Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə35/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   31   32   33   34   35   36   37   38   ...   190

127.1.3. kitabdan kitaba keçirilmək üçün ilkin sənədlər (əsaslandırıcı mühasibat 

sənədləri). 

127.2. Saxlanma müddəti müvafiq təsərrüfat kitabında sonuncu qeydiyyatın aparıldığı, 

inventar siyahısının tərtib edildiyi, ilkin və ya illik balansın qəbul edildiyi, təsərrüfat 

məktubunun alındığı və ya göndərildiyi və ya əsaslandırıcı sənədin yaradıldığı təqvim 

ilinin sonundan başlanır. 



Maddə 128. Hüquqi şəxsin sənədlərinin təqdim edilməsi 

128.1. Təsərrüfat kitablarının tərtibi, inventar siyahısının, habelə illik balansın tutulması 

ilə əlaqədar hüquqi şəxsin icra etməli olduğu bütün vəzifələri hüquqi şəxsin qanuni 

təmsilçiləri icra etməlidirlər. Əgər bunun üçün bir neçə şəxs cavabdehdirsə, onlardan hər 

biri birinci cümlədən irəli gələnləri icra etməyə borcludur. 

128.2. Hüquqi mübahisələr olduqda məhkəmə ərizəyə əsasən və ya öz mülahizəsi ilə 

tərəflərdən birinin bu Məcəllənin 127.1.1, 127.1.2 və 127.1.3-cü maddələrində 

göstərilmiş sənədlərinin təqdim olunmasını tələb edə bilərlər. Hüquqi mübahisədə belə 

sənədlər təqdim edildikdə onların məzmununa, əgər bu, mübahisə predmetinə toxunursa, 

tərəfləri cəlb etməklə baxılır və zərurət olduqda çıxarışlar edilir. Kitabların qalan 

məzmunu məhkəmə qarşısında onların lazımınca tərtib edilib-edilmədiyinin yoxlanılması 

üçün zəruri olan dərəcədə açılır. Əmlak mübahisələri, o cümlədən vərəsəlik və əmlak 

bölgüsü haqqında işlər zamanı məhkəmə ticarət kitablarının tam məzmunu ilə tanış 

olmaq üçün onların təqdim olunması barədə sərəncam verə bilər. 



§ 5. Hüquqi şəxslərin dövlət reyestri 

Maddə 129. Hüquqi şəxslərin dövlət reyestrinin aparılması 

129.1. Hüquqi şəxslərin dövlət reyestrini 

müvafiq icra hakimiyyəti orqanı

 

mərkəzləşdirilmiş qaydada illər üzrə və Azərbaycan Respublikasının hər bir inzibati ərazi 



vahidi üzrə, habelə digər meyarlar üzrə aparır. Zərurət olduqda hüquqi şəxslərin dövlət 

reyestrinin filialları yaradıla bilər. 

129.2. Hüquqi şəxslərin qeydə alınması məqsədi ilə bütün ərizələr hüquqi şəxslərin 

dövlət reyestrini aparan orqana verilir. (

10



Maddə 130. Qeydə alınmalı faktlar və saxlanmağa verilən sənədlər 



130.1. Dövlət reyestrində hüquqi şəxslərin onların qeydiyyatı ilə əlaqədar yazıda 

aşağıdakı məlumatlar göstərilməlidir: 

130.1.1. hüquqi şəxsin adı (firma); 

130.1.2. hüquqi şəxsin yerləşdiyi yaşayış məntəqəsi; 




130.1.3. hüquqi şəxsin təşkilati-hüquqi forması

130.1.4. maliyyə ili; 

130.1.5. hüquqi şəxsin hər bir təsisçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və 

yaşayış yeri; 

130.1.6. hüquqi şəxsin hər bir qanuni təmsilçisinin soyadı, adı, atasının adı, 

vətəndaşlığı və yaşayış yeri. 

130.2. Kommandit ortaqlığında yuxarıda göstərilənlərdən əlavə, hər bir kommanditçinin 

mayasının miqdarı haqqında məlumat göstərilməlidir. 

130.3. Məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində yuxarıda 

göstərilənlərdən əlavə, kapitalın miqdarı haqqında, hər bir təsisçinin mayasının miqdarı 

haqqında məlumatlar və müşahidə şurasının yaradıldığı halda onun hər bir üzvünün 

soyadı, adı, atasının adı, peşəsi və yaşayış yeri göstərilməlidir. 

130.3-1. Dövlət reyestrində həmçinin «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət 

reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər 

məlumatlar da əks etdirilməlidir. 

130.4. Qeydə alınmış faktın hər bir sonrakı faktik dəyişikliyi hüquqi şəxslərin dövlət 

reyestrində qeydə alınmaq üçün təqdim edilməlidir. Dəyişiklik yalnız hüquqi şəxslərin 

dövlət reyestrində qeydə alındığı andan hüquqi qüvvəyə minir. 

130.5. 

Müvafiq icra hakimiyyəti orqanı



 qeydiyyat üçün lazımi məlumatların təqdim 

edilməsi və ya hüquqi şəxslərin dövlət reyestrinə sənədlərin təqdim edilməsi vəzifələrini 

yerinə yetirməyən şəxslərdən bu vəzifələri yerinə yetirməyi tələb edə bilər. (

10



Maddə 131. Hüquqi şəxslərin qeydə alınması barədə ərizə 

131.1. Dövlət reyestrində hüquqi şəxsin qeydə alınmasına dair ərizə imzalanmış yazılı 

orijinal və bir surət şəklində təqdim edilir. 

Müvafiq icra hakimiyyəti orqanı

 ərizəni 

aldığını surətdəki qeydlə təsdiq edir. 

131.2. Hüquqi şəxslərin qeydiyyatı zamanı 

müvafiq icra hakimiyyəti orqanı

 hüquqi 

şəxsin konkret növünün qeydiyyatı üçün qoyulan şərtlərin yerinə yetirilib-yetirilmədiyini 

yoxlamağa borcludur. 

131.3. Bütün təsisçilər hüquqi şəxsin qeydə alınması barədə ərizəni imzalamalıdırlar. 

131.4. Hüquqi şəxsin qeydə alınması barədə ərizəni, habelə saxlanmaq üçün sənədləri 

hüquqi şəxsin qanuni təmsilçiləri təqdim edirlər. Ərizəni və saxlanmaq üçün sənədləri 

təqdim edərkən qanuni təmsilçi qeydiyyata verilən faktların və saxlanmağa verilən 

sənədlərin düzgünlüyünü təsdiqləyir. Ərizədə qanuni təmsilçinin imzası, habelə 




saxlanmaq üçün 

müvafiq icra hakimiyyəti orqanına

 verilən müəyyən imza xətləri notarius 

tərəfindən təsdiqlənməlidir. 



Maddə 132. Hüquqi şəxslərin dövlət reyestrində yazılar və qeydiyyat yazısının dərci 

132.1. Qeydə alınmış hüquqi şəxs hüquqi şəxslərin dövlət reyestrinə yazılır, qeydiyyata 

təqdim edilən sənədlər isə arxivə verilir. 

132.2. Hüquqi şəxsi qeydə aldıqdan sonra 

müvafiq icra hakimiyyəti orqanı

 hüquqi 


şəxslərin dövlət reyestrindən çıxarışı ərizəçiyə göndərməlidir. Ərizəçi hüquqi şəxslərin 

dövlət reyestrindən çıxarışı yoxlamalı və yanlışlıq tapdıqda bu barədə dərhal müvafiq icra 

hakimiyyəti orqanına yazılı məlumat verməlidir. 

132.3. Əgər çıxarış göndərildikdən sonra üç həftə ərzində ərizəçi yanlışlıq tapılması halı 

barəsində məlumat verməzsə, hüquqi şəxslərin dövlət reyestrindəki yazı Azərbaycan 

Respublikasının dövlət qəzetində dərc edilir. 

132.4. Hüquqi şəxs qeydiyyat məqsədi ilə yanlış məlumat verərsə, hüquqi şəxsin 

təsisçiləri və şərikləri birgə borclular kimi: 

132.4.1. çatışmaya bilən haqları verməli; 

132.4.2. hüquqi şəxsin yaradılması üçün çəkilən xərclərdən başqa, aldıqları 

ödənişlərin əvəzini verməli; 

132.4.3. əmələ gələn digər zərəri ödəməlidirlər. 



Maddə 133. Hüquqi şəxsin dövlət reyestrindən çıxarılması  

133.1. Hüquqi şəxs ləğv edildikdə və ləğvetmə tədbirləri həyata keçirildikdən 

sonra onun dövlət reyestrindən çıxarılması üçün «Hüquqi şəxslərin dövlət 

qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 

müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanına ərizə ilə müraciət edilməlidir. 

133.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı «Hüquqi 

şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan 

Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada hüquqi şəxsin dövlət 

reyestrindən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş 

şəxslərə məlumat verir. Hüquqi şəxsin ləğv edilməsi barədə reyestrdə müvafiq 

qeydlər aparılır. (

10



Maddə 134. Hüquqi şəxslərin dövlət reyestrinin aşkarlığı 

İstənilən şəxsin ixtiyarı vardır ki, hüquqi şəxslərin dövlət reyestrini gözdən keçirsin və 

reyestrdən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etsin. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə