Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə13/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   9   10   11   12   13   14   15   16   ...   162

lakin  dövlət  qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış  məqsədilə  saxlanması 
və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya 
idxalı, bu əməllər az miqdarda törədildikdə ‐
inzibati  xətanın  bilavasitə  obyekti  olan  dərman  vasitələri  müsadirə  edilməklə  onun 
dəyərinin səksən faizindən yüz faizinədək miqdarda cərimə edilir. 
68‐4.2. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklam edilməsinə görə ‐
vəzifəli şəxslər doxsan manat, hüquqi şəxslər üç yüz manat cərimə edilir.
117 
Qeyd: bu maddədə “az miqdar” dedikdə min manatadək olan məbləğ başa düşülür.
118 
Maddə 68‐5. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması 
119 
Ekoloji  təmiz  kənd  təsərrüfatının  tələblərinə  cavab  verməyən kənd  təsərrüfatı  və  ərzaq 
məhsullarına  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  milli  əmtəə  nişanının 
vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan 
şəxslər tərəfindən həmin  məhsulların  ənənəvi  üsullarla  istehsal  edilmiş  məhsullarla 
qarışdırılmasına  və  spesifikliyinin  qorunmamasına,  etiketi  üzərində  istehsalında  genetik 
modifikasiya  olunmuş  orqanizmlər və  onların  törəmələrindən  istifadə  haqqında  məlumatlar 
göstərilməyən  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  Azərbaycan 
Respublikasında satışa çıxarılmasına görə‐
fiziki  şəxslər  əlli  manat  miqdarında,  vəzifəli  şəxslər  üç  yüz  manat  miqdarında,  hüquqi 
şəxslər iki min manat miqdarında cərimə edilir. 
Maddə  68‐6.  Rəsmi  tibbi  icazə  sənədləri  olmadan  bədən tərbiyəsi  və  idmanla  məşğul 
olmağa cəlb etmə və idman yarışlarına buraxma
120 
Məktəbdənkənar təhsil müəssisələri və bədən tərbiyəsi‐idman təşkilatları tərəfindən uşaq 
və gənclərin qanunvericiliyə uyğun olaraq verilmiş rəsmi tibbi icazə sənədləri olmadan bədən 
tərbiyəsi  və  idmanla  məşğul  olmağa cəlb  edilməsinə  və  ya  idman  yarışlarına  buraxılmasına 
görə— 
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir. 
Maddə  68‐7.  Dopinq_vasitələrindən_və_(və_ya)_metodlarından_istifadə_və_ya_istifadəni_təbliğ_etmə'>Dopinq  vasitələrindən və  (və  ya)  metodlarından  istifadə  və  ya  istifadəni 
təbliğ etmə 
Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə və ya istifadəni təbliğ etməyə 
görə— 
fiziki  şəxslər  əlli  manatdan  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yüz  manatdan  iki 
yüz manatadək miqdarda cərimə edilir. 
Maddə  68‐8.  Dərman  vasitələrinin  və  qidaların  tərkibinə  dopinq  vasitələri  əlavə 
etməklə onların saxtalaşdırılması, satılması, həmçinin dopinq vasitələrinin hazırlanmasının, 
istehsalının,  istifadəsinin  vasitə  və  metodları,  onların  əldə  edilməsi  mümkün  olan  yerlər 
haqqında məlumatların yayılması 
68‐8.1. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların 
saxtalaşdırılmasına və ya satılmasına görə— 
fiziki  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  yüz 
manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək 
miqdarda cərimə edilir. 


68‐8.2.  Dopinq  vasitələrinin  hazırlanmasının,  istehsalının,  istifadəsinin  vasitə  və 
metodları,  onların  əldə  edilməsi  mümkün  olan  yerlər  haqqında  məlumatların  yayılmasına 
görə— 
fiziki  şəxslər  əlli  manatdan  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yüz  manatdan  iki 
yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  üç  yüz  manatadək  miqdarda 
cərimə edilir. 
Maddə 68‐9. Dopinq nəzarəti qaydalarının pozulması 
Bədən tərbiyəsi‐idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər 
tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə— 
yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir. 
S ə k k i z i n c i   f ə s i l  
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  6 9 .  Xırda talama 
Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui‐istifadə və ya 
dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə ‐
otuz beş manatdan qırx manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı 
törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla  bu  tədbirlərin  tətbiqi  kifayət  sayılmadıqda  isə  on  beş 
günədək müddətə inzibati həbs tətbiq edilir.
121 
Qeyd: Talanmış əmlakın dəyəri otuz manatdan yuxarı olmadıqda, bu xırda talama hesab edilir.
122 
M a d d  ə  7 0 .  Meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan 
qanunsuz istifadə edilməsi 
Meşə  fondu  torpaqlarının  özbaşına  tutulmasına  və  ya  istifadə  barəsində  lazımi  icazə 
olmadan həmin torpaq sahələrində tikinti işlərinin aparılmasına və ya digər işlərin görülməsinə 
görə ‐
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz 
manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min 
manatadək miqdarda cərimə edilir. 
123 
M a d d  ə  7 1 .   Xüsusi  razılıq  (lisenziya)  və  ya  icazə  olmadan  yerin  təkindən  istifadə 
etmə
124 
Xüsusi  razılıq  (lisenziya)  və  ya  icazə  olmadan  və  ya  həmin  sənəddə  nəzərdə  tutulmuş 
şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə ‐
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş 
yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz 
min manatadək miqdarda cərimə edilir. 
125 
M a d d  ə  7 2 .  Su obyektləri üzərində mülkiyyət hüququnun pozulması  
Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə ‐


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə