Azərbaycan Respublikasının Əmək Məcəlləsi


Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi 
ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.
2.   Xəbərdarlıq   müddəti   ərzində   hər   iş   həftəsində   əmək   haqqı   saxlanılmaqla   iş   axtarmağa   imkan 
yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə:

orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 

işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı 
ödənilir. 
4. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə 
müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir 
dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.
5. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay 
müddətində  müvafiq  icra  hakimiyyəti  orqanında  
[Azərbaycan  Respublikasının  Əmək  və Əhalinin 
Sosial Müdafiəsi Nazirliyi (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları vasitəsi ilə)]
  qeydiyyata 
alınan şəxslərə verilir.  Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni 
mülkiyyətçisi   (əmlakın   operativ   idarəçiliyini   həyata   keçirən   hüquqi,   fiziki   şəxs)   tərəfindən 
ödənilməlidir. Bu qayda müəssisəni satın alan yeni mülkiyyətçiyə, o cümlədən bu maddənin dördüncü 
hissəsində nəzərdə tutulmuş hala şamil olunmur.
6.   Kollektiv   müqavilələrdə,   əmək   müqaviləsində   işçilərin   işə   düzəldiyi   dövr   ərzində   daha   uzun 
müddətə   orta   əmək   haqqının   saxlanılması,   habelə   bu   maddənin   üçüncü   və   yeddinci   hissələrində 
göstərilmiş ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.
7.   Əmək   müqaviləsinə   bu   Məcəllənin   68-ci   maddəsinin   ikinci   hissəsinin   «c»,   74-cü   maddəsinin 
birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının 
azı   iki   misli   miqdarında   müavinət   ödəyir.   İşçinin   vəfatı   ilə   əlaqədar   əmək   müqaviləsinə   xitam 
verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət 
ödənilir.  Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «ç» bəndi ilə xitam  
verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.
8. İşəgötürənlər  iş yerlərinin  ixtisarı  ilə  əlaqədar  işdən azad olunmuş «Valideynlərini  itirmiş və  
valideyn   himayəsindən   məhrum   olmuş   uşaqların   sosial   müdafiəsi   haqqında»   Azərbaycan  
Respublikasının   Qanunu   ilə   müəyyən   olunmuş   valideynlərini   itirmiş   və   valideyn   himayəsindən  
məhrum   olmuş   uşaq,   habelə   onların   arasından   olan   şəxs   hesab   edilən   işçiləri   sonradan   həmin  
müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına  
cəlb edirlər.
9.   Qanunvericiliklə   müəyyən   edilmiş   qaydada   müəssisənin   ləğvi,   işçilərin   sayının   və   ştatlarının  
ixtisarı   halları  istisna   olmaqla,   işçinin   müddətli   həqiqi   hərbi   xidmətdə   olduğu   müddət   ərzində  
mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi  
saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi  
xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna  
bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. (
6

7

21

42

48
)


Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər 
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən 
vəzifələr   üzrə   əmək   funksiyasının   icrası   üçün   tələb   olunan   ixtisasın   (peşənin)   və   peşəkarlıq 
səviyyəsinin   daha   yüksəyinə   malik   olan   işçilər   işdə   saxlanılır.   İşçinin   peşəkarlıq   səviyyəsini 
işəgötürən müəyyən edir.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə 
saxlanmasına üstünlük verir:

şəhid ailəsinin üzvlərinə; 

müharibə iştirakçılarına; 

əsgər və zabitlərin arvadlarına (ərlərinə); 

öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; 

həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; 

məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; (
5


kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 
Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar 
1. İşəgötürən tərəfindən:

hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən 
kişilərin

yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən 
işçilərin; 

əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; 

işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; 

həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; 

öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; 

məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət 
ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək 
müqaviləsinin ləğv edilməsi qadağandır. 
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» 
bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. (
20

48

61
)
Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar 
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən  
həmkarlar ittifaqının  üzvü olan işçinin  əmək müqaviləsi  müəssisədə fəaliyyət  göstərən həmkarlar  
ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə  
tutulan   hallardan   hər   hansı   biri   ilə   əlaqədar   ləğv   etmək   istəyən   işəgötürən   həmin   müəssisənin  
həmkarlar   ittifaqı   təşkilatına   əsaslandırılmış   yazılı   təqdimatla   müraciət   edir.   Təqdimata   müvafiq  
əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən  
geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək 
müqaviləsi   işəgötürənin   təşəbbüsü   ilə   ləğv   edilərkən   həmkarlar   ittifaqları   təşkilatının   qabaqcadan 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə