Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə10/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   6   7   8   9   10   11   12   13   ...   162

vəzifəli  şəxslər  min  manatdan  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  üç  min 
manatdan beş min manatadək miqdarda cərimə edilir. 
53.10.  İşəgötürən tərəfindən uşaqların  onların  həyatına,  sağlamlığına  və  ya  mənəviyyatına 
təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə ‐
vəzifəli  şəxslər  üç  min  manatdan  dörd  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  on  min 
manatdan on üç min manatadək miqdarda cərimə edilir.
72 
53.11.  İnsanın  immunçatışmazlığı  virusu  ilə  yaşayan  şəxsləri,  işləməsinə  yol 
verilməyən  peşə  növləri  və  vəzifələr  istisna  olmaqla,  insanın  immunçatışmazlığı 
virusuna  yoluxması  səbəbinə  görə  işə  qəbul  etməkdən,  işdə  irəli  çəkməkdən  imtina 
edilməsinə  və  ya  həmin  səbəbdən  onların  işdən  azad  edilməsinə  görə‐vəzifəli  şəxslər 
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. 
Maddə 53‐1. Məcburi əmək 
Əmək  müqaviləsinə  xitam  veriləcəyi  və  ya  kollektiv  müqavilədə  müəyyən  edilmiş  güzəşt 
və imtiyazlardan məhrum ediləcəyi hədə‐qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan 
işin (xidmətin) yerinə yetirilməsinə məcbur edilməsinə görə ‐
min manatdan iki min manatadək miqdarda çərimə edilir.
73 
M a d d  ə  5 3  ‐ 2 .  Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə 
74 
Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  göndərilmiş  əlilləri,  sağlamlıq  imkanları 
məhdud  18  yaşınadək  şəxsləri  və  sosial  müdafiəyə  xüsusi  ehtiyacı  olan  digər  şəxsləri  onlar 
üçün  kvota üzrə  müəyyən  olunmuş  iş  yerlərinə  qəbul edilməməsinə,  habelə  dövlət  büdcəsinə 
vəsait köçürülməməsinə görə ‐
75 
əlli manatdan doxsan manatadək
 miqdarda cərimə edilir.
76 
Maddə 53‐4. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması
77 
53‐4.1.  Müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən  sosial  müavinətlərin  təyin 
edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, 
müavinətin  təyin  olunmasından  imtina  edilməsi  barədə  qərar  qəbul  edildikdə 
imtinanın  səbəbləri  göstərilməklə  müraciət  edən  şəxsə  qanunvericiliklə  müəyyən 
edilmiş  müddətdə  rəsmi  məlumatın  verilməməsinə  və  ya  imtinanın  səbəbləri 
göstərilməməklə verilməsinə görə ‐
otuz beş manatdan səksən manatadək 
miqdarda cərimə edilir.
78 
53‐4.2. Müavinət  alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin 
dayandırılmasına  səbəb  olan  hallar  barədə  məlumatın  müvafiq  icra  hakimiyyəti  orqanlarına 
verilməməsinə görə ‐
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.
79 
Maddə 53‐5. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı 
köçürməmə 
Mülkiyyət  formasından  asılı  olmayaraq  idarə,  müəssisə  və  təşkilatlarda  çalışan  işçilərin 
əmək haqlarından tutulmuş üzvlük haqlarının həmin idarə, müəssisə və təşkilatların həmkarlar 
ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməməsinə görə ‐


vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər. 
80 
M a d d  ə  5 4 .  Əməyin mühafizəsi qaydalarının pozulması 
54.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 
54.0.1.  əməyin  mühafizəsi  üzrə  standartların,  normaların  və  qaydaların  tələblərinə  əməl 
edilməməsinə; 
54.0.2.  binaların,  qurğuların,  avadanlığın  və  texnoloji  proseslərin  təhlükəsizliyinə  riayət 
edilməməsinə; 
54.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya‐gigiyena şəraitinin və əməyin mühafizəsinin 
qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına; 
54.0.4.  işçilərə  lazımi  sanitariya‐məişət
və  müalicə‐profilaktik  xidmətinin  təşkil 
edilməməsinə; 
54.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə; 
54.0.6.  işçilərə  müəyyən  edilmiş  müddətlərdə  və  tələb  olunan  çeşidlərdə  pulsuz  xüsusi 
geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə; 
54.0.7. 
işçilərin
 əməyin 
mühafizəsi 
normaları 
və 
qaydaları 
üzrə 
təhsilinin, 
təlimatlandırılmasının,  biliklərinin  yoxlanılmasının  təşkil  edilməsini  və  əməyin  mühafizəsinin 
təbliğ edilməsinin təmin edilməməsinə; 
54.0.8.  kollektiv  müqaviləyə  əməyin  mühafizəsi üzrə  qaydaların  daxil  edilməməsinə  və  ya 
onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə; 
54.0.9.  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
müddətdə  və  formada  əməyin  mühafizəsi,  əmək  şəraiti  və  onların  qüvvədə  olan  normalara 
uyğunlaşdırılması  üçün  görülən
tədbirlərin  nəticələri  haqqında  statistik  hesabatın 
verilməməsinə; görə ‐
54.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz 
edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə ‐
min manatdan iki min manatadək miqdarda cərimə edilir. 
81 
M a d d  ə  5 5 .  Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi 
İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti 
ilə  təmin  edilməməsinə  və  ya  kollektiv  müqavilələrdə  nəzərdə  tutulan  tədbirlərin  yerinə 
yetirilməməsinə görə ‐
yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir. 
82 
M a d d  ə  5 6 .  Əməyin  mühafizəsi  xidmətinin  rəhbərinin  və  mütəxəssislərinin  başqa 
işlərin yerinə yetirilməsinə cəlb edilməsi
83 
İşəgötürən tərəfindən  əməyin  mühafizəsi  xidmətinin  rəhbərinin  və  mütəxəssislərinin  öz 
vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə ‐
səkkiz yüz manatdan min altı yüz manatadək miqdarda cərimə edilir.
84 
M a d d  ə  5 7 .   Kollektiv  müqavilənin  (sazişin)  bağlanmasından  əsassız  olaraq  imtina 
edilməsi 
Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə ‐
min manatdan iki min manatadək miqdarda cərimə edilir. 
85 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə