Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə6/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   2   3   4   5   6   7   8   9   ...   162

34.1.1.  səlahiyyətli  şəxslərin  hüquqazidd  hərəkəti  dayandırmağı tələb  etdiklərinə 
baxmayaraq, bu hərəkətin davam etdirilməsi; 
34.1.2.  inzibati  xətaya  görə  inzibati  tənbeh  almış  şəxsin  eyni  xətanı  il  ərzində  təkrar 
törətməsi; 
34.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi; 
34.1.4. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi; 
34.1.5. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi; 
34.1.6. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. 
34.2.  İnzibati  tənbeh  tətbiq  edən  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  inzibati  xətanın 
xarakterindən  asılı  olaraq  bu  Məcəllənin  34.1.6‐cı  maddəsində  göstərilən  halı  məsuliyyəti 
ağırlaşdıran hal hesab etməyə də bilər. 
M a d d  ə  3 5 .  Bir neçə inzibati xəta törədildikdə inzibati tənbeh tətbiq etmə 

35.1.  Bir  şəxs  iki  və  ya  daha  çox  inzibati  xəta  törətdikdə,  onun  barəsində  hər  bir  inzibati 
xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 
35.2.  Şəxsin  eyni  vaxtda  öz  hərəkətləri  (hərəkətsizliyi)  ilə  törətdiyi  bir  neçə  inzibati  xətaya 
dair  işlərə  baxılması  eyni  orqanın  səlahiyyətinə  aiddirsə, həmin  şəxs  daha  ciddi  xətaya  görə 
müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı 
birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.
10 
35.3.  Şəxsin  eyni  və  ya  müxtəlif  vaxtlarda  törətdiyi  bir  neçə  inzibati  xətaya  dair  işlərə 
baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 
11 
M a d d  ə  3 6 .  İnzibati məsuliyyətə cəlb etmə müddətləri 
36.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. 
Gömrük  qaydaları,  ətraf  mühitin  qorunması  qaydaları,  qrant  müqavilələrinin  (qərarlarının) 
qeydə  alınması  qaydaları,  eləcə  də  maliyyə,  vergilərin  və  rüsumların  ödənilməsi  qaydaları 
əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 
bir il keçənədək verilə bilər.
12 
36.2. Davam edən  inzibati xətalara  görə inzibati tənbeh onun  aşkara  çıxarıldığı gündən  ən 
geci iki ay keçənədək verilə bilər. 
36.3.  Cinayət işinin  başlanması  rədd  edildikdə  və  ya  cinayət işinə  xitam  verildikdə,  lakin 
şəxsin  əməllərində  inzibati  xəta  tərkibinin  bütün  əlamətləri  olduqda,  inzibati  tənbeh  cinayət 
işinin  başlanmasının  rədd  edilməsi  və  ya  ona  xitam  verilməsi  haqqında  qərar  qəbul  edildiyi 
gündən ən geci iki ay keçənədək verilə bilər. 
36.4.  On  altı  yaşından  on  səkkiz  yaşınadək  olan  yetkinlik  yaşına  çatmayanın  törətdiyi 
inzibati xəta  haqqında iş  yetkinlik  yaşına çatmayanların  işləri  və hüquqlarının  müdafiəsi üzrə 
komissiya  tərəfindən  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq  dövlət  orqanına 
qaytarıldıqda,  inzibati  tənbeh  həmin  iş  qaytarıldığı  gündən  ən  geci  iki  ay  keçənədək  verilə 
bilər.
13 
M a d d  ə  3 7 .  Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 
müddət 
Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasının qurtardığı gündən etibarən 
bir il ərzində yeni inzibati xəta törətməmişsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş sayılır. 


M a d d  ə  3 8 .  Vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi 
38.1. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş 
əmlak  zərərinin  əvəzinin  ödənilməsi  barədə  mübahisə  olmadıqda,  inzibati  tənbeh  tətbiq 
etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 
38.2. Vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə 
olduqda  inzibati  xəta  nəticəsində  vurulmuş  əmlak  zərərinin  və  ya  mənəvi  zərərin  əvəzinin 
ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. 
XÜSUSİ HİSSƏ 
II BÖLMƏ 
İNZİBATİ XƏTALAR 
A l t ı n c ı  f ə s i l  
SİYASİ, SOSİAL VƏ ƏMƏK HÜQUQLARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə 
3 9 .   Seçkiqabağı və  ya  referendum  ilə  bağlı  təşviqatın  aparılması 
qaydalarının və müddətinin pozulması 
14 
39.1.  Seçkiqabağı və  ya  referendum  ilə  bağlı  təşviqatın  aparılmasının  qanunvericiliklə 
müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə ‐
iyirmi beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
15 
39.2.  Qeydə  alınmış  namizədə  seçkiqabağı təşviqatın  müddəti  başa  çatana  kimi  şərəf və 
ləyaqətini  seçki  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  teleradio  verilişləri  təşkilatlarının 
teleradio proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək 
imkanının verilməməsinə görə ‐
vəzifəli  şəxslər  əlli  manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
16 
M a d d  ə 
4 0 .   Təşviqat‐nəşr  materiallarını  qəsdən məhv  etmə  və  ya  namizədin 
seçicilərlə görüşünə mane olma 
Mülkiyyətçinin  və  ya  obyekt  sahibinin  razılığı  ilə  qanunvericiliklə  müəyyən  edilmiş 
yerlərdə  asılmış  seçkiqabağı  (referendumqabağı)  təşviqat  plakatlarını  və  digər  bu  cür  təşviqat 
materiallarını  məhv etməyə  və  ya  korlamağa və  ya  təşviqat  materiallarının  yayılmasına  mane 
olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə‐
17 
otuz beş manatdan altmış manatadək miqdarda cərimə edilir.
18 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə