Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə15/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   11   12   13   14   15   16   17   18   ...   162

vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on 
min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir. 
138 
M a d d  ə  7 9 .   Müəssisələr,  qurğular  və  başqa  obyektlər  istismara  verildikdə  və  ya 
istismar müddətində ekoloji tələblərin pozulması 
79.1.  Son  hədləri  yol  verilən  normativlər səviyyəsində  zərərli  maddələrin  və  tullantıların 
zərərsizləşdirilməsi  və  istifadə  edilməsi  üzrə  təmizləyici  qurğularla  və  avadanlıqlarla  təmin 
edilməyən və ya təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə 
layihələşdirmə  başa  çatdırılmadıqda  müəssisələrin,  qurğuların  və  başqa  obyektlərin  istismara 
verilməsinə görə ‐
vəzifəli  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər 
yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir. 
139 
79.2.  Ətraf  mühitə  buraxılan  tullantıların  təmizlənməsi  və  tullantılara  nəzarət  üçün 
qurulmuş  qurğuların,  avadanlığın,  aparatların  istismar  qaydalarının  pozulmasına  və  ya 
bunlardan istifadə edilməməsinə görə ‐
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş 
yüz  manatdan  dörd  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  iyirmi  min  manatdan 
qırx min manatadək miqdarda cərimə edilir. 
140 
M a d d  ə 
8 0 .  Ətraf  mühitə  tullantılarında  müəyyən  edilmiş  normadan  artıq 
çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı, istismara buraxılması 
141 
80.1. Ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərinin və ya səs‐
küyün  və  vibrasiyanın  yol  verilən səviyyələrinin  qanunvericilik  aktı  ilə  müəyyən  edilən 
normativlərə  və  standartlara  uyğun  olmayan  nəqliyyat  vasitələrinin  istehsalına  və  ya  idxalına 
görə ‐
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi 
şəxslər on iki min beş yüz manatdan on beş min manatadək miqdarda cərimə edilir. 
142 
80.2.  Ətraf  mühitə  tullantılarında  müəyyən  edilmiş  normadan  artıq  çirkləndirici  maddələr 
olan nəqliyyat vasitələrinin istismara buraxılmasına görə ‐
143 
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan 
on min manatadək miqdarda cərimə edilir. 
144 
M a d d  ə  8 1 .  Ətraf  mühitin  müəssisə  (istehsalat)  monitorinqinin  və  ya  təsərrüfat 
fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması 
Ətraf  mühitin  müəssisə  (istehsalat)  monitorinqinin,  yaxud  ekoloji  cəhətdən təhlükə  törədə 
bilən təsərrüfat  fəaliyyətinin  ətraf  mühitə  təsirinin  uçotunun  və  hesabatının  aparılmamasına 
görə ‐
vəzifəli  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi 
şəxslər səkkiz min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir. 
145 
M a d d  ə  8 2 .  Ətraf  mühitin  mühafizəsi  sahəsində  standartlaşdırma  qaydalarının 
pozulması 
Ətraf  mühitin  mühafizəsi  sahəsində  mövcud  standartların  və  texniki  tələblərin  pozulması 
ilə  məhsulların  (məmulatların)  hazırlanmasına,  satılmasına,  saxlanılmasına,  nəql  edilməsinə, 
istifadəsinə, istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsinə görə ‐


fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan  üç  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  on  min  manatdan on  iki  min 
beş yüz manatadək miqdarda cərimə edilir.
146 
M a d d  ə  8 3 .  Ətraf  mühitin  mühafizəsi  sahəsində  sertifikatlaşdırma  qaydalarının 
pozulması 
Ətraf  mühitin  mühafizəsi  sahəsində  məcburi  sertifikatlaşdırılmalı  olan  məhsulların  belə 
sertifikat olmadan istehsal edilməsinə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə ‐
vəzifəli  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi 
şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.
147 
M a d d  ə 
8 3  ‐ 1 .   Təhlükəli  mənbəyi  olan  müəssisənin  mülki  məsuliyyətini 
sığortalamaması 
148 
Təhlükəli  mənbəyi  olan  müəssisənin  mülki  məsuliyyətini  sığortalamadan  fəaliyyət 
göstərməsinə görə – 
vəzifəli şəxslər üç min manat, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir. 
149 
M a d d  ə  8 4 .   Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərindən  istifadə  qaydalarının 
pozulması 
Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərindən  istifadə  qaydalarının,  həmin  ərazilərin 
mühafizə rejiminin pozulmasına görə ‐
fiziki  şəxslər  dörd  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan üç min manatadək miqdarda cərimə edilir. 
150 
M a d d  ə 
8 4  ‐ 1 .   Əhalinin  ekoloji  təhsili  və  maarifləndirilməsi  haqqında 
qanunvericiliyin pozulması 
151 
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya üç yüz manatdan min manatadək miqdarda cərimə edilir. 
152 
M a d d  ə  8 5 .  Yerin təkindən istifadə qaydalarının pozulması 
85.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni: 
85.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf 
mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına; 
85.0.2.  yer  təkinin  çirklənməsinə  və  faydalı  qazıntı  yatağının  istismar  üçün  yararsız  hala 
düşməsinə yol verilməsinə; 
85.0.3.  geoloji  və  ya  digər məlumatlara  mülkiyyət  hüququnun  və  bu  məlumatların 
məxfiliyinin pozulmasına; 
85.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına; 
85.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan 
ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə; 
85.0.6.  yeraltı  suların  müşahidə  quyularının,  markşeyder  və  geodeziya  nişanlarının  məhv 
edilməsinə və zədələnməsinə; 
85.0.7.  yerin  təkindən  istifadə  edərkən  haqvermə  qaydalarının  müntəzəm  olaraq 
pozulmasına; 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə