Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə16/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   12   13   14   15   16   17   18   19   ...   162

85.0.8. ləğv edilən və konservasiya olunan dağ‐qazmalarının və buruq quyularının əhalinin 
və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti 
ərzində  faydalı  qazıntı  yataqlarının,  dağ‐qazmaların  və  buruq  quyularının  qorunması 
tələblərinə əməl edilməməsinə; 
85.0.9.  yerin  təkindən  istifadə  edilərkən  yararsız  hala  salınmış  torpaq  sahələrinin  və  digər 
təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə; 
85.0.10. yerin  təkindən  istifadə zamanı elm  və  mədəniyyət  üçün  maraq doğuran  obyektlər 
aşkar  edilərkən həmin  sahədə  işlərin  dayandırılmamasına  və  xüsusi  razılıq  və  ya  icazə  verən 
orqana məlumat verilməməsinə görə ‐
153 
fiziki  şəxslər  altı  yüz  manatdan  min  manatadək  miqdarda,  vəzifəli  şəxslər  min  iki  yüz 
manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min manatadək 
miqdarda cərimə edilir. 
154 
M a d d  ə  8 6 .  Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması 
86.1.  Torpaqların  (meşə  fondu  torpaqlarının)  istehsalat  və  məişət  tullantıları  ilə 
zibilləndirilməsinə  və  ya  kimyəvi,  radioaktiv  maddələrlə,  çirkab  suları  ilə  çirkləndirilməsinə, 
yaxud bakterial‐parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulmasına görə ‐
fiziki  şəxslər  beş  yüz  manatdan  səkkiz  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan 
on min manatadək miqdarda cərimə edilir. 
155 
86.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə ‐
fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan 
üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  altı  min  manatdan  səkkiz  min  manatadək 
miqdarda cərimə edilir. 
156 
M a d d  ə  8 7 .  Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi 
87.1.  Torpaqları  yaxşılaşdırmaq  və  onları  külək,  su  erroziyasından  və  torpaqların 
münbitliyini  pisləşdirən  digər  proseslərdən  mühafizə  etmək  üçün  məcburi  tədbirlərin 
görülməməsinə görə ‐
fiziki şəxslər iyirmi manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan 
altmış  beş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  yüz  doxsan  manatadək 
miqdarda cərimə edilir.
157 
87.2.  Torpağın  vəziyyətinə  təsir  göstərən  obyektlərin  layihələşdirilməsinə,  tikilməsinə  və 
istismara verilməsinə görə ‐
fiziki şəxslər otuz  manatdan qırx  manatadək miqdarda, vəzifəli şəxslər  qırx  beş manatdan 
yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  yüz  doxsan  manatadək 
miqdarda cərimə edilir.
158 
M a d d  ə  8 8 .   Torpaqların  dövlət  uçotundan,  qeydiyyatından  gizlədilməsi  və  ya 
kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsi 
Torpaqların  dövlət  uçotundan,  qeydiyyatından  gizlədilməsinə  və  ya  kəmiyyətinə  və 
keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə ‐
on beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
159 


M a d d  ə  8 8  ‐ 1 .  Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların 
müvafiq istifadə üçün yararlı hala salınması, icarəyə verilmiş torpaqların məqsədli təyinatını 
dəyişdirmədən başqa məqsədlər üçün istifadə 
160 
88‐1.1.  Müvəqqəti  tutulan  torpaqların  vaxtında  qaytarılmamasına  və  ya  onları  müvafiq 
istifadə üçün yararlı hala salmaq vasitəsinin yerinə yetirilməməsinə görə ‐
fiziki şəxslər altı manatdan səkkiz manatadək miqdarda, vəzifəli şəxslər on iki manatdan on 
dörd  manatadək  miqdarda,  hüquqi  şəxslər  otuz  manatdan  otuz  iki  manatadək  miqdarda 
cərimə edilir.
161 
88‐1.2.  İcarəyə  verilmiş  torpaqların  məqsədli  təyinatını  dəyişdirmədən  başqa  məqsədlər 
üçün istifadəyə görə ‐
fiziki şəxslər səkkiz manatdan on manatadək miqdarda, vəzifəli şəxslər on dörd manatdan 
on altı manatadək miqdarda, hüquqi şəxslər otuz iki manatdan otuz beş manatadək miqdarda 
cərimə edilir.
162 
M a d d  ə  8 8  ‐ 2 .  Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 
bölməsinin sahilboyu 20‐50 metrlik zolağının altında olan torpaq sahələrinin qanunsuz 
bağlanılması və ya dəniz sahilinə gediş‐gəlişin məhdudlaşdırılması 
163 
88‐2.1.  Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  istifadəyə  və  ya  icarəyə  verilən Xəzər 
dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsinin  sahilboyu  20‐50 
metrlik  zolağının  altında  olan  torpaq  sahələrinin  müvafiq  icra  hakimiyyəti  orqanının  icazəsi 
olmadan  hasara  alma  yolu  ilə  və  ya  digər  üsullarla  bağlanılması  və  ya  dəniz  sahilinə  gediş‐
gəlişin məhdudlaşdırılmasına görə ‐
164 
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  otuz 
manatdan  əlli  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək 
miqdarda cərimə edilir.
165 
88‐2.2.  Bu  Məcəllənin  88‐2.1‐ci  maddəsində  nəzərdə  tutulmuş  xətaların  il  ərzində  inzibati 
tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə‐
fiziki  şəxslər  iyirmi  beş  manatdan  otuz  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altmış 
manatdan  səksən  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
166 
M a d d ə 88‐3. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması 
167 
Vəzifəli  şəxs  tərəfindən  qanunvericiliklə  müəyyən  edilmiş  qaydalar  pozul‐maqla  torpaq 
sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, 
metropolitenin,  dəmir  yolu  qurğularının,  müdafiə  obyektlərinin,  su  təchizatı  və  kanalizasiya 
sistemlərinin  texniki  qurğularının,  neft  buruqlarının,  avtomobil  yollarının  və  ya  suların 
mühafizə zonalarındakı torpaq sahələri istisna olmaqla) tikinti üçün ayrılmasına görə ‐
altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir.
168 
M a d d  ə  8 9 .  Mərz nişanlarının məhv edilməsi 
Mülkiyyətdə  və  ya  istifadədə  (icarədə)  olan  torpaqların  hüdudlarının,  mərz  nişanlarının 
məhv edilməsinə görə ‐
on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
169 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə