Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

qaydalarının   yerinə   yetirilməsinə   bilavasitə   cavabdehdirlər   və   aşağıdakı   tədbirlərin   həyata 
keçirilməsini təmin etməlidirlər:

əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl 
edilməsini; 

binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; 

bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə 
olan normativlərə uyğunlaşdırılmasını; 

işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; 

əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi - profilaktiki 
yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; 

normal əmək və istirahət rejiminə riayət edilməsini; 

işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi 
ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; 

işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, 
biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; 

kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə 
tutulmuş öhdəliklərin yerinə yetirilməsini; 

müvafiq icra hakimiyyəti orqanının 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyi]
 müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və 
onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında 
statistik hesabatın verilməsini. 
Maddə 216. Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri 
Əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir:

əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, 
gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl 
etmək; 

əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, 
şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər 
mənbələrdə iş görməmək; 

verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə 
normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə 
vasitələrindən istifadə etmək; 

əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və 
bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; 

müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; 

əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, 
mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək. 
Maddə 217. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları 
1.   İşəgötürən   istehsalatda   baş   verən   bədbəxt   hadisələrin   ağırlıq   dərəcəsindən   asılı   olmayaraq 
hadisənin   təhqiqatının   aparılması   üçün   dərhal   həmin   hadisənin   baş   verdiyi   gün   əmək 
qanunvericiliyinə   əməl   olunmasına   dövlət   nəzarətini   həyata   keçirən   orqana  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 
ilə)]
 məlumat verməyə borcludur.
2.   Əmək   qanunvericiliyinə   əməl   olunmasına   dövlət   nəzarətini   həyata   keçirən   orqan  
[Azərbaycan 


Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 
ilə)]
 daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun  
təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və 
baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir.
3. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq 
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq 
zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən 
boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada 
məsuliyyət daşıyır.
5.   Bədbəxt   hadisələrin   təhqiqinin,   uçotunun   aparılması   bu   maddədə   nəzərdə   tutulmuş   qaydalar 
əsasında müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 tərəfindən 
təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. (
48
)
Maddə 218. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi 
tələblərinin təmin edilməsi 
1.   Qüvvədə   olan   əməyin   mühafizəsi   standartlarının,   qaydalarının   və   normalarının,   təhlükəsizlik 
texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, 
tikintisinə   və   yenidən   qurulmasına,   istehsal   vasitələrinin   hazırlanmasına   və   buraxılmasına, 
texnologiyaların tətbiqinə yol verilmir.
2.   Müəssisələrin   və   istehsal   vasitələrinin   layihələri   dövlət   ekspertizasından   keçirilməli,   istehsal 
vasitələrinin   sınaq   nümunələri   isə   əməyin   mühafizəsi   və   təhlükəsizlik   texnikası   normalarının 
tələblərinə uyğunluğunun yoxlanması üçün dövlət sınaqlarından çıxarılmalıdır.
3. Müvafiq icra hakimiyyəti orqanlarının  
[Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmək və 
Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyi vasitəsilə), Dövlət Sənayedə İşlərin 
Təhlükəsiz Görülməsinə Nazərət və Dağ-Mədən Nəzarəti Komitəsi və digər mərkəzi icra hakimiyyəti 
orqanları qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində]
  tələbləri ilə sifarişçi və ya icraçı 
layihənin   (nümunənin)   əməyin   mühafizəsi   və   təhlükəsizlik   texnikası   normalarının   tələblərinə 
uyğunluğunu  müəyyən   etmək  məqsədi   ilə   müvafiq   təşkilatları  və  mütəxəssisləri   cəlb   etməklə  öz 
hesabına müstəqil ekspertiza keçirilməsini təşkil etməlidirlər.
4. İnsanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-
gigiyena, tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş zərərli maddələrin, 
xammalın, materialların tətbiqi qadağandır.
5. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin müəyyən edilmiş 
qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan 
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 
ilə)]
 tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılması qadağandır.
6. Yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin əmək 
qanunvericiliyinə   əməl   olunmasına   dövlət   nəzarətini   həyata   keçirən   orqanın  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 
ilə)]
 razılığı olmadan istismara verilməsi qadağandır.
7.   Əməyin   təhlükəsizliyi   tələblərinə   uyğun   gəlməyən   və   işçilərin   sağlamlığı,   yaxud   həyatı   üçün 
təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı, onlar əməyin təhlükəsizliyi 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə