Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

1.   Mülkiyyətçi   ilə   əmək   müqaviləsi   əsasında   fəaliyyət   göstərən   işəgötürən   özünün   qanuna   zidd 
hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi 
aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır.
2. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini 
təmin   edə   bilər   və   ya   vurulmuş   ziyanın   məhkəmə   qaydasında   ödənilməsi   üçün   qanunvericilikdə 
nəzərdə tutulmuş tədbirləri görə bilər.
Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri 
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb 
edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2.   Ziyan   vurulduqdan   sonra   əmək   münasibətlərinə   xitam   verilməsi   təqsirkar   tərəfi   maddi 
məsuliyyətdən azad etmir.
Otuz birinci fəsil. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti 
və onun həlli qaydaları
Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar 
İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi 
məsuliyyət daşıyır:
a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni 
qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
b)  əmək  mübahisələrinin  həlli  zamanı   işçiyə   dəyən  maddi  və  ya   mənəvi   ziyanın   məbləği 
məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə;
c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş 
istehsalat   qəzası   nəticəsində   əmək   funksiyasını   yerinə   yetirərkən   işçinin   sağlamlığına   və 
səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, 
himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə;
ç)   əmək   funksiyasını   yerinə   yetirərkən   işçinin   şəxsi   əşyalarının   və   ya   digər   əmlakının 
işəgötürən   tərəfindən   mühafizəsi,   saxlanılması   lazımi   qaydada   təşkil   olunmadığına   görə 
onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki 
aşınması ilə əlaqədar ziyan dəydikdə;
d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, 
habelə əsassız və qanunsuz olaraq verilmədikdə;
e) işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən 
məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən əmək müqavilələrinə daxil edilməsi nəticəsində 
işçilərə maddi, mənəvi ziyan dəydikdə;
ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi 
və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə 
şəxsiyyətini   ləkələyən   digər   məlumatlar   yaydığına   görə   işə  düzələ   bilməməsi   ilə   əlaqədar 
işçiyə maddi və mənəvi ziyan vurulduqda;


f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi 
ziyan dəydikdə;
g) işçi seksual qısnamaya məruz qaldıqda. (
40
)
Maddə 196. İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası 
1.   Bu   Məcəllənin   195-ci   maddəsində   göstərilmiş   hallar   işçi   tərəfindən   aşkar   edilərək   müəyyən 
olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat 
fəaliyyətini   yoxlayan   təftişçinin,   auditorun,   habelə   auditor   təşkilatının,   müvafiq   icra   hakimiyyəti 
orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, 
qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.
2. İşçinin şəxsi əşyalarına və digər əmlakına vurulan ziyanın məbləği ziyan dəyən anda mövcud olan 
bazar qiymətləri ilə müəyyən edilir. Bu halda tərəflərin razılığı ilə əmlakına dəyən ziyan işçiyə natura 
şəklində də ödənilə bilər. 
3. Əgər işəgötürən əmək müqaviləsi bağlayarkən və ya sonralar işçinin öz əmək funksiyasını yerinə 
yetirmək üçün ona məxsus əmək alətlərindən, vasitələrindən və digər əşyalardan istifadə edilməsi 
barədə razılığa gəlmişdirsə, onda o, işçinin şəxsi əşyalarına vurulan ziyana görə maddi məsuliyyət 
daşıyır. 
4.   İşəgötürən   müvafiq   əmək   şəraiti   yaradaraq   işçiyə   öz   şəxsi   əmək   alətlərini   və   digər   əşyaları 
müəssisəyə gətirməyə icazə verməyibsə, lakin işçi bunun əksinə olaraq əmək funksiyasının icrası 
üçün həmin əşyaları gətirib onlardan istifadə edibsə, bu halda işəgötürən yalnız  işçinin əmlakına 
qəsdən vurduğu ziyana görə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır. 
5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü 
hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 
Qeyd: Bu maddədə «əmək alətləri, vasitələri və digər əşyalar» dedikdə, işçinin şəxsi mülkiyyətində 
olan və öz əmək funksiyasını yerinə yetirmək üçün işəgötürənin razılığı ilə iş yerinə gətirdiyi maşın 
və mexanizmlər, elektron və mexaniki cihazlar, rabitə və nəqliyyat vasitələri, qurğuları, habelə dəyəri 
minimum əmək haqqının iki mislindən çox olan əl əməyi vasitələri başa düşülməlidir.
Maddə 197. İşçiyə dəymiş maddi ziyanın ödənilməsinə baxılma qaydası 
1. İşçi  ona vurulmuş maddi ziyanın məbləğinin  ödənilməsi  barədə işəgötürənə ərizə ilə müraciət 
etməlidir.   İşəgötürən   işçinin   ərizəsində   göstərdiyi   iddiasını   araşdırmalı   və   15   gün   müddətində 
müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir.
2.  İşçi  bütövlükdə   və  ya  qismən  işəgötürənin  qərarı  ilə   razılaşmadıqda,  habelə  müəyyən  edilmiş 
müddət   ərzində   ona   yazılı   cavab   verilmədikdə   dəyən   ziyanın   ödənilməsi   barədə   iddia   ərizəsi   ilə 
məhkəməyə müraciət edə bilər.
3. Vurulan ziyanın ödənilməsi barədə məsələnin məhkəmə qaydasında həll edilməsindən çəkinmək 
məqsədi ilə tərəflər qarşılıqlı razılıqla belə mübahisələrin həlli üçün başqa qaydalar müəyyən edə 
bilərlər. Lakin bu qaydalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz.
Otuz ikinci fəsil. İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti və  
onun həlli qaydaları


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə