Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

və səlahiyyətləri  daxilində hərbi komissarlıqların  cəlb etdiyi digər hərbi tədbirlərdə  iştirak 
etdikdə, habelə hərbi-nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;
ğ)   hərbi   və   fövqəladə   vəziyyətlə   əlaqədar,   habelə   təbii   fəlakətin   nəticələrinin   aradan 
qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;
h) işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərildikdə;
x)   yaşadığı   inzibati   ərazi   vahidindən   başqa   bölgəyə,   habelə   xarici   ölkələrə   ezamiyyətə 
göndərildikdə;
ı) müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və 
işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə;
i) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda;
j) donor olan işçilər tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini verdikləri gün;
k) tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində;
q) işçilərin öz ixtiralarının və səmərələşdirmə təkliflərinin əsas iş yerindən kənarda tətbiqi 
işlərində iştirak etdikdə;
l) bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən 
digər hallarda.
m)   dövlət   və   ya   bələdiyyə   orqanlarının   işçiləri   seçki   qanunvericiliyi   ilə   nəzərdə   tutulmuş  
hallarda nəzarət-təftiş xidmətinə cəlb edildikdə. 
n) Məhkəmə-Hüquq Şurasına və ya Hakimlərin Seçki Komitəsinə üzv təyin edildikdə;
o) dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşları, mütəxəssisləri  
və ekspertləri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə cəlb edildikdə;
ö) hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.(
16

26

29

58
)
Maddə 180. İşçinin müəssisənin gəlirindən pay almaq hüququ 
İşçilər   qanunvericiliklə   müəyyən   edilmiş   qaydada   yaradılan   səhmdar   cəmiyyətlərinin,   habelə 
mülkiyyət   payı   bəlli   olan   digər   müəssisələrin   nizamnamələrində   (əsasnamələrində)   müəssisənin 
nəzərdə   tutulan   qaydada   və   məbləğdə   müəyyən   edilən   gəlirinin   müvafiq   hissəsi   miqdarında   pay 
almaq   hüququna   malikdirlər.   İşçilərin   bu   hüququnu   məhdudlaşdıran   və   ya   onları   bu   hüquqdan 
məhrum edən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Maddə 181. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin 
tənzimlənməsi 
İxtira və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə 
göndərilən   işçilərin   iş   yeri   və   orta   əmək   haqqı   saxlanılmaqla   onlara   digər   müvafiq   təminatların 
verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir.


VII bölmə. Əmək və icra intizamı
İyirmi səkkizinci fəsil. Əmək və icra intizamının təmin edilməsi qaydaları
Maddə 182. Müəssisədaxili intizam qaydaları 
1.   Müəssisələrdə   əmək   müqavilələri,   habelə   bağlanmış   kollektiv   müqavilələr   üzrə   tərəflərin 
öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin 
gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul 
edilə bilər.
2. Müəssisələr birliyinin nizamnaməsində nəzərdə tutulmuş hallarda müəssisədaxili intizam qaydaları 
birliyin müvafiq icra orqanı tərəfindən həmin birliyə daxil olan müəssisələr üçün də qəbul edilə bilər.
3. Müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ 
hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam 
qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.
Maddə 183. Müəssisədaxili intizam qaydalarının məzmunu 
1. Müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir:
a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı;
b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar;
c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;
ç) əmək şəraitinin təmin edilməsi qaydaları;
d)   əmək   və   icra   intizamının,   əmək   vəzifələrinin   yüksək   səviyyədə   yerinə   yetirilməsində 
fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları;
e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və 
qaydaları.
2. Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən müəssisədaxili intizam 
qaydalarında bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, həmin qaydaların 
şamil edildiyi müəssisələrin adları sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək və icra 
intizamının təmin edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir.
Maddə 184. Əmək və icra intizamının intizam nizamnamələri ilə tənzimlənməsi 
1.   Əmək   və   icra   intizamı   işin,   xidmətin   xarakterinə   görə   aşağıdakı   müəssisələrdə   tərəflərin 
məsuliyyətini artırmaq məqsədi ilə intizam nizamnamələri ilə tənzim edilir:
a) dəmir yolu və rabitə müəssisələrində;
b) dəniz və çay nəqliyyatında, habelə balıqçılıq təsərrüfatının su nəqliyyatı donanmasında;
c) hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində;


ç)   xüsusi   təhlükəli   şəraitli   yeraltı   işlər   görülən   iş   yerlərində,   habelə   dağ-mədən   sənayesi 
müəssisələrində ;
d) dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı və istismarı ilə məşğul olan müəssisələrdə;
e) hərbi sənaye müəssisələrində.
2. İntizam nizamnamələrində yalnız bu Məcəllənin «Əmək və icra intizamı» bölməsi ilə müəyyən 
edilmiş   normalardan   fərqli   müddəalar   nəzərdə   tutula   bilər.   İntizam   nizamnamələri   mövcud   olan 
müəssisələrdə, digər əmək münasibətləri isə bu Məcəllə ilə tənzimlənir.
3. İntizam nizamnamələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmkarlar ittifaqları təşkilatının 
iştirakı   ilə   müvafiq   icra   hakimiyyəti   orqanı  
[Azərbaycan   Respublikasının   Nazirlər   Kabineti] 
tərəfindən qəbul edilir.
Maddə 185. Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması 
1. Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam 
qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:

pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; 

əlavə məzuniyyət verilməklə; 

əmək haqqına fərdi əlavə edilməklə; 

daha yüksək məbləğdə fərdi sığorta edilməklə; 

sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; 

müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər 
həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. 
İyirmi doqquzuncu fəsil. Əmək və icra intizamının pozulmasına görə intizam 
məsuliyyəti və onun tətbiqi qaydaları
Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri 
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini 
yerinə   yetirmədikdə   və   ya   hüquqlarından   sui-istifadə   etdikdə   və   yaxud   əmək   müqaviləsi   üzrə 
öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 
digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, 
bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş 
vəzifələrini,   müəssisədaxili   intizam   qaydalarını   pozduqda   işəgötürən   ona   aşağıdakı   intizam 
tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox 
olmamaq şərtiilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə