Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə21/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   17   18   19   20   21   22   23   24   ...   162

113.1.10.  radioaktiv  tullantıların,  işlənmiş,  lakin  yenidən  istifadəyə  yararlı  olan  nüvə 
yanacağının, müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və 
sair  təhlükəli  istehsalat  və  məişət  tullantılarının,  digər  radioaktiv  maddələrin  və  nüvə 
materiallarının,  təkrar  istifadə  edilə  bilinməyən  qeyri‐toksik  tullantıların,  habelə  istifadəsi  və 
təkrar istifadəsi texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə; 
113.1.11.  müvafiq  normativ  hüquqi  aktlarla  ekoloji  cəhətdən
təhlükəli  fəaliyyət 
kateqoriyasına aid edilmiş sair fəaliyyətin həyata keçirilməsinə; 
113.1.12. bu Məcəllənin 113.1.1‐113.1.11‐ci maddələrində göstərilən xətaların törədilməsi ilə 
müşayiət olunan elmi tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə ‐
fiziki şəxslər iki yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş 
yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir. 
203 
113.2.  Ətraf  mühitə  və  insan  sağlamlığına  mənfi  təsir  göstərən  vibrasiya  və  səs‐küy 
çirklənməsi normalarının pozulmasına görə‐
fiziki şəxslər üç yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min 
manatdan on iki min manatadək miqdarda cərimə edilir. 
204 
O n u n c u   f ə s i l  
SƏNAYE, ELEKTRİK VƏ İSTİLİK ENERJİSİNDƏN İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ 
OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  1 1 4 .   Sənaye  sahələrində  işlərin  təhlükəsiz  görülməsinə  dair  qaydaların  və 
normaların pozulması 
205 
114.1. Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə işlərin təhlükəsiz görülməsinə 
dair qaydaların və normaların vəzifəli şəxslər tərəfindən pozulmasına görə ‐
otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
206 
114.2.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının  nəzarəti  altında 
olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların pozulmasına görə ‐
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
207 
M a d d  ə 
1 1 5 .   Sənaye  sahələrində  partlayıcı  materialla  rın  saxlanmasına, 
işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulması 
Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə partlayıcı materialların saxlanmasına, 
işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulmasına görə ‐
otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
208 
M a d d  ə  1 1 5  ‐ 1 .   Hidrotexniki  qurğuların  təhlükəsizliyi  haqqında  qanunvericiliyin 
pozulması 
209 
115‐1.0.  Hidrotexniki  qurğuların  təhlükəsizliyi  haqqında  qanunvericiliyin  pozulmasına, 
yəni: 
115‐1.0.1.  Dövlət  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  hidrotexniki  qurğuların  mühafizə 
zonalarının  hüdudlarında  (dəniz  qurğularında  yerləşən  quyularda  quyudaxili  partlayış  işləri 
istisna  olmaqla)  partlayış  işlərinin  aparılması  və  yeraltı  təbii  ehtiyatların  istismarı,  habelə 
qurğulara  və  ətraf  mühitə  fiziki,  kimyəvi  və  bioloji  təsir  göstərə  bilən  obyektlərin 
yerləşdirilməsi və fəaliyyət göstərməsinə; 


115‐1.0.2.  Hidrotexniki  qurğuların  layihələşdirilməsi,  tikintisi  və  istismarı  mərhələlərində, 
eləcə  də  onların  yenidənqurulması,  əsaslı  təmiri,  bərpası  və  konservasiyasından  sonra 
qurğunun  mülkiyyətçisi  və  ya  istismarçısı  tərəfindən  hidrotexniki  qurğunun  təhlükəsizlik 
bəyannaməsinin tərtib edilməsinə; 
115‐1.0.3.  Hidrotexniki  qurğunun  mülkiyyətçisi  və  istismarçısı  tərəfindən təhlükəsizlik 
bəyannaməsinə düzgün olmayan məlumatların göstərilməsinə görə ‐
vəzifəli  şəxslər  qırx  manatdan  altmış  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan 
yüz əlli manatadək miqdarda cərimə edilir.
210 
Maddə 116. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin 
211
tələblərinin pozulması 
116.0. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, 
yəni: 
116.0.1.  qaz,  elektrik  və  ya  istilik  qurğularında  (elektrik  verilişi xətlərində  və  boru 
kəmərlərində),  avadanlıqlarında,  qaza  və  enerjiyə  qənaət  sistemlərində  texniki  istismar 
qaydalarının,  habelə  onların  texniki  səviyyəsinin  yüksəldilməsi  və  ya  saxlanılması  üçün 
müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə; 
116.0.2. qaz, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və 
hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına; 
116.0.3.  qaz,  elektrik  və  ya  istilik  qurğularının  (elektrik  verilişi xətlərinin  və  boru 
kəmərlərinin),  avadanlıqlarının,  cihazlarının  və  bununla  əlaqədar  yeni  texnologiyaların 
yaradılmasında  dövlət  energetika  və  qaz  ekspertizasının  həyata  keçirilməsi  tələblərinin 
pozulmasına, həmçinin yanlış ekspert rəyinin verilməsinə; 
116.0.4.  dövlət  energetika  və  qaz  ekspertizasının  rəyi  olmadan,  müvafiq  standartların 
tələblərinə cavab verməyən qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və 
boru  kəmərlərinin),  avadanlıqlarının,  cihazlarının  və  bununla  əlaqədar  yeni  texnologiyaların 
yaradılmasının maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və ya satışına; 
116.0.5.  müəssisələrin,  qaz,  elektrik  və  ya  istilik  təsərrüfatlarının,  şəbəkələrinin, 
qurğularının  (elektrik  verilişi xətlərinin  və  boru  kəmərlərinin)  və  başqa  obyektlərinin 
layihələndirilməsində,  tikintisində,  yenidən  qurulmasında,  istismara  verilməsində  qaydaların 
və normaların və ya qaza və enerjiyə qənaət üzrə müəyyən edilmiş tələblərin pozulmasına; 
116.0.6.  qazın,  elektrik  və  ya  istilik  enerjisinin  istehsalı,  nəqli  və  ya  paylanması  zamanı 
dövlət və sahə standartlarının tələblərinin pozulmasına; 
116.0.7.  qanunsuz  olaraq  qaz,  elektrik  və  ya  istilik  enerjisi  xətlərinin  kəsilməsinə  və  ya 
həmin enerjinin verilməsinin məhdudlaşdırılmasına görə ‐
fiziki  şəxslər  iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  min 
manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min 
manatadək miqdarda cərimə edilir. 
Maddə  116‐1.  Qaz  və  elektrik  enerjisi  sahəsində  qanunvericiliyin  tələblərinin 
pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi 
Enerji  təchizatı  müəssisəsinin  və  qaz  paylayıcısının  səlahiyyətli  şəxsinin 
qanunvericiliyin  tələblərinin  pozulmasının  qarşısını  almaq  məqsədi  ilə  səlahiyyətləri 
çərçivəsində  tədbirlərin  həyata  keçirilməsinə,  yaxud  həmin  şəxsin  qanuni  tələblərinin 
yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə — 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə