Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə17/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   13   14   15   16   17   18   19   20   ...   162

M a d d  ə  9 0 .   Torpaq  sahələrindən  meteoroloji  şəbəkələrinin,  ölçü  vasitələrinin  və 
digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi 
90.1.  Torpaq  sahələrindən  meteoroloji  şəbəkələrin  və  ölçü  vasitələrinin,  geodeziya  istinad 
məntəqələrinin və ya meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə ‐
fiziki  şəxslər  altı  yüz  manatdan  səkkiz  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  min  beş 
yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir. 
170 
90.2. Qanunvericiliyə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli 
manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
171 
90.3. 
Meliorasiya 
və 
irriqasiya 
sistemlərinin 
sıradan 
çıxarılmasına 
görə‐
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan 
altmış manatadək miqdarda cərimə edilirlər.
172 
M a d d  ə 
9 1 .   Meşəqırma  fondundan  istifadənin,  oduncağın  tədarük  edilib 
daşınmasının müəyyən edilmiş qaydasının pozulması 
Meşəqırma  fondundan  istifadənin,  oduncağın  tədarük  edilib  daşınmasının  müəyyən 
edilmiş qaydasının pozulmasına görə ‐
fiziki  şəxslər  üç  yüz  manatdan  doqquz  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
yeddi  yüz  manatdan  üç  min  altı  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  beş  min  beş  yüz 
manatdan səkkiz min manatadək miqdarda cərimə edilir. 
173 
M a d d  ə  9 2 .   Meşəqırma  bileti  (orderi)  olmadan  köküstə  yaş  ağacların  və  kolların 
qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və 
zədələnməsi 
92.1.  Meşəqırma  bileti  (orderi)  olmadan  meşə  fondunda  köküstə  yaş  ağacların  və  kolların 
qanunsuz  kəsilməsinə  və  ya  onların  zədələnməsinə  və  ya  meşə  əkinlərində,  tingliklərində, 
böyümə  və  plantasiya  sahələrində  toxmacarların  və  tinglərin,  yaxud  meşənin  bərpa  edilməsi 
üçün  müəyyən  olunmuş  sahələrdə  təbii  əmələ  gəlmiş  cavan  ağacların  və  cücərtilərin  məhv 
edilməsinə və ya zədələnməsinə görə ‐
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər dörd min beş 
yüz manatdan beş min manatadək miqdarda cərimə edilir. 
174 
92.2.  Meşə  fonduna  aid  olmayan  ağac  və  ya  kol  əkililərinin  zədələnməsinə, 
kəsilməsinə və ya məhv edilməsinə görə ‐
fiziki  şəxslər  iki  min  iki  yüz  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarda, 
vəzifəli şəxslər doqquz yüz manatdan on min manatadək miqdarda, hüquqi şəxslər qırx 
min manatdan əlli min manatadək miqdarda cərimə edilir. 
92.3. eyni inzibati xəta 
92.3.1.  şəhərlərdə  və  digər  yaşayış  məntəqələrində  yerləşən  yaşıllıq  sahələrində 
tikinti  işləri  aparılarkən  lazımi  icazə  olmadan  törədildikdə, hər  bir  ağacın  və  ya  kol 
əkililərinin  zədələnməsinə  və  ya  məhv  edilməsinə,  habelə  qanunvericiliklə  nəzərdə 
tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə ‐
fiziki  şəxslər  min  iki  yüz  manatdan  min  beş  yüz  manatadək  miqdarda,  vəzifəli 
şəxslər üç min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər iyirmi 
min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. 


92.3.2.  magistral  avtomobil  yollarının  və  dəmir  yolunun  mühafizə  zolaqlarında 
yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol 
əkililərinin  zədələnməsinə  və  ya  məhv  edilməsinə,  habelə  qanunvericiliklə  nəzərdə 
tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə ‐
fiziki şəxslər min manatdan min üç yüz manatadək miqdarda, vəzifəli şəxslər iki 
min  beş  yüz  manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  on  beş  min 
manatdan iyirmi min manatadək miqdarda cərimə edilir. 
92.3.3.  su  obyektlərinin  və  su  təsərrüfatı  obyektlərinin  (su  anbarları  da  daxil 
olmaqla)  mühafizə  zolağında  yerləşən  yaşıllıq  sahələrində  lazımi  icazə  olmadan 
törədildikdə, hər  bir  ağacın  və  ya  kol  əkililərinin  zədələnməsinə  və  ya  məhv 
edilməsinə,  habelə  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  lazımi  icazə  olmadan 
kəsilməsinə görə ‐
fiziki  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarda,  vəzifəli 
şəxslər  beş  min  manatdan  altı  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  otuz  min 
manatdan qırx min manatadək miqdarda cərimə edilir. 
92.3.4.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən tərtib  edilmiş  yaşıllıq 
ərazilərinin  kadastrında  olan  ağac  və  ya  kol  əkililərinin  zədələnməsinə  və  ya  məhv 
edilməsinə,  habelə  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  lazımi  icazə  olmadan 
kəsilməsinə görə ‐
fiziki  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altı 
min  manatdan  yeddi  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  qırx  min  manatdan  qırx  beş 
min manatadək miqdarda cərimə edilir.
175 
M a d d  ə  9 3 .  Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş 
məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə etmə 
Meşəqırma  biletində  (orderində) və  ya  meşə  biletində  nəzərdə  tutulmuş  məqsədləri  və  ya 
tələbləri gözləmədən meşədən istifadəyə görə ‐
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  altı  min  manatdan  səkkiz  min 
manatadək miqdarda cərimə edilir. 
176 
M a d d  ə 
9 4 .   Meşələrin  bərpası,  məhsuldarlığının  artırılması,  cins  tərkibinin 
yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması 
Meşələrin  bərpasına,  vəziyyətinin  və  cins  tərkibinin  yaxşılaşdırılmasına,  məhsuldarlığının 
artırılmasına və yetişmiş oduncaq ehtiyatlarından istifadəyə dair qaydaların pozulmasına görə ‐
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər səkkiz  min  manatdan  doqquz  min 
manatadək miqdarda cərimə edilir. 
177 
M a d d  ə  9 5 .  Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi 
və ya korlanması 
Meşə  fondu  torpaqlarında  biçənəklərin  və  ya  otlaq  sahələrinin  zədələnməsinə  və  ya 
korlanmasına görə ‐


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə