Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   2   3   4   5   6   7   8   9   ...   162

26.3.  Əsas  dolanacaq  mənbəyi  ov  olan  şəxslər  barəsində  odlu  silahın,  döyüş  sursatının  və 
digər ov alətinin ödənişlə alınması tətbiq edilə bilməz. 
26.4. Predmetin ödənişlə alınması qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər 
qanunvericiliyi ilə müəyyən edilir. 
M a d d  ə  2 7 .  İnzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə 
obyekti olmuş predmetin müsadirəsi 
27.1.  İnzibati  xəta  törətmiş  şəxsin  xüsusi  mülkiyyətində  olan,  habelə  inzibati  xətanın 
törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmetin  müsadirəsi  bu 
Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və 
ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 
27.2.  İnzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. 
27.3.  Əsas  dolanacaq  mənbəyi  ov  olan  şəxslərin  odlu  silahı,  döyüş  sursatı  və  digər  ov 
alətləri müsadirə edilə bilməz. 
27.4.  Müsadirənin  tətbiqi  qaydası  bu  Məcəllə  və  Azərbaycan  Respublikasının  digər 
qanunvericiliyi ilə müəyyən edilir. 
M a d d  ə  2 8 .  Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması 
28.1. Verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa 
görə fiziki şəxsin həmin hüququ iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 
28.2.  Nəqliyyat  vasitələrini  sərxoş  halda  idarəetmə  halları  istisna  olmaqla,  nəqliyyat 
vasitələrindən  əlilliyi  ilə  əlaqədar  istifadə  edən  şəxslərin  nəqliyyat  vasitələrini  idarəetmə 
hüququ məhdudlaşdırıla bilməz. 
28.3. Bu Məcəllənin 151.2‐ci, 151.3‐cü, 152‐1.1‐ci, 152‐1.2‐ci, 155.3‐cü və 156‐cı maddələrində 
müəyyən edilmiş balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 
10  və  daha  çox  bal  topladıqda,  inzibati  cərimə  tətbiq  edilmədən  onların  nəqliyyat  vasitələrini 
idarə etmək hüququ məhdudlaşdırılır. 
7 
28.4. Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz. 
M a d d  ə  2 9 .   Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada 
çıxartma 
Bu  Məcəllənin  xüsusi  hissəsində  nəzərdə  tutulmuş  hallarda  əcnəbilər və  ya  vətəndaşlığı 
olmayan  şəxslər  barəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati 
qaydada çıxartma tətbiq edilir. 
M a d d  ə  3 0 .  İnzibati həbs 
30.1.  İnzibati  həbs,  yalnız  müstəsna  hallarda,  inzibati  xətaların  ayrı‐ayrı  növlərinə  görə  on 
beş gün müddətinədək müəyyən olunur və tətbiq edilir. 
30.2.  Hamilə  qadınlar  və  ya  himayəsində  səkkiz  yaşınadək uşağı  olan  qadınlar,  səkkiz 
yaşına çatmamış  uşağını təkbaşına böyüdən  kişilər,  on  səkkiz  yaşına çatmayan şəxslər,  birinci 
və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər 
barəsində inzibati həbs tətbiq edilə bilməz.
8 
30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilir. 


M a d d  ə  3 1 .  Əsas və əlavə inzibati tənbehlər 
31.1. Xəbərdarlıq, inzibati cərimə və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi 
tətbiq edilir. 
31.2.  İnzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetin ödənişlə alınması, yaxud müsadirəsi, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş 
xüsusi  hüququnun  məhdudlaşdırılması,  əcnəbiləri  və  ya  vətəndaşlığı  olmayan  şəxsləri 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada  çıxartma  həm  əsas,  həm 
də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. 
31.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. 
B e  ş i n c i   f ə s i l  
İNZİBATİ TƏNBEH TƏTBİQ ETMƏ 
M a d d  ə  3 2 .  İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 
32.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 
32.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, 
inzibati  xəta  törədən  şəxsin  şəxsiyyəti,  onun  təqsirinin  dərəcəsi,  əmlak  vəziyyəti,  habelə 
məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 
32.3.  Hüquqi  şəxslər  barəsində  inzibati  tənbeh  tətbiq  edilərkən  inzibati  xətanın  xarakteri, 
hüquqi  şəxsin  maliyyə  və  əmlak  vəziyyəti,  habelə  məsuliyyəti  yüngülləşdirən və  ağırlaşdıran 
hallar nəzərə alınır. 
32.4.  İnzibati  tənbehin  tətbiq  edilməsi  həmin  inzibati  tənbehə  səbəb  olmuş  öhdəliklərin 
yerinə yetirilməsindən şəxsi azad etmir. 
M a d d  ə  3 3 .  İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar 
33.1.  İnzibati  tənbeh  tətbiq  edilərkən məsuliyyəti  yüngülləşdirən  hallar  aşağıdakılar  hesab 
edilir: 
33.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 
33.1.2. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən 
aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi; 
33.1.3. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi; 
33.1.4. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən 
törədilməsi. 
33.2.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  inzibati  xətaya  görə  məsuliyyəti 
yüngülləşdirən  başqa  hallar  da  nəzərdə  tutula  bilər.  İnzibati  xətalar  haqqında  işlərə  baxan 
hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  qanunvericiliklə  nəzərdə  tutulmayan  halları  da 
məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər. 
M a d d  ə  3 4 .  İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar 
34.1.  İnzibati  tənbeh  tətbiq  edilərkən məsuliyyəti  ağırlaşdıran  hallar  aşağıdakılar  hesab 
edilir: 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə