Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə28/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   24   25   26   27   28   29   30   31   ...   190

komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı 

dörddə birinin tələbi ilə kooperativ üzvlərinin kövbədənkənar ümumi yığıncağı idarə 

heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində 

müəyyənləşdirilmiş qaydada çağırılır. 

111.9. Kooperativin müşahidə şurası yaradıldıqda onun üzvlərinin sayı və səlahiyyət 

müddəti kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən müəyyənləşdirilir. Müşahidə 

şurasının iclası zərurət olduqda, lakin yarım ildə bir dəfədən az olmayaraq çağırılır. 

Müşahidə şurasının iclaslarının keçirilməsi qaydaları kooperativin nizamnaməsi ilə 

müəyyənləşdirilir. Nizamnamədə nəzərdə tutulmuş hallarda kooperativ üzvlərinin ümumi 

yığıncağı tərəfindən müşahidə şurası, yaxud onun ayrı-ayrı üzvləri onların səlahiyyət 

müddəti bitməzdən əvvəl geri çağırıla bilər. 

111.10. Kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə 

kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini 

aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ 

üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. 

İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin 

edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin 

edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin 

əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından 

əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin 

nizamnaməsi ilə müəyyənləşdirilir. 

111.11. Əgər idarə heyəti yaradılmışdırsa, nizamnamədə sədrin və idarə heyətinin 

səlahiyyətləri (təkbaşına və kollegial qaydada həyata keçirilən səlahiyyətlər) ayrıca 

göstərilməlidir. 

111.12. Kooperativin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə 

kooperativ üzvlərinin ümumi yığıncağı kooperativ üzvlərinin sayı əllindən çox olduqda 

təftiş komissiyası (azı üç nəfərdən ibarət), kooperativ üzvlərinin sayı əllidən az olduqda 

isə müfəttiş seçir. 

111.13. Kooperativin təftiş komissiyası (müfəttişi): 

111.13.1. maliyyə-təsərrüfat ilinin nəticələrinə görə kooperativin maliyyə 

vəziyyətini yoxlayır; 

111.13.2. kooperativ üzvlərinin ümumi yığıncağının, müşahidə şurasının sayı on 

faizdən artıq olan üzvlərin tələbi ilə, habelə öz təşəbbüsü ilə kooperativin 

maliyyə-təsərrüfat fəaliyyətini növbədənkənar yoxlayır. 

111.14. Kooperativin təftiş komissiyası (müfəttişi) yoxlamanın nəticələrinə əsasən 

kooperativin idarəetmə orqanlarına rəy təqdim edir. Müşahidə şurası və ya idarə 

heyəti (sədr) yoxlamanın nəticələrinə nizamnamədə nəzərdə tutulmuş qaydada 


baxır və müvafiq qərar qəbul edir. Qərarla razılaşmadıqda təftiş komissiyası 

(müfəttiş) kooperativ üzvlərinin ümumi yığıncağına müraciət edə bilər. 

111.15. Nizamnamədə nəzərdə tutulmuş hallarda kooperativ üzvlərinin ümumi 

yığıncağı tərəfindən təftiş komissiyası, yaxud onun ayrı-ayrı üzvləri və ya müfəttiş 

səlahiyyət müddəti bitməzdən əvvəl geri çağırıla bilər. (

2



Maddə 112. Kooperativdə üzvlüyə xitam verilməsi və payın keçməsi 

112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının 

dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin 

nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə 

payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin 

nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və 

kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. 

112.2. Kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri 

icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə 

nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. 

Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun 

olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq 

hüququ vardır. 

112.3. Əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin 

üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun 

bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin 

razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir 

hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri 

kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan 

istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 

112.4. Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində 

ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda 

kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə 

ödənilir. 

112.5. Kooperativ üzvünün şəxsi borclarına görə tutmanın kooperativ üzvünün payına 

yönəldilməsinə yalnız həmin borcları ödəmək üçün onun başqa əmlakı kifayət etmədikdə 

kooperativin nizamnaməsi ilə nəzərdə tutulan qaydada yol verilir. Kooperativ üzvünün 

borclarına görə tutma kooperativin bölünməz fondlarına yönəldilə bilməz. 



Maddə 113. Kooperativin yenidən təşkili və ləğvi 

113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən 

təşkil və ya ləğv edilə bilər. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə