq yalnız böyük siyasi
sistemlərdə mövcuddur.
Siyasi demokratiya baxımından vətəndaşların siyasi iştirakçılığı üçün həm
obyektiv şərait (siyasi qüvvələrin yerləşməsi, cəmiyyətin siyasi mədəniyyəti),
həm də siyasi sistemə subyektiv münasibət, siyasətdə iştirakın motivləri,
vətəndaşların tələbatı, bilikləri, məlumatlı olmaları və s. əhəmiyyət kəsb edir.
Bu və ya digər amillərin təsiri ilə bağlı belə qənaətə gəlmək mümkündür ki,
insan hansısa siyasi bütövlüyün tərkib hissəsinə çevrilir və yaxud da yox.
Y.B.Şestopal siyasi iştirakçılığın daha çox işlənib hazırlanmış sxeminə aşağı-
dakı ünsürləri aid edir [3, s.24-37].
- hər hansı fəaliyyətdə iştirak etməyin zəruriliyi ilə bağlı olmayaraq, siyasi
sistemdən çıxış
edən impulsa reaksiya;
- seçkilərdə nümayəndələrin iştirakı elektoral davranış sayılır;
- siyasi və digər təşkilatların fəaliyyətində
iştirak etmək;
- dövlət və digər siyasi təsisatlar çərçivəsində siyasi funksiyaların yerinə
yetirilməsi. Bu funksiya vəzifəli şəxslərin, deputatların, partiya liderləri və
funksionerlərin peşəkar siyasətini reallaşdırır;
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
207
- birbaşa fəaliyyət (mitinqlərdə, nümayişlərdə və digər bu kimi tədbirlərdə
iştirak etmək).
Siyasi iştirakçılığın tipləri müxtəlifdir. Onlardan hansısa biri siyasi həyatda
təvazökar yer tutur, digəri tamamilə inkişaf etmiş səviyyədə olmaqla konkret
cəmiyyətin siyasi mədəniyyəti barədə mülahizə yürütməyə imkan verir. Siyasi
fəallığın bütün formalarından daha inkişaf edəni elektoral fəallıqdır.
Siyasi demokratiyanın formalaşması və inkişafı şəraitini reallaşdıran demok-
ratik siyasi rejim xalqın hakimiyyətin mənbəyi kimi tanınması ilə bağlıdır. O,
vətəndaşların siyasi həyatda geniş iştirakı, onların siyasi hüquq və azadlıqları-
nın praktiki reallaşması vasitəsilə hakimiyyət strukturlarının formalaşması pro-
sesini təmin etməlidir. Deməli, demokratik siyasi rejim xalq
hakimiyyətini, baş-
qa sözlə, bütün hakimiyyətin xalqa verilməsini, onun siyasi təsisatlara nəzarəti
vasitəsilə cəmiyyətin və dövlətin real idarə olunması imkanlarını nəzərdə tutur .
Siyasi demokratiyanın, bütövlükdə xalq hakimiyyəti probleminin nəzəri
cəhətdən işlənib hazırlanmasında demokratiyaya aid marksist konsepsiya
əhəmiyyətli rol oynayır. Həmin konsepsiyada belə bir müddəa əsaslandırılır
ki, demokratiya nəticə etibarilə cəmiyyətdə qərarlaşan hakim istehsal
münasibətləri sayəsində yaranan dövlət-siyasi təşkil, hakimiyyət formasıdır. O,
sinfi xarakter daşıyır, istismarçı cəmiyyətdə isə formal, məhdud xarakter kəsb
edir, hakim siniflərin diktaturasının xüsusi formasıdır. Marksizmə görə, sosia-
lizm uğrunda inqilabi mübarizənin məqsədlərindən biri formal demokratiya-
nın aradan qaldırılmasına nail olmaqdan və əsl xalq hakimiyyətinin təşkilindən
ibarətdir.
Müasir Qərb politologiyasında plüralist demokratiya konsepsiyasının
görkəmli nümayəndələrindən hesab olunan R.Dal isə qeyd edir ki, demok-
ratiyanın formalaşması və fəaliyyətinin başlıca prinsipi hakimiyyətin qəsb
edilməsi vasitəsilə onun bir əldə mərkəzləşməsinə yol verməməkdən ibarətdir.
Buna görə demokratik siyasi rejimin qeyri-demokratik rejimlərdən əsas fərqi
ondan ibarətdir ki, hakimiyyət strukturlarının və münasibətlərinin demokratik
təşkilində onun səlahiyyətlərinin müəyyən hissəsinin yerli orqanlara verilməsi,
hakimiyyətin müxtəlif qollara (qanunverici, icraedici və məhkəmə) ayrılma-
sı həyata keçirilir. Müasir demokratik siyasi rejimlərin, siyasi demokratiyanın
mahiyyətini beynəlxalq xarakterli amillər, xüsusilə xalqlar arasında qarşılıqlı
etimada və hörmətə əsaslanan münasibətlərin xarakteri aydın ifadə edir. Bu
cəhət bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin sənədlərində öz
əksini tapmışdır. Həmin sənədlərdə xalqların hüquqları aşağıdakı kimi nəzərdə
tutulur:
- Millətlərin mövcudluğu hüququ, genosidin və etnosidin qadağan olunması;
- özünü eyniləşdirmə hüququ, başqa sözlə, vətəndaşların milli mənsubiyyətini
özlərinin müəyyənləşdirməsi;
- dil sferası və təhsil, mədəni irs və xalq ənənələri daxil olmaqla milli
xüsusiyyətlərin saxlanılması;
- xalqların yaşadığı ərazidə təbii sərvətlərdən və ehtiyatlardan istifadə hüqu-
qu. Bunun aktuallığı xüsusilə yeni ərazilərin intensiv şəkildə təsərrüfatçılıq