Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə25/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   21   22   23   24   25   26   27   28   ...   162

yüz manat miqdarında cərimə edilir. 
133.2.  Hava  gəmisində  kompüter,  foto  və  video  çəkiliş,  elektrik  (elektromaqnit)  rabitə 
vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə — 
yüz manat miqdarında cərimə edilir. 
133.3.  Hava  gəmisinin  bortunda  tüstünün  müəyyən  edilməsi  məqsədi  ilə  quraşdırılmış 
cihazların,  habelə  təhlükəsizliyi  təmin  edən  digər  qurğuların  zədələnməsi  və  yaxud  sıradan 
çıxarılmasına görə — 
iki yüz manat miqdarında cərimə edilir.
257 
M a d d  ə  1 3 4 .  Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi 
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə ‐
yüz manat miqdarında cərimə edilir.
258 
M a d d  ə  1 3 5 .   Dəmir_yolu_nəqliyyatında_hərəkətin_təhlükəsizliyinin_təmin_edilməsi_qaydalarının_pozulması'>Dəmir  yolu  nəqliyyatında  hərəkətin  təhlükəsizliyinin  təmin  edilməsi 
qaydalarının pozulması 
135.1.  Dəmir  yolunun,  qoruyucu  meşəliklərin,  qardan  mühafizə  çəpərlərinin  və  digər  yol 
obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan 
əlli beş manatadək miqdarda cərimə edilir.
259 
135.2.  Yük  vurulması  və  boşaldılması  zamanı  müəyyən  olunmuş  qabaritlərə  əməl 
edilməməsinə görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx  beş 
manatdan altmış beş manatadək miqdarda cərimə edilir.
260 
135.3. Dəmir_yolu_nəqliyyatında_təhlükəli_maddələr_və_predmetlər_aparma_qaydalarının_pozulması'>Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli  beş 
manatdan səksən manatadək miqdarda cərimə edilir.
261 
M a d d  ə  1 3 6 .  Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması 
136.1.  Yük  qatarlarında  özbaşına  getməyə, hərəkət  edən  qatara  minməyə  və  ondan 
düşməyə,  vaqonların  pillələrində  və  damlarında  getməyə,  ehtiyac  olmadan  qatarı  özbaşına 
dayandırmağa görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
262 
136.2. Qatarların vaqonlarının pəncərələrindən və qapılarından zibil və ya başqa predmetlər 
atılmasına görə ‐
xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.
263 
M a d d  ə  1 3 7 .   Sərnişin  vaqonlarının  daxili  avadanlığının,  lokomotivlərin  və  dəmir 
yolu nəqliyyatı vaqonlarının şüşələrinin, daxili avadanlığının zədələnməsi 
Sərnişin  vaqonlarının  şüşələrinin  və  ya  daxili  avadanlığının,  lokomotivlərin,  dəmir  yolu 
nəqliyyatı vaqonlarının şüşələrinin və daxili avadanlığının zədələnməsinə görə ‐
on manatdan on beş manatadək miqdarda cərimə edilir.
264 


M a d d  ə  1 3 8 .   Dəmir  yolu  nəqliyyatında  təhlükəli  maddələr və  predmetlər  aparma 
qaydalarının pozulması 
Dəmir  yolu  nəqliyyatında  təhlükəli  maddələrin  və  predmetlərin  əl  yükündə  aparılması 
qaydalarının pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
265 
M a d d  ə  1 3 9 .  Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması 
139.1.  Yükdaşıma  üçün  nəzərdə  tutulmuş  dəmir  yolu  nəqliyyatı  vasitələrinin, 
konteynerlərin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə ‐
on manatdan otuz manatadək miqdarda cərimə edilir.
266 
139.2.Yük  vaqonlarının,  konteynerlərin  zədələnməsinə,  plomblarının  və  kilidlərinin 
zədələnməsinə,  plomblarının  qırılmasına,  ayrı‐ayrı  yükləri  və  onların  qutularını,  paketlərini, 
yük  həyətlərinin,  dəmir  yolu  stansiyalarının,  konteyner  məntəqələrinin  (meydançalarının)  və 
yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə ‐
on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
267 
M a d d  ə 
1 4 0 .   Dəmir  yol  nəqliyyatında  müəyyən  edilməmiş  yerlərdə  siqaret 
çəkilməsi 
Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə ‐
xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilir.
268 
M a d d  ə  1 4 1 .  Dəniz_və_çay_nəqliyyatında_hərəkətin_təhlükəsizliyinin_təmin_edilməsi_qaydalarının_pozulması'>Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi 
qaydalarının pozulması 
141.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, 
liman sularında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli 
beş manatadək miqdarda cərimə edilir.
269 
141.2.  Lazımi  icazə  olmadan  liman  sularında  dalğıclıq  işləri  görülməsinə  və  ya  bu  işlər 
zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx  beş 
manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
270 
141.3.  Gəminin  suyaoturumu,  uzunluğu,  eni  və  tutumu  barədə  dəniz  bələdçisinə  dəqiq 
məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə ‐
gəmi kapitanı əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.
271 
M a d d  ə  1 4 2 .   Dəniz  və  çay  nəqliyyatı  gəmilərində  sərnişinlərin  təhlükəsizliyinin 
təmin edilməsi qaydalarının pozulması 
142.1. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  otuz 
manatdan əlli manatadək miqdarda cərimə edilir.
272 
142.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə ‐
on manatdan on beş manatadək miqdarda cərimə edilir.
273  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə