Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə22/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   18   19   20   21   22   23   24   25   ...   162

fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi 
şəxslər yüz manat miqdarında cərimə edilir.
212 
M a d d  ə  1 1 7 .  Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya 
gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulması 
117.1.  Gərginliyi  1000  voltadək  olan  elektrik  şəbəkələrinin  zədələnməsinə  və  bunun, 
istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan altmış 
manatadək miqdarda cərimə edilir.
213 
117.2.  Gərginliyi  1000  voltdan  çox  olan  elektrik  şəbəkələrinin  mühafizə  qaydalarının 
pozulmasına görə ‐
fiziki şəxslər on beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan 
doxsan manatadək miqdarda cərimə edilir.
214 
215 
M a d d ə 1 1 8 .  Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması 
və ya  onlardan məişətdə istifadə qaydalarının  pozulması 
216 
Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan 
vurulmasına və ya onlardan məişətdə istifadə qaydalarının pozulmasına görə‐
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz 
manatadək miqdarda cərimə edilir.
217 
Qeyd: Bu maddədə ʺaz miqdardaʺ dedikdə, min manatadək olan məbləğ başa düşülür.
218 
O n   b i r i n c i   f ə s i l  
DAMAZLIQ, BAYTARLIQ‐SANİTARİYA QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR  
M a d d  ə  1 1 9 .  Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması 
219 
119.0. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni: 
119.0.1.  qüvvədə  olan  normativ  sənədlər  üzrə  qiymətləndirilməmiş  dövlət  standartlarına 
uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına; 
119.0.2.  mənşəyi  bəlli  olmayan,  müvafiq  tələblərə  (standartlara)  uyğun  gəlməyən 
törədicilərdən istifadə edilməsinə; 
119.0.3.  damazlıq  ehtiyatlarının  geniş  təkrar  istehsalı  zamanı  onların  qiymətləndirilməsi 
qaydalarına əməl edilməməsinə, yaxud həmin törədicilərin bilərəkdən təhrif olunmasına; 
119.0.4. uçot‐hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə; 
119.0.5.  xüsusi  razılıq  (lisenziya)  olmadan  damazlıq  xidməti  göstərilməsi  ilə  məşğul 
olmağa;
220 
119.0.6. cinslərin rayonlaşmasına əməl edilməməsinə; 
119.0.7. yerli heyvan genofonduna ziyan vurulmasına görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli 
manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
221 


Maddə 119‐1. Atçılıq haqqında qanunvericiliyin pozulması
222 
119‐1.1.  Atçılıq  sahəsində  dövlət nəzarətini  həyata  keçirən  Azərbaycan  Respublikasının 
müvafiq  icra  hakimiyyəti  orqanının  müvafiq  sahədə  göstərişlərinin  yerinə  yetirilməməsinə 
görə‐
fiziki şəxslər on manatdan iyirmi manatadək, vəzifəli şəxslər otuz manatdan əlli manatadək 
miqdarda cərimə edilirlər. 
223 
119‐1.2.  Damazlıq  atlara  pasportların  (şəhadətnamələrin)  verilməsi  qaydalarının 
pozulmasına görə ‐
vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilirlər. 
224 
119‐1.3.  Milli  at  cinslərinin  və  beynəlxalq  genofonda  daxil  olan  at  cinslərinin  damazlıq 
özəklərinin məhv edilməsinə görə ‐
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək,  vəzifəli  şəxslər  yetmiş  manatdan  doxsan 
manatadək,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  əlli  manatadək  miqdarda  cərimə 
edilirlər.
225 
M a d d  ə  1 2 0 .  Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması 
120.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni: 
120.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan adından fərqli ad 
verilməsinə; 
120.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə verilən ad qeydiyyatda olan sortun 
və cinsin adının verilməsinə; 
120.0.3. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan 
başqa nailiyyətin adına həddən artıq oxşar olub, onların arasında çaşqınlıq yaradılmasına; 
120.0.4. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə; 
120.0.5.  istehlakçının  bilərəkdən  aldadaraq  patent  alınmış  seleksiya  nailiyyətinin  başqa  ad 
altında satılmasına; 
120.0.6. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına; 
120.0.7. dövlət reyestrində, ərizə, ekspertiza, sınaq sənədlərində yanlış qeydlər aparılmasına 
görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli 
manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək  miqdarda  cərimə 
edilir.
226 
M a d d  ə  1 2 1 .  Toxumçuluq haqqında qanunvericiliyin pozulması 
121.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni: 
121.0.1.  karantin  obyekti  ilə  yoluxmuş,  dövlət  standartlarına  uyğun  gəlməyən  toxumların 
əkilməsinə, səpininə, tədarükünə və satılmasına; 
121.0.2.  sortluq  və  səpin  keyfiyyətlərini  təsdiq  edən  uyğunluq  sertifikatı  və  fitosanitar 
sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə; 
227 
121.0.3.  toxum  partiyasının  keyfiyyətinin  qiymətləndirilməsi  qaydalarına  əməl 
edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunmasına; 
228 
121.0.4.  lisenziya  müqaviləsi  bağlamadan  bitki  sortlarının  toxumlarından  istifadə 
edilməsinə; 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə