alınmalıdır; bu qayda həmin risklərin və zərərin yalnız yekun
günü ilə illik
balansın tərtib edildiyi gün arasındakı dövrdə məlum olduğu halda da qüvvədədir;
121.7.4. mənfəət yalnız o halda nəzərə alınır ki, yekun gününədək o, həqiqətən,
reallaşmış olsun;
121.7.5. təsərrüfat ilinin xərcləri və gəlirləri illik balansda verilmiş və ya alınmış
ödənişlər amili nəzərə alınmadan göstərilir;
121.7.6. əvvəlki təsərrüfat ili üçün illik balansın tərtibi zamanı istifadə olunmuş
dəyər qiymətləndirilməsi metodları tətbiq edilməlidir.
121.8. Yuxarıda göstərilən prinsiplərdən kənara çıxmağa yalnız əsaslandırılmış, müstəsna
hallarda icazə verilir; bu cür kənaraçıxmalar qoşmada izah edilməli və
əsaslandırılmalıdır.
121.9. Balansın aktivlərində və passivlərində maddələrin dəyər qiymətləndirilməsi üçün
aşağıdakı prinsiplər də tətbiq edilir:
121.9.1. əmlak obyektləri bu Məcəllənin 121.9.2 və 121.9.3-cü maddələrinə görə
yol verilən amortizasiya ayırmaları çıxılmaqla, əldə etməyə və ya hazırlamaya
çəkilmiş xərclər üzrə maksimum qiymətləndirilir;
121.9.2. əsas kapitalın istifadə müddəti məhdud olan əmlak obyektləri üzrə əldə
etmə və ya hazırlama xərcləri əvvəlki təsərrüfat ili üçün planlı amortizasiya
ayırmaları miqdarında azaldılır. Ayrıca təsərrüfat ili üçün tətbiq edilən planlı
amortizasiya normaları müəyyənləşdirilərkən əldə etmə və ya hazırlama xərcləri
əmlak obyektindən istifadə ediləcəyinin ehtimal olunduğu təsərrüfat illəri arasında
bölünməlidir. Əsas kapitalın bütün əmlak obyektləri üzrə, hətta onların istifadəsi
üçün müddət məhdudiyyəti olsa da, plandankənar amortizasiya ayırmaları həyata
keçirilərək, əmlak obyektləri ağlabatan kommersiya qiyməti əsas götürülməklə
yekun günü üçün onlara verilə bilən daha aşağı dəyər üzrə qiymətləndirilə bilər.
Plandankənar amortizasiya ayırması əmlak obyektinin dəyərinin ehtimal edilən
sürəkli azalması halında həyata keçirilir;
121.9.3. dövriyyə kapitalının əmlak obyektləri üzrə amortizasiya ayırmaları ona
görə aparılır ki, onlar yekun günü üçün birja və ya bazar qiymətindən irəli gələn
daha aşağı dəyər üzrə qiymətləndirilsin. Əgər birja və ya bazar qiymətini
müəyyənləşdirmək mümkün deyilsə və əgər əldə etmə və ya hazırlama xərcləri
yekun günü üçün əmlak obyektlərindən ötrü qəbul edilə bilən dəyərdən
yüksəkdirsə, amortizasiya ayırmaları həmin dəyərədək həyata keçirilir. Bundan
başqa, əgər ayırmalar zəruridirsə, onlar ağlabatan kommersiya qiyməti üzrə
aparılmalıdır ki, gələcəkdə dəyərin azalıb-artması ilə əlaqədar əmlak
obyektlərinin dəyər qiymətinin dəyişməsinin qarşısı alınsın;
121.9.4. əsas və dövriyyə kapitalında olan qısamüddətli
və ya uzunmüddətli
tələblər üzrə amortizasiya ayırmaları o halda aparılır ki, bu tələblərin əsasları və
ya miqdarı barəsində borclunun etirazı vardır və ya borclunun əmlak vəziyyəti ilə
əlaqədar olaraq onların ödənilməsi təmin edilmir, hüquqi şəxsin isə yetərli
təminatları yoxdur. Belə tələblər tam miqdarda və ya ən azı ağlabatan
kommersiya qiyməti əsas götürülməklə ödənilə bilən məbləğədək silinir;
121.9.5. Bu Məcəllənin 121.9.2, 121.9.3 və 121.9.4-cü maddələrinə uyğun aşağı
dəyər qiymətini amortizasiya üçün əsasların olmadığı halda da saxlamaq
mümkündür;
121.9.6. amortizasiya ayırmaları bir də onun üçün həyata keçirilə bilər ki, əsas və
dövriyyə kapitalının əmlak obyektləri yalnız vergi hüququna müvafiq surətdə yol
verilə bilən amortizasiya üçün hesabdan silməyə əsaslanan daha aşağı dəyər üzrə
qiymətləndirilsin;
121.9.7. hüquqi şəxsin nizamnaməsinə görə şəriklərin göstərdikləri kapital və
ehtiyatlar nominal məbləğ üzrə qiymətləndirilir;
121.9.8. öhdəliklər geri ödənişlərin məbləğləri üzrə qiymətləndirilməlidir. Əgər
öhdəliklər üzrə geri ödənişlərin məbləği xərclərin məbləğindən çoxdursa, yaranan
fərq aktivlərin ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna
hədd qoyan maddəsi kimi qiymətləndirilə bilər və öhdəliyin qüvvədə olduğu dövr
ərzində eyni ölçülü illik paylar şəklində silinir.
121.10. Əldə etmə xərcləri əmlak obyektini əldə etmək və onu istismara hazır vəziyyətə
gətirmək üçün çəkilən xərclərdir, bu şərtlə ki, onlar ayrıca əmlak obyektinə aid edilə
bilsin. Əldə etmə xərclərinə onlarla bağlı olan yanakı xərclər və əldə etməyə çəkilən
əlavə xərclər də aiddir. Əldə etmə qiymətinin azalması əldə etmə xərclərindən çıxılır.
121.11. Hazırlama xərcləri əmlak obyektinin hazırlanması, genişləndirilməsi və ya onun
ilk vəziyyətindən kənara çıxan dərəcədə xeyli yaxşılaşdırılması üçün malların işlədilməsi
və xidmətlərin alınması nəticəsində əmələ gələn xərclərdir. Bu xərclərə xammala və
materiallara çəkilən xərclər, istehsal xərcləri və istehsalın xüsusi xərcləri aiddir.
Hazırlama xərcləri hesablanarkən onlara, hazırlamaya aid edilə bilmək şərti ilə, zəruri
olan ümumi maddi məsrəflərin, zəruri olan ümumi istehsal xərclərinin və əsas kapitala
amortizasiya ayırmalarının ağlabatan hissələri də aid edilə bilər. Ümumi idarəetmə ilə
bağlı olan pay xərcləri, habelə müəssisənin sosial təsisatlarına, könüllü sosial sığorta və
müəssisənin pensiya təminatı üzrə ödənişlərə çəkilən xərclər nəzərə alına bilər. Əvvəlki
iki cümləyə uyğun xərclər yalnız o halda nəzərə alına bilər ki, onlar hazırlama dövrünə
təsadüf etsin. Satış xərclərini hazırlama xərclərinə daxil etmək olmaz.
121.12. Borc kapitalı üçün faizləri hazırlama xərclərinə daxil etmək olmaz. Əmlak
obyektinin hazırlanmasını maliyyələşdirən borc kapitalı faizləri hazırlama dövrünə
təsadüf etdiyi halda nəzərə alına bilər; belə halda onlar əmlak obyektinin hazırlanmasına
çəkilən xərclər sayılır.