Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

tələblərinə uyğunlaşdırılanadək qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə 
əməl   olunmasına   dövlət   nəzarətini   həyata   keçirən   orqan  
[Azərbaycan   Respublikasının   Əmək   və 
Əhalinin   Sosial   Müdafiəsi   Nazirliyi   (Dövlət   Əmək   Müfəttişliyinin   vasitəsi   ilə)]
  tərəfindən 
dayandırılmalıdır. Belə hallarda işçilərin əmək haqqı bu Məcəllənin 169-cu maddəsi ilə müəyyən 
edilmiş qaydada ödənilir.
Maddə 219. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi 
1. Dövlət müvafiq  təhsil müəssisələrində  ölkədə mövcud istehsalat xüsusiyyətlərini nəzərə almaqla 
əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təmin edir.
2. İşəgötürənlər həmkarlar ittifaqları təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi üzrə işçilərin təlimi 
və əlavə təhsili sistemini təşkil etməli və qanunvericiliyə müvafiq həyata keçirməlidirlər.
3. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi 
üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.
4. İşçilərin təlim inin və  əlavə təhsilinin  bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə 
tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlim 
atlar   verməli,   onlara   təhlükəsiz   iş   üsullarından   istifadə   etməyin   və   bədbəxt   hadisələrdən 
zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir.
5. Zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan 
maşın,   mexanizmlərdə,   avadanlıqlarda   işləmək   üçün   işə   götürülən   işçilərin   qabaqcadan   əməyin 
mühafizəsi   üzrə   təlim   atlandırılması   keçirilmədən   əmək   funksiyasının   icrasına   başlamasına   yol 
verilmir.   İşəgötürən   bu   təlim   atlandırmaların   xüsusi   jurnallarda   qeydiyyatını   və   onların   uçotunu 
aparmağa borcludur. (
58
)
Maddə 220. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi 
1. Məqsəd və təyinatından asılı olaraq əməyin mühafizəsi dövlət büdcəsindən və müəssisənin gəliri 
hesabına maliyyələşdirilir.
2.   Dövlət   büdcəsində   və   yerli   büdcələrdə   əməyin   mühafizəsi   üçün   ayrıca   sətirlə   ayrılmış   büdcə 
təxsisatından əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, məqsədli dövlət və 
regional proqramlarının hazırlanması və yerinə yetirilməsi üçün istifadə olunur.
3.   İşəgötürən   və   ya   müəssisənin   mülkiyyətçisi   hər   il   əmək   şəraitindən   və   əməyin   təhlükəsizliyi 
vəziyyətindən, zədələnmələrin və xəstələnmələrin səviyyəsindən asılı olaraq əməyin mühafizəsi üzrə 
tədbirlərin keçirilməsi üçün lazımi maliyyə vəsaiti və material ayırır. Bu vəsaitlərin başqa məqsədlərə 
sərf edilməsi qadağandır.
4.   Əməyin   mühafizəsi   tədbirlərinin   maliyyələşdirilməsi   həcmi   və   mənbəyi   kollektiv   müqavilədə 
müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin 
məbləğinin iki faizindən az olmamalıdır.
5. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər. (
8
)
Maddə 221. Əməyin mühafizəsi fondu 
1.   Dövlət   və   müəssisələr   səviyyəsində   əməyin   mühafizəsi  fondu   yaradıla   bilər.   Dövlət   Əməyin 
Mühafizəsi   Fondu   müvafiq   icra   hakimiyyəti   orqanı   orqanı  
[Azərbaycan   Respublikasının   Nazirlər 


Kabineti]
 tərəfindən təsis edilir.
2. Dövlət Əməyin Mühafizəsi Fondu:

dövlət büdcəsindən ayırmalar; 

müəssisələrin mənfəətinin ayırmalar

əməyin mühafizəsi normalarını və qaydalarını pozan inzibati qaydada cəzalanmış vəzifəli 
şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyən edilmiş hissəsi; 

müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil edilir. 
3. Müəssisə üzrə fond işəgötürən tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinə 
ayırdığı vəsaitin hesabına yaradılır.
4. Dövlət  Əməyin  Mühafizəsi  Fondunun idarə  olunması  və onun vəsaitlərindən  istifadə  edilməsi 
müvafiq icra hakimiyyəti orqanı  
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
  tərəfindən təsdiq 
edilmiş əsasnamədə nəzərdə tutulan qaydada həyata keçirilir.
5.   Müəssisədə   əməyin   mühafizəsi   fondunun   vəsaiti   yalnız   işçilərin   əmək   şəraitinin   və 
təhlükəsizliyinin normativ tələblərə çatdırılması və ya müəssisədə mövcud olan əməyin mühafizəsi 
səviyyəsinin yüksəldilməsi tədbirlərində istifadə edilə bilər.(
8
)
Maddə 222. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi 
1. İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti 
təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat 
verir.
2. İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin 
sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir.
3. İşəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə 
qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur.
4.   Əmək   şəraiti   zərərli   və   təhlükəli   olan   istehsalatlarda,   həmçinin   xüsusi   temperatur   şəraitində 
aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz 
xüsusi   geyim,   xüsusi   ayaqqabı   və   digər   fərdi   mühafizə   vasitələri,   yuyucu   və   dezinfeksiyaedici 
maddələr verilir.
5. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi 
normalarına və qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. Attestasiyanın nəticələri barədə 
əmək kollektivinə  məlumat  verilir.  İşəgötürən iş yerləri  attestasiyasının  nəticələrinə  əsasən onları 
əməyin   mühafizəsi   üzrə   qüvvədə   olan   normativ   aktlara   uyğunlaşdırmaq   üçün   lazımi   tədbirlər 
görməlidir.
6.   İşəgötürən   işçilərə   verilmiş   xüsusi   geyimin   və   ayaqqabının,   digər   fərdi   mühafizə   vasitələrinin 
saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və 
təmirini təmin etməlidir.
7. İşəgötürən  qanunvericilikdə  nəzərdə   tutulmuş  istehsalat  sahələrini   qazlı   və duzlu  su  ilə  təchiz 
etməlidir.
8. İşəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə