Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə12/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   8   9   10   11   12   13   14   15   ...   162

65‐1.0.2.  uşaqların  qidalanması  ilə  bağlı  elmi  tədqiqat  işlərini  müvafiq  icra  hakimiyyəti 
orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə; 
65‐1.0.3.  səhiyyə  sistemi  işzilərinin  elmi  və  praktik  konfranslarda,  sessiyalarda,  tibbi  təhsil 
təcrübəsində iştirakına, tibb assosiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının 
müsbət rəyi olmadan sponsorluq edilməsinə görə ‐
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz 
manatadək  miqdarda,  hüquqi  şəxslər  beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə 
edilir.
104 
M a d d  ə 
6 6 .   Nəqliyyatda  sanitariya  normalarının  və  qaydalarının,  gigiyena 
normativlərinin pozulması 
Qanunvericiliklə  müəyyən  edilmiş  sanitariya  normalarının  və  qaydalarının,  gigiyena 
normativlərinin nəqliyyatda pozulmasına görə ‐
otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
105 
M a d d  ə  66‐1. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər 
bioloji  mayelərlə  təması  nəzərdə  tutan  digər  xidmətlər  göstərilərkən  universal 
təhlükəsizlik tədbirlərinin pozulması 
Tibbi,  kosmetoloji,  bərbərxana xidmətləri,  eləcə  də  qan  və  digər  bioloji  mayelərlə 
təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin 
pozulmasına görə‐
fiziki  şəxslər  üç  yüz  manat  miqdarında,  vəzifəli  şəxslər  beş  yüz  manatdan  yeddi 
yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək 
miqdarda cərimə edilir. 
M a d d  ə 
6 7 .   Yaşayış  məntəqələrinin  və  ya  müəssisələrin,  onların  buraxılış 
komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, 
təkmilləşdirilməsi,  yeni  texnika  ilə  təchiz  olunması  zamanı  sanitariya  epidemioloji 
salamatlığı təmin etməyə yönəldilimiş normaların və qaydaların, normativlərin pozulması 
Sanitariya  epidemioloji  salamatlığı təmin  etməyə  yönəldilmiş  normalara  və  qaydalara, 
normativlərə əməl etmədən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə 
razılaşdırılmadan  yaşayış  məntəqələrinin  və  ya  mülkiyyət  formasından  asılı  olmayaraq 
müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsinə, 
tikilməsinə,  yenidən  qurulmasına,  təkmilləşdirilməsinə,  yeni  texnika  ilə  təchiz  olunmasına 
görə‐
fiziki şəxslər qırx manatdan yetmiş manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki 
yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  üç  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda 
cərimə edilir.
106 
M a d d  ə   6 8 .  Əhalinin  qidalanmasının  təşkilinə,  yeyinti  məhsullarının  istehsalına, 
saxlanmasına,  daşınmasına  və  satışına  dair  sanitariya  normalarının  və  qaydalarının,  gigiyena 
normativlərinin pozulması 
68.1. Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və 
s.)  əhalinin  qidalanmasının  təşkilinə  və  ya  yeməklərin  və  içkilərin  hazırlanmasına,  onların 


saxlanmasına  və  əhaliyə  satılmasına  dair  sanitariya  normalarının  və  qaydalarının,  gigiyena 
normativlərinin pozulmasına görə ‐
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz 
manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə 
edilir.
107 
68.2.  Yeyinti  məhsullarının  istehsalı,  saxlanması,  daşınması  və  satışı  zamanı  sanitariya 
normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə ‐
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz 
manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə 
edilir.
108 
M a d d  ə  6 8  ‐ 1 .   Narkotik_vasitələrin,_psixotrop_maddələrin_və_onların_analoqlarının_istehlaki,_narkotik_vasitələrin,_psixotrop'>Narkotik  vasitələrin,  psixotrop  maddələrin    onların  analoqlarının 
istehlaki, narkotik vasitələrin, psixotrop maddələrin  onların analoqlarının, prekursorların 
satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, 
daşınması və ya göndərilməsi 
109 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydaları  pozmaqla 
narkotik  vasitələrin,  psixotrop  maddələrin  istehlakına,  narkotik  vasitələrin,  psixotrop 
maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, 
saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə
110
 ‐
üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı 
törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla  bu  tədbirlərin  tətbiqi  kifayət  sayılmadıqda  isə  ‐ on  beş 
günədək müddətə inzibati həbs tətbiq edilir.
111 
Qeyd:  Satış  məqsədi  olmadan  hazırladığı,  əldə  etdiyi,  saxladığı,  daşıdığı və  ya  göndərdiyi 
şəxsi  istehlak  miqdarında  narkotik  vasitələri,  psixotrop  maddələri,  onların  analoqlarını  və  ya 
prekursorları  könüllü  surətdə  təhvil  verən  şəxs  bu  qeyddə  nəzərdə  tutulan  hərəkətlərə  görə 
inzibati məsuliyyətdən azad edilir.
112 
M a d d  ə  6 8  ‐ 2 .   Narkotik  vasitələrin,  psixotrop  maddələrin    onların  analoqlarının 
qanunsuz istehlakına yol verilməsi 
Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların  analoqlarının  qanunsuz  istehlakına 
yol verilməsinə görə ‐
şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir. 
113 
M a d d  ə  6 8  ‐ 3 .   Narkotik vasitələrin, psixotrop maddələrin  onların analoqlarının 
istehlakı  və  ya  daşınması  hallarının,  habelə  belə  istehlak  nəticəsində  yaranmış  sərxoşluq 
vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmaq 
114 
Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların  analoqlarının  istehlaki  və  ya 
daşınması  hallarının,  habelə  belə  istehlak  nəticəsində  yaranmış  sərxoşluq  vəziyyətinin 
müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmağa görə ‐
yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
115 
Maddə 68‐4. Dərman vasitələri haqqında qanunvericiliyin pozulması 
116 
68‐4.1.  Bilə‐bilə  keyfiyyətsiz,  normativ‐texniki  sənədlərin  tələblərinə  cavab  verməyən, 
mənşəyi  məlum  olmayan,  yararlılıq  müddəti  bitmiş,  qanunla  dövlət  qeydiyyatı  tələb  olunan, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə