Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə14/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   10   11   12   13   14   15   16   17   ...   162

fiziki şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan qırx beş 
manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək  miqdarda  cərimə 
edilir.
126 
M a d d  ə  7 3 .  Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə 
Lazımi  icazə  olmadan  heyvanlar  aləmi  obyektlərinin  təbii  mühitdən  götürülməsinə  və  ya 
onlardan istifadə edilməsinə görə ‐
fiziki  şəxslər  iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min 
127
beş yüz manatadək miqdarda cərimə edilir. 
M a d d  ə  7 4 .   Tarix  və  mədəniyyət  abidələrinin  qorunması  və  onlardan  istifadə 
qaydalarının pozulması 
Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına 
görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
128 
M a d d  ə  7 5 .  Təsərrüfat əkinlərinin korlanması 
Əkinlərin  və  ya  bitkilərin  üstü  ilə  avtomobil,  traktor,  kombayn  və  ya  digər nəqliyyat 
vasitələrini, yaxud at arabalarını (kirşəni) sürməklə və ya digər üsullarla korlanmasına görə ‐
on beş manatdan otuz manatadək miqdarda cərimə edilir.
129 
D o q q u z u n c u   f ə s i l    
Ə T R A F   M Ü H  İ T İ N  M Ü H A F  İ Z Ə S İ , T Ə B İ Ə  T D  Ə N  İ S T  İ F A D  Ə  V Ə 
E K O L O J  İ  T Ə H L Ü K  Ə S İ Z L  İ K  Q A Y D A L A R I  Ə L E Y H  İ N Ə  O L A N    
İ N Z  İ B A T  İ  X Ə T A L A R    
M a d d  ə   7 6 .  Ə t r a f   m ü h i t  ə  a t ı l a n ,   a x ı d ı l a n   v ə  y a   b a s d ı r ı l a n    
z ə r ə r l i   m a d d  ə l ə r i n   m i q d a r  ı n ı n ,   h a b e l  ə  z ə r ə r l i   f i z i k i    
t ə s i r l  ə r i n   h ə d l  ə r i n i n   y o l   v e r i l  ə   b i l  ə n  n o r m a t i v l  ə r d  ə n  a r t ı q  
o l m a s ı  
76.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə 
bilən normativlərdən artıq olmasına görə ‐
vəzifəli  şəxslər  iki  min  beş  yüz  manatdan  dörd  min  manatadək  miqdarda,  hüquqi  şəxslər 
yeddi min beş yüz manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir. 
130 
76.2.  Ətraf  mühitin  mühafizəsi  məqsədi  ilə  səs‐küyün,  vibrasiyanın,  elektromaqnit 
sahələrinin  səviyyəsinin,  radioaktiv  şüalanmanın  və  başqa  zərərli  fiziki  təsirlərin  yol  verilə 
bilən son hədlərinin normativlərinin pozulmasına görə ‐
131 
vəzifəli  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi 
şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir. 
132 
M a d d  ə  7 6  ‐ 1 .  Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması 
133 


76‐1.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, yəni: 
76‐1.0.1.  müvafiq  icra  hakimiyyəti  orqanlarının  xüsusi  icazəsi  olmadan  atmosfer  havasına 
zərərli maddələrin atılmasına; 
76‐1.0.2.  atmosfer  havasına  zərərli  maddələrin  atılmasına  və  zərərli  fiziki  təsirə  nəzarət 
etmək məqsədi ilə quraşdırılmış qurğuların, avadanlıqların və cihazların istismarı qaydalarının 
pozulmasına; 
76‐1.0.3.  atmosfer  havasının  mühafizəsi  haqqında  qanunvericiliyin  tələblərinə  cavab 
verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlıqların istismara verilməsinə; 
76‐1.0.4.  atmosfer  havasının  mühafizəsi  sahəsində  qanunvericiliklə  müəyyən  edilmiş 
tələblərə  cavab  verməyən və  atmosfer  havasına  zərərli  maddələrin  atılmasına  nəzarət  üçün 
texniki  vasitələrlə  təmin  olunmasını  nəzərə  almayan  kəşflərin,  ixtiraların,  səmərələşdirici 
təkliflərin,  yeni  texniki  sistemlərin,  maddələrin  tətbiq  edilməsinə,  habelə  bu  cür  texnoloji 
avadanlıqların idxal edilməsinə; 
76‐1.0.5.  sənaye  və  məişət  tullantılarının  toplanması,  yandırılması,  bitki  aləmini  qoruyan, 
onların  artımını  təmin  edən  vasitələrin,  mineral  gübrələrin  və  digər  preparatların  daşınması, 
saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə; 
76‐1.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə 
nəzarət qaydalarına əməl edilməməsinə görə ‐
fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş 
yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on 
min manatadək miqdarda cərimə edilir. 
134 
M a d d  ə  7 7 .  Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması 
77.1.  Radioaktiv  maddələrin  daşınmasının,  basdırılma‐sının,  nəql  edilməsinin  və  ya 
istehsalının  müəyyən  edilmiş  qaydalarının  gözlənilməməsinə,  ətraf  mühitin  radioaktiv 
çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin görülməməsinə görə 

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş 
yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan on 
səkkiz min manatadək miqdarda cərimə edilir. 
135 
77.2.  Ətraf  mühitin  radioaktiv  çirklənməsi  aşkar  edildikdə,  bu  barədə  müvafiq  orqanlara 
dərhal məlumat verilməməsinə görə ‐
fiziki  şəxslər  dörd  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  üç  min 
manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir. 
136 
M a d d  ə  7 8 .   Müəssisələrin,  qurğuların  və  başqa  obyektlərin  tikintisinə  və  yenidən 
qurulmasına dair ekoloji tələblərin pozulması 
78.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı 
ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmamasına görə ‐
vəzifəli  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər 
yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir. 
137 
78.2.  Tikinti  işləri  aparıldıqda  torpaqların  rekultivasiyası,  təbii  resursların  bərpası  və 
səmərəli  istifadəsi,  ərazilərin  abadlaşdırılması  və  ətraf  mühitin  sağlamlaşdırılması  üzrə 
tədbirlərin görülməməsinə görə ‐


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə