Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə11/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   7   8   9   10   11   12   13   14   ...   162

M a d d  ə  5 8 .  Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya pozulması 
Kollektiv  müqavilədən  (sazişdən)  irəli  gələn  öhdəliklərin  işəgötürən tərəfindən  yerinə 
yetirilməməsinə və ya pozulmasına görə ‐
min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir. 
86 
M a d d  ə  5 9 .   Kollektiv  danışıqların  aparılması  və  kollektiv  müqavilənin  (sazişin) 
yerinə  yetirilməsinə  nəzarəti  həyata  keçirmək  üçün  lazım  olan  məlumatların  təqdim 
edilməməsi 
Kollektiv danışıqların aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə 
nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə ‐
yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir. 
87 
M a d d  ə  6 0 .  Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina etməyə məcbur etmə 
Zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmək hədəsi  ilə  qorxutmaqla  və  ya  şəxsin  maddi 
cəhətdən  asılı  olmasından  istifadə  etməklə  onu  tətillərdə  iştirak  etməyə,  yaxud  iştirakdan 
imtina etməyə məcbur etməyə görə ‐
on manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
88 
Maddə 60‐1. Seksual qısnamaya məruz qalmış işçilərə qarşı təzyiqin göstərilməsi 
Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin 
göstərilməsinə və ya işçinin təqib olunmasına görə ‐
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər.
89 
Y e d d i n c i   f ə s i l  
ƏHALİNİN SAĞLAMLIĞI, SANİTARIYA‐GİGİYENA VƏ SANİTARİYA‐EPİDEMİOLOJİ 
SALAMATLIĞI QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə 
6 1 .   Zöhrəvi_xəstəliklərlə_və_ya_insanın_immunçatışmazlığı_virusuna_yoluxmuş_şəxslə_əlaqədə_olmuş_şəxslərin_müayinədən_boyun_qaçırması'>Zöhrəvi  xəstəliklərlə  və  ya  insanın  immunçatışmazlığı  virusuna 
yoluxmuş şəxslərin müalicədən boyun qaçırması 
90 
Zöhrəvi  xəstəliklərlə  və  ya  insanın  immunçatışmazlığı  virusuna  yoluxması  barəsində 
kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra 
da müalicədən boyun qaçırmasına görə ‐
yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.
91 
M a d d  ə 
6 2 .   Zöhrəvi  xəstəliklərlə  və  ya  insanın  immunçatışmazlığı  virusuna 
yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması 
Zöhrəvi  xəstəliklərlə  və  ya  insanın  immunçatışmazlığı  virusuna  yoluxmuş  şəxslə  əlaqədə 
olmuş  və  profilaktik  müayinəyə  ehtiyacı  olan  şəxslərin  müayinədən səhiyyə  orqanları 
tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə ‐
səksən manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir.
92 
Maddə  63.  Zöhrəvi  xəstəliklərlə  və  ya 
insanın  immunçatışmazlığı  virusuna 
yoluxma 
mənbəyinin gizlədilməsi 


63.1. Zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə 
olub zöhrəvi xəstəliklərlə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə ‐
yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
93 
63.2. 
İnsanın  immunçatışmazlığı  virusuna 
yoluxmuş  şəxslər tərəfindən  yoluxma 
mənbəyinin,  habelə  onlarla  əlaqədə  olub 
insanın  immunçatışmazlığı  virusuna 
yoluxma 
təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə ‐
iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.
94 
M a d d  ə  6 3  ‐ 1 .   Qanın,  qan  komponentlərinin  donorluğu və  qan  xidməti  haqqında 
qanunvericiliyin pozulması 
95 
63‐1.1.  Donor  olmaq  istəyən  şəxs  tərəfindən  keçirdiyi  və  hazırkı  xəstəlikləri,  həmçinin 
narkotik  vasitələr və  psixotrop  maddələr qəbul  edib‐etməməsi  barədə  düzgün  məlumatın 
verilməməsinə görə ‐
96 
otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
97 
63‐1.2. Tibbi müayinə keçirilmədən  donordan qanın, qan  komponentlərinin götürülməsinə 
görə  ‐ fiziki  şəxslər  otuz  beş  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx 
manatdan  altmış  beş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək 
miqdarda cərimə edilir.
98 
63‐1.3.  Müalicə  müəssisələri  tərəfindən  qanın,  qan  komponentlərinin  resipiyentə 
köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) 
barəsində köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə 
(qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə ‐
fiziki şəxslər otuz  beş  manatdan qırx  manatadək miqdarda, vəzifəli şəxslər  qırx  manatdan 
altmış  beş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək  miqdarda 
cərimə edilir.
99 
M a d d  ə  6 4 .  Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə məşğul olma 
64.1.  Xüsusi  razılıq  (lisenziya)  olmadan  özəl  tibbi  fəaliyyətlə  və  ya  əczaçılıqla  məşğul 
olmağa görə ‐
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
100 
64.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə 
olmadan xalq təbabəti ilə məşğul olmağa görə ‐
dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir.
101 
M a d d  ə  6 5 .  Sanitariya‐gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması 
Müəssisələrdə,  idarələrdə  və  təşkilatlarda  sanitariya‐gigiyena  və  epidemiya  əleyhinə 
rejimlərin pozulmasına görə ‐
yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
102 
M a d d  ə 
6 5  ‐ 1 .   Körpələrin  və  erkən  yaşlı  uşaqların  qidalanması  haqqında 
qanunvericiliyin pozulması 
103 
65‐1.0.  Süni  qida  məhsullarının  istehsalzıları  və  distribütorları  tərəfindən  körpələrin  və 
erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni: 
65‐1.0.1. süni qida məhsullarının satış‐sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə 
təşkil edilməsinə; 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə