Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlamalıdır.
Maddə 223. Əməyin mühafizəsi xidmətləri 
1.  Əməyin  mühafizəsi   işinin  təşkili   və  əməyin  mühafizəsi   üzrə  qanunvericiliyin  tələblərinə   əməl 
edilməsinə   nəzarətin   həyata   keçirilməsi   üçün   iqtisadiyyatın   bütün   sahələrinin   müəssisələrində 
işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır.
2. Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını 
mükəmməl   bilən   mütəxəssislər   daxil   edilir.  İşçilərinin   sayı   əlli   nəfərdən   çox   olan   müəssisələrdə  
əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə  
rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox 
işçinin   çalışdığı   müəssisələrdə   sənaye-sanitariya   laboratoriyası   təşkil   olunur,   habelə   əməyin 
gigiyenası üzrə həkim vəzifəsi təsis edilir.
3. Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl 
olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə 
icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan 
şəxslərin   intizam   məsuliyyətinə   cəlb   edilməsi   barədə   işəgötürənə   təqdimatlar   vermək   hüququna 
malikdirlər.
4. Əməyin mühafizəsi xidmətinin  rəhbərləri və  mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin 
yerinə   yetirilməsinə   cəlb   edilə   bilməzlər   və   vəzifə   borclarını   düzgün   və   keyfiyyətli   yerinə 
yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5. İşəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunvericiliyinə əməl olunmasına dövlət 
nəzarətini həyata keçirən orqanın 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)]
 razılığı ilə yenidən təşkil və ya ləğv edə bilər. 
(
48
)
Otuz beşinci fəsil. İşçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi 
üçün təminatlar
Maddə 224. Əmək müqaviləsi bağlanarkən işçinin əməyin mühafizəsi hüququna təminatları 
1.   Əmək   müqaviləsinin   bağlanması   şərtləri   bu   Məcəllə   ilə   müəyyən   edilmiş   əməyin   mühafizəsi 
normalarının tələblərinə uyğun olmalıdır.
2. Əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə 
təminat verilməsi barədə öhdəliyi göstərilməlidir.
3. İşçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən belə xəstəliyə 
tutulmağın   ehtimal   olunan   müddəti   barədə   işəgötürən   onu   hökmən   xəbərdar   etməlidir.   Bu   halda 
yalnız   həmin   müddətlə   məhdudlaşan   müddətli   əmək   müqaviləsi   bağlanmalı   və   onun   müddəti 
bitdikdən sonra işçiyə əvvəlki orta əmək haqqı saxlanılmaq şərtiilə başqa iş veril məlidir.
4. İşçilərin peşə xəstəliyinə tutulması ehtimalı olan istehsalatlar və iş yerləri bu Məcəllənin 211-ci 
maddəsində göstərilmiş siyahıda nəzərdə tutulmalıdır.
Maddə 225. İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək 
qabiliyyətinin itirilməsi hallarından icbari sığortası 


1.   İşəgötürən   qanunvericiliklə   müəyyən   olunmuş   qaydada   hər   bir   işçinin   istehsalatda   bədbəxt  
hadisələr   və   peşə   xəstəlikləri   nəticəsində   peşə   əmək   qabiliyyətinin   itirilməsi   hallarından   icbari  
sığortalanmasını   təmin   etməlidir.   Əmək   müqaviləsində   işçinin   sığortalanması   barədə   müvafiq  
məlumatların göstərilməsi mütləqdir.
2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi  
hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. (
46

48

56
)
Maddə 226. İcbari tibbi müayinələr 
1. Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən 
ilkin   tibbi   müayinədən,   sonralar   isə   vaxtaşırı   icbari   tibbi   müayinələrdən   keçməsi   işəgötürənin 
hesabına təmin edilməlidir.
2.  İşçilər   icbari   tibbi   müayinələrdən   keçməkdən  boyun  qaçırdıqda   və  ya  keçirilmiş   müayinələrin 
nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən bu 
Məcəllənin   62-ci   maddəsində   nəzərdə   tutulmuş   qaydada   onları   işdən   kənar   edə,   habelə   müvafiq 
intizam məsuliyyətinə cəlb edə bilər.
Maddə 227. Əməyin mühafizəsi şəraiti haqqında işçilərin məlumat almaq hüququ 
İşçilər iş yerlərində əməyin mühafizəsi şəraiti, həmin şəraitə uyğun olaraq onlara müəyyən edilmiş 
normalarla verilməli olan fərdi mühafizə vasitələri, güzəştlər və təminatlar haqqında məlumat tələb 
etmək hüququna malikdirlər. İşəgötürən bu tələbləri yerinə yetirməyə borcludur.
Maddə 228. Qadınların və yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsinin tənzimlənməsinin 
xüsusiyyətləri 
Qadınların, yaşı 18-dən az olan işçilərin, habelə əmək şəraiti zərərli və ağır olan işçilərin əməyinin 
mühafizəsi sahəsində münasibətlərin xüsusiyyətləri bu Məcəllə və müvafiq normativ hüquqi aktlarla 
tənzimlənir.
Maddə 229. Əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun olmayan fəaliyyətin qadağan edilməsi 
Əməyin təhlükəsizliyi normalarının və qaydalarının tələblərinə və bu Məcəllə ilə müəyyən edilmiş 
əməyin mühafizəsi prinsiplərinə uyğun olmayan istər işəgötürənin, istərsə də başqa vəzifəli şəxslərin, 
habelə müəssisələrin və onların struktur bölmələrinin, avadanlıq və qurğuların işi işçilərin sağlamlığı 
və ya həyatı üçün təhlükə törədərsə, müəyyən edilmiş qaydada səlahiyyətli nəzarət orqanları və ya 
onların vəzifəli şəxsləri tərəfindən aşkar edilmiş pozuntular aradan qaldırılanadək dayandırılmalıdır.
Maddə 230. Təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar məcburi boşdayanmaya, yaxud 
işdən imtina etməyə görə işçilərin təminatları 
1.   İşçilərin   təqsiri   olmadan   müəssisələrdə   və   ya   bilavasitə   iş   yerlərində   əməyin   mühafizəsi 
qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və 
orta əmək haqqı saxlanılır.
2. İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar sağlamlığı və 
ya həyatı üçün təhlükə  olduqda, işçi əmək funksiyasının icrasından  imtina  və müəyyən olunmuş 
qaydada təkbaşına tətil elan edə bilər. Bu halda işçi hər hansı məsuliyyət daşımır və həmin əmək 
mübahisəsi müəyyən olunmuş qaydada həll edilir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə