Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

Maddə 210. Əməyin mühafizəsi məsələlərinin həllində ictimai birliklərin iştirakı 
İşəgötürənlər, işçilər, habelə ayrı-ayrı fiziki şəxslər əməyin mühafizəsi problemlərini həll etmək üçün 
birləşərək   ictimai   birliklər   haqqında   qanunvericiliyə   müvafiq   olaraq   fəaliyyət   göstərən   ictimai 
birliklər   yarada   bilərlər.Dövlət   hakimiyyəti   orqanları,   habelə   işəgötürənlər   bu   ictimai   birliklərə 
hərtərəfli kömək göstərməli və əməyin mühafizəsinin təmin edilməsi barədə normativ hüquqi aktları 
qəbul edərkən onların təkliflərini və tövsiyələrini nəzərə almalıdırlar.
Otuz dördüncü fəsil. Əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə 
təminatı
Maddə 211. Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi 
1. Əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, bu Məcəllə ilə müəyyən 
edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların 
tətbiqini   təmin   etmək   məqsədi   ilə   müvafiq   icra   hakimiyyəti   orqanı  
[Azərbaycan   Respublikasının 
Nazirlər Kabineti]
:

işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların 
verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların, peşə və vəzifələrin; 

işləri yerin altında görüldüyü yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər 
iş yerlərinin; 
  
işçinin yüksək həssaslığı, zehni və fiziki gərginliyi tələb olunan avadanlıqların, qurğuların və 
iş yerlərinin; 

qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması qadağan edilən 
istehsalatların və iş yerlərinin; 

əmtəələrin istehsalı, işlərin (xidmətlərin) görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, 
radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin; 

işçinin peşə xəstəliyinə tutulmaq ehtimalı yüksək olan iş yerlərinin

yoluxucu xəstəliklərin baş verməsinin yüksək riski ilə əlaqədar və profilaktik peyvəndlərin 
məcburi aparılması tələb olunan işlərin respublika üzrə vahid, əhatəli siyahılarını və onların 
tətbiqi qaydalarını təsdiq edir. 
  
işçilərin istehsalatda bədbəxt hadisələrdən icbari şəxsi sığorta edilməli olduğu həyat üçün 
yüksək təhlükə mənbəli istehsal və qeyri-istehsal sahələrinin respublika üzrə vahid, əhatəli 
siyahılarını və onların tətbiqi qaydalarını təsdiq edir.
2.   Bu   maddənin   birinci   hissəsində   sadalanan   siyahılar   kütləvi   tirajlarla   nəşr   etdirilməli   və 
iqtisadiyyatın   bütün   sahələri   üzrə   işəgötürənlərin,   həmkarlar   ittifaqları   təşkilatlarının   istifadəsinə 
verilməlidir. İşəgötürənlər bütün imkanlar və məqbul üsullarla işçilərin həmin siyahılarla istənilən 
vaxt tanış olması və istifadəsi etməsi üçün zəruri tədbirlər görməyə borcludurlar. (
3

46

48
)
Maddə 212. Əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi 
1. Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi]
 tərəfindən həyata keçirilir.
2. Müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyi]
:

əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək 
şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra 


hakimiyyəti orqanlarının 
[Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət 
konsernləri, şirkətləri və idarələri]
, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və 
təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona 
nəzarət edir; 

həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək 
şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların 
yerinə yetirilməsini təşkil və təmin edir; 

əməyin mühafizəsi vasitələrinin istehsalı sahəsində müəssisələrə dövlət sifarişini müəyyən 
edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul 
edir; 

əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir müəyyən edilmiş 
qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi 
qaydasını və şərtlərini müəyyən edir; 

əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir; 

əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını 
müəyyən edir. 
Maddə 213. Əməyin mühafizəsi sahəsində icra hakimiyyəti orqanlarının səlahiyyətləri 
Müvafiq icra hakimiyyəti orqanları  
[Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və 
idarələri]
,   habelə   dövlət   konsernləri,   şirkətləri,   assosiasiyaları   və   müəssisələrin   birlikləri   öz 
səlahiyyətləri daxilində:

həmkarlar ittifaqları təşkilatlarının, işəgötürənlərin nümayəndəli orqanlarının iştirakı ilə 
əməyin mühafizəsi sahəsində dövlət siyasətinin müvafiq iş yerlərində həyata keçirilməsinin 
əsas istiqamətlərini müəyyən edir və bu barədə nəzərdə tutulan tədbirləri həyata keçirirlər; 

əməyin mühafizəsi üzrə sahə standartlarını, normalarını, qaydalarını, normativ hüquqi aktlarını 
hazırlayır və müəyyən olunmuş qaydada təsdiq edilməsini təmin edirlər; 

müəssisələrin rəhbər işçilərinin, mütəxəssislərinin əməyin mühafizəsi normaları və qaydaları 
üzrə təlimini keçirir və onların biliklərini yoxlayırlar; 

tabeliklərində olan müəssisələrdə əməyin mühafizəsi qaydaları və normalarının yerinə 
yetirilməsinə nəzarəti həyata keçirirlər; 

zəruri hallarda müvafiq sahə üzrə əmək təhlükəsizliyini təmin edən cihazların, qurğuların və 
digər qoruyucu vasitələrin hazırlanmasını təşkil edirlər. 
Maddə 214. Əməyin mühafizəsi sahəsində bələdiyyə orqanlarının səlahiyyətləri 
Bələdiyyə orqanları:

əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan ərazidə həyata 
keçirilməsini təmin edirlər; 

əməyin mühafizəsi üzrə sahələrarası yerli əhəmiyyətli proqramlar hazırlayır və onların yerinə 
yetirilməsini təmin edirlər; 

regional problemlərin həlli və əməyin mühafizəsinin təmin edilməsində mülkiyyətçilərə 
yardım göstərilməsi məqsədi ilə onların pay iştirakı və digər vəsaiti hesabına əməyin 
mühafizəsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yaradır və bu 
fondların vəsaitinin təyinatı üzrə xərclənməsini təmin edirlər. 
Maddə 215. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri 
Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə