Azərbaycan Respublikasının Əmək Məcəlləsi


Maddə 198. İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

Maddə 198. İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti 
Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda 
işçi  işəgötürənə  vurduğu  ziyana   görə  bir  aylıq  orta   əmək  haqqı  məbləğinədək  maddi   məsuliyyət 
daşıyır.
Maddə 199. İşçinin tam maddi məsuliyyəti 
1.   İşçi   qanuna   zidd   hərəkətləri   ilə   aşağıdakı   hallarda   vurduğu   ziyana   görə   tam   həcmdə   maddi 
məsuliyyət daşıyır:
a)   saxlanmaq   və   başqa   məqsədlər   üçün   işçiyə   verilmiş   əmlakın   və   digər   sərvətlərin 
salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri 
prosesində  əmək  funksiyasının  xarakteri  ilə   əlaqədar   olaraq  işçinin  öz  üzərinə   tam  maddi 
məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
b)   işçi   əmlakı   və   digər   sərvətləri   birdəfəlik   etibarnamə   və   ya   digər   birdəfəlik 
hüquqmüəyyənedici   sənədlər   əsasında   işəgötürənə,   yaxud   onun   nümayəndəsinə   hesabat 
vermək şərti ilə qəbul etdikdə;
c)   inzibati  xətalar,  yaxud  cinayət,  habelə   vergi  qanunvericiliyi   ilə  cəza  verilməsi   nəzərdə 
tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;
ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə 
digər üsulla qəsdən ziyan vurduqda;
d)   alkoqol,   toksik   (zəhərli),  psixotrop   maddələrdən   və   ya   narkotik   vasitələrdən  sərxoş 
vəziyyətdə ziyan vurduqda;
e) işəgötürənin kommersiya sirrini yaydıqda;
ə) işəgötürənin şəxsiyyətini  ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə  uyğun 
olmayan   böhtanlı   və   təhqirli   iftiralar,   yalan   məlumatlar   yaymaqla   onun   sahibkarlıq 
fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurduqda.
2.
 
Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci 
hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada 
tam maddi məsuliyyət daşıyırlar. (
17

38
)
Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması 
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən 
etibar edərək  verdiyi əmlakın  maddi  və ya digər sərvətlərin  saxlanması,  emalı,  satışı, daşınması, 
istifadəsi   və   başqa   əməliyyatların   aparılması   ilə   bilavasitə   əlaqədar   işlər   görən   və   ya   xidmətlər 
göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə 
bağlaya bilər.
2.   İşlərin   yerinə   yetirilməsinin,   xidmətlərin   göstərilməsinin   xarakterindən   asılı   olaraq   işəgötürən 
etibar edərək  verdiyi əmlakın  maddi  və ya digər sərvətlərin  saxlanması,  emalı,  satışı, daşınması, 
istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi 
məsuliyyət dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə 
bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət  haqqında müqavilə bağlanıla 


bilər.
3.   Bu   maddənin   birinci   və   ikinci   hissələrində   göstərilən   tam   maddi   məsuliyyət   barədə   yazılı 
müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən 
edilir.
4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin 
kollektiv   tərəfindən   işəgötürənə   vurulan   ziyana   görə   kollektivin   (briqadanın)   üzvlərinin   hər   biri 
özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.
5.   Tam   maddi   məsuliyyət   barədə   müqavilə   bağlanmadıqda   əməlində   cinayət   tərkibi   olan   təqsirli 
hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək 
haqqı məbləğində maddi məsuliyyət daşıyır.
Maddə 201. İşçinin maddi məsuliyyətini istisna edən hallar 
1. İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və 
digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan 
maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, 
korlanması, habelə  son zərurət və ya zəruri müdafiə nəticəsində  işəgötürənə  vurulan ziyana görə 
maddi   məsuliyyət   daşımır.   Bu   hallar   tərəflərin   qarşılıqlı   razılığı   ilə   müəyyən   edilməzsə, 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
2.   İşçinin   hərəkət   və   ya   hərəkətsizliyi   nəticəsində   vurulan   faktik   ziyandan   əlavə,   işəgötürənin 
gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.
3.   Əgər   işçi   qabaqcadan   bilə-bilə,   qəsdən   işəgötürəni   gələcəkdə   əldə   edə   biləcəyi   gəlirdən, 
mənfəətdən məhrum etmək üçün qanuna zidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən 
ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi 
gəlirin   məbləğində   ziyana   görə   maddi   məsuliyyətə,   həmçinin   qanunvericilikdə   nəzərdə   tutulmuş 
qaydada digər məsuliyyətə cəlb edilə bilər.
Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi 
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması 
hallarında  ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla  maddi qiymətli əşyaların 
balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda 
mövcud olan bazar qiymətləri ilə hesablanır.
3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 
290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.
Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması 
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı 
izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) 
arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların  (yoxlamanın)  gedişində  işçinin yoxlama  sənədləri ilə  tanış olmaq, əlavə  izahat 
vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə