Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə34/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   30   31   32   33   34   35   36   37   ...   190

124.4. Bundan başqa, qoşmada, əgər hüquqi şəxs bu barədə xəbərdar edilmişdirsə, hüquqi 

şəxsdə iştirak payının mövcudluğu göstərilir; bu zaman payın kimə mənsub olduğu və 

hüquqi şəxsin göstərilən kapitalının dörddə bir hissəsindən çox olub-olmadığı və ya bir 

neçə şəxsin pay iştirakı olub-olmadığı göstərilir. Bundan başqa, ölkədə yerləşən iqtisadi 

cəhətdən bağlı hüquqi şəxslərlə hüquqi və işgüzar əlaqələr, habelə bu hüquqi şəxslərdə 

aparılan və hüquqi şəxsin vəziyyətinə mühüm təsir göstərə bilən ticarət əməliyyatları 

göstərilir. 

124.5. Qoşma vicdanlı və icraçı hesabat prinsiplərinə uyğun gəlməlidir. Əgər ağlabatan 

kommersiya hesabına görə müfəssəl məlumatın göstərilməsi hüquqi şəxsə və ya iqtisadi 

cəhətdən bağlı hüquqi şəxsə mühüm zərər vura bilərsə, bu məlumat həmin zərərin vurula 

biləcəyinin ehtimal olunduğu dərəcədə göstərilməyə bilər. Əgər məlumatlar təsərrüfat 

fəaliyyəti sirrinin qorunması haqqında göstərişlərə əsasən açıqlanmırsa, qoşmada onların 

göstərilməli olduğu bənddə qeyd edilir ki, bu bəndin məlumatlarına müdafiə haqqında 

qeyd-şərt tətbiq edilmişdir. 

124.6. Qoşmada hüquqi şəxsin işlərinin idarə olunmasına cavabdeh olan bütün şəxslərin 

və müşahidə orqanlarının bütün üzvlərinin, habelə təsərrüfat ilində və ya daha sonra 

çıxmış bütün şəxslərin soyadları və azı bir tam adı göstərilir. Hüquqi şəxsin işlərinin idarə 

edilməsinə cavabdeh olan şəxslərin daxil olduğu orqanının sədri və müşahidə orqanının 

sədri özləri kimi göstərilir. 

Maddə 125. İşlərin vəziyyəti haqqında hesabat 

Həcmləri bu Məcəllənin 122.1-ci maddəsində göstərilənlərdən yüksək olan hüquqi 

şəxslər işlərin vəziyyəti haqqında hesabat tərtib etməlidirlər. Hesabatda ən azı illik 

hesabatın tərtib edildiyi ana qədər hüquqi şəxsin işlərinin gedişi və əmlak vəziyyəti əks 

etdirilməli, həm də elə əks etdirilməlidir ki, faktik vəziyyətə uyğun mənzərə əldə 

olunsun. İşlərin vəziyyəti haqqında hesabatda təsərrüfat ilinin sonunadək həyata 

keçirilmiş xüsusi əhəmiyyətli əməliyyatlar üzərində dayanılmalı, habelə hüquqi şəxsin 

cari ildə və imkan daxilində növbəti təsərrüfat ilində ehtimal edilən inkişafı 

göstərilməlidir. 

Maddə 126. Audit 

126.1. Bu Məcəllə ilə tələb edilən hallarda və ümumiyyətlə, həcmləri 122.1-ci maddədə 

göstərilənlərdən yüksək olan hər bir hüquqi şəxsin, qoşma da daxil olmaqla, illik balansı 

auditor tərəfindən yoxlanılmalıdır. Auditor yoxlamanın nəticələri haqqında yazılı hesabat 

tərtib etməlidir. Hesabatda mühasibat uçotunun, illik balansın və qoşmanın qanuni 

göstərişlərə uyğun gəlib-gəlmədiyi və hüquqi şəxsin qanuni təmsilçilərinin auditor 

tərəfindən tələb olunan izahatları və təsdiqləyici sənədləri təqdim edib-etmədikləri xüsusi 

qeyd olunmalıdır. Auditor hesabatı imzalayıb hüquqi şəxsin işlərinin idarə edilməsinə 

cavabdeh olan şəxslərə təqdim etməlidir. 

126.2. Əgər yoxlamanın yekun nəticəsinə görə heç bir irad yoxdursa, auditor bunu belə 

bir qeydlə təsdiq etməlidir: «Qulluq borcumla əlaqədar apardığım (apardığımız) yoxlama 



ilə müəyyənləşdirilmişdir ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və 

nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından illik balans 

hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyğun 

olan mənzərəsini yaradır». Əgər əlavə qeydlər edilməsi zəruridirsə, onda yoxlamanın 

məzmunu və təsdiqləyici qeydin mənası haqqında yanlış təəssürata yol verməmək üçün 

təsdiqləyici qeyd tamamlanır. Əgər iradlar vardırsa, auditor ya təsdiqləyici qeydi ixtisar 

edir, ya da ondan imtina edir. 

126.3. Yoxlama aparılmadıqda illik balans qəbul edilmir. Əgər hüquqi şəxsin işlərinin 

idarə edilməsinə cavabdeh olan şəxslər yoxlama haqqında hesabat onlara təqdim 

edildikdən sonra illik balansı və ya qoşmanı dəyişdirərlərsə, onda auditor illik balansı və 

qoşmanı, dəyişiklik bunu tələb edirsə, yoxlamalıdır. Auditor təsdiq haqqında öz qeydini 

və ya təsdiqləmədən imtina haqqında qeydini imzalayaraq olduğu yeri və tarixi göstərir. 

Təsdiqləmə haqqında qeyd və ya təsdiqləmədən imtina haqqında qeyd də yoxlama 

haqqında hesabata daxil edilir. 

126.4. İllik balansın auditorunu hüquqi şəxsin üzvlərinin yığıncağı seçir. Auditor müvafiq 

surətdə yoxlamalı olduğu təsərrüfat ilinin sonunadək seçilir. Seçkidən dərhal sonra 

hüquqi şəxsin işlərinin idarə edilməsinə cavabdeh olan şəxslər auditora yoxlama tapşırığı 

verməlidirlər. 

126.5. Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa icazə almış 

müstəqil auditorlar və auditor təşkilatları auditor ola bilərlər. Birbaşa, dolayısı ilə və ya 

özgə əmlakının idarəçiləri kimi hüquqi şəxsdə payları olan və ya hüquqi şəxsin 

kitablarının tərtibi və ya yoxlanmalı olan illik balansının tutulması zamanı öz 

yoxlamasının çərçivəsindən kənara çıxan fəaliyyətdə iştirak etmiş şəxslər hüquqi şəxsin 

auditoru ola bilməzlər. 

126.6. Auditor, onun assistentləri və təftiş firmasının yoxlamada iştirak edən təmsilçiləri 

auditi vicdanla və qərəzsiz aparmalı və sirri saxlamalıdırlar. Onlar iş zamanı özlərinə 

bəlli olan təsərrüfat fəaliyyəti sirrindən istifadə edə bilməzlər. Bilərəkdən və ya 

ehtiyatsızlıq üzündən öz vəzifələrini pozanlar bununla əlaqədar yaranan zərərin əvəzini 

hüquqi şəxsə ödəməyə borcludurlar. 

Maddə 127. Hüquqi şəxslərin sənədlərinin saxlanılması 

127.1. On il ərzində aşağıdakı sənədlər ayrılıqda saxlanılır: 

127.1.1. təsərrüfat kitabları, inventar siyahıları, ilkin balanslar, yekun balansları, o 

cümlədən işlərin vəziyyəti haqqında hesabatlar; bu göstərilənlərə onların başa 

düşülməsi üçün zəruri olan bütün iş sərəncamları da aiddir; 

127.1.2. daxil olmuş təsərrüfat yazışması və göndərilmiş təsərrüfat yazışmasının 

surətləri; 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə