Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə20/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   16   17   18   19   20   21   22   23   ...   162

108.0.5.  müvafiq  razılıq  olmadan  müşahidə  şəbəkələrinin  köçürülməsinə,  yerlərinin 
dəyişdirilməsinə və ya fəaliyyətinin dayandırılmasına; 
108.0.6.  müvafiq  razılıq  olmadan  atmosfer  proseslərinə  fəal  təsir  işlərini  həyata  keçirən 
texniki komplekslərin başqa məqsədlər üçün istifadə edilməsinə; 
108.0.7.  hidrometeoroloji  müşahidə  şəbəkələrinin  ətrafındakı  mühafizə  zonalarında  hər 
hansı təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına görə ‐
fiziki  şəxslər  üç  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  altı  min  manatdan  səkkiz  min 
manatadək miqdarda cərimə edilir. 
197 
M a d d  ə  1 0 9 .  Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması 
109.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına, yəni: 
109.0.1.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatına  alınmamış  və  ya 
patenti  alınmamış,  yaxud  sertifikatlaşdırılmamış  geodeziya  və  kartoqrafiya  materiallarının  və 
məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlığının və cihazlarının ticarət 
dövriyyəsinə daxil edilməsinə; 
109.0.2.  dövlət  geodeziya‐istinad  məntəqələrinin  və  ya  yerüstü  nişanların  korlanmasına, 
yaxud məhv edilməsinə; 
109.0.3.  dövlət  geodeziya  və  kartoqrafiya  xidməti  orqanının  razılığı  olmadan  dövlət 
geodeziya‐istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə 
məntəqə  və  nişanların  yenidən  qurulmasına,  yaxud  yeni  məntəqə  və  nişanların 
quraşdırılmasına görə ‐
fiziki şəxslər beş manatdan on beş  manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan 
doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz  manatadək 
miqdarda cərimə edilir.
198 
M a d d  ə  1 1 0 .  Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı 
ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi 
Sənaye  və  məişət  tullantılarının  qalaqlanması  qaydalarının  pozulmasına,  göstərilən 
tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə ‐
fiziki  şəxslər  beş  yüz  manatdan  səkkiz  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min 
manatadək miqdarda cərimə edilir. 
199 
M a d d  ə  1 1 1 .  Balıq ehtiyatlarının mühafizəsi və ov qaydalarının pozulması 
111.1. Balıq ehtiyatlarının mühafizəsi qaydalarının pozulmasına görə ‐
inzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetlər  müsadirə  edilməklə  və  ya  müsadirə  edilməməklə  yeddi  yüz  manatdan  min  yeddi 
yüz manatadək miqdarda cərimə edilir. 
200 
111.2.  Ov  qaydalarının  kobud  şəkildə  pozulmasına  (lazımi  icazə  olmadan  və  ya  qadağan 
edilmiş  yerlərdə,  yaxud  qadağan  olunmuş  müddətlərdə,  qadağan  edilmiş  alətlərlə  və  ya 
üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə ‐
inzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək 
miqdarda cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. 
201 


M a d d  ə  1 1 2 .  Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması 
112.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni: 
112.0.1. heyvanlar aləminin obyektlərindən istifadənin limitlərinin artırılmasına; 
112.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə; 
112.0.3.  heyvanların  yaşayış  mühitinin,  çoxalma  şəraitinin  və  miqrasiya  yollarının 
mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə; 
112.0.4. qurumuş bitkilərin və ya onaların qalıqlarının özbaşına yandırılmasına; 
112.0.5.  bitki  mühafizə  vasitələrinin,  onların  boy  stimulyatorlarının,  mineral  gübrələrin  və 
başqa  maddələrin  (preparatların)  saxlanması,  daşınması  və  tətbiq  edilməsi  qaydalarının 
pozulmasına; 
112.0.6.  özbaşına,  yaxud  müəyyən  edilmiş  qaydanı  pozmaqla  heyvanları  köçürdükdə, 
iqlimə  uyğunlaşdırdıqda  və  artırdıqda  genetik  cəhətdən dəyişmiş  orqanizmlərdən  istifadə 
edilməsinə; 
112.0.7.  heyvanlar  aləmi  obyektlərinin  vəziyyəti,  sayı,  onların  istifadəsi  haqqında 
məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə ‐
fiziki  şəxslər  beş  yüz  manatdan  səkkiz  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min 
manatadək miqdarda cərimə edilir. 
202 
M a d d  ə  1 1 3 .  Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması 
113.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni: 
113.1.1.  dövlət  ekoloji  ekspertizasının  müsbət rəyi  olmadan  ətraf  mühitə  bilavasitə  və  ya 
dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi 
müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 
113.1.2.  ağır  ekoloji  nəticələrə  səbəb  ola  bilən təsərrüfat  və  ya  sair  fəaliyyətin  həyata 
keçirilməsinə; 
113.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və 
ya sair fəaliyyətin həyata keçirilməsinə; 
113.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni 
(xam torpaq sahələrini) təsərrüfat və ya sair fəaliyyət dövriyyəsinə daxil edilməsinə; 
113.1.5. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o 
cümlədən  ekoloji  təhlükəsizlik  sahəsində  beynəlxalq  müqavilələri  pozan  fəaliyyətin  həyata 
keçirilməsinə; 
113.1.6.  müvafiq  ərazinin  təbii  mühitinə  xas  olmayan,  habelə  nəzarətsiz  artım  və 
yayılmasının  qarşısını  almaq  üçün  səmərəli  tədbirləri  hazırlamadan  süni  yolla  əldə  edilmiş 
orqanizmlərdən istifadə edilməsinə, çoxaldılmasına və ya yayılmasına; 
113.1.7.  ətraf  mühit  və  insanlar  üçün  təhlükə  dərəcəsi  qiymətləndirilməmiş  maddələrin 
tətbiq edilməsinə; 
113.1.8.  insan  orqanizmində  və  ətraf  mühitdə  cəmləşə  bilən və  təbii  parçalanmaya 
uğramayan  toksik  maddələrdən  istifadə  edilməsinə,  habelə  zərərsizləşdirmə  texnologiyası 
ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə; 
113.1.9.  emal,  zərərsizləşdirmə  və  təkrar  istifadə  texnologiyası  ekoloji  cəhətdən təhlükəli 
olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına; 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə