1078-22.1. Sənədli qiymətli kağızlarla
təsdiqlənmiş hüquqlar qiymətli kağızların
mülkiyyətçisi tərəfindən həmin qiymətli kağızların sertifikatının təqdim edilməsi ilə
həyata keçirilir.
xcviii[495]
1078-22.2. Sənədsiz qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar həmin qiymətli
kağızlar barədə reyestr və ya "depo" hesablarında mülkiyyətçi, yaxud nominal saxlayıcı
barədə olan məlumatlarla reyestrdə qeydə alınmış şəxs barədə məlumatların
eyniləşdirilməsi ilə həyata keçirilir.
xcix[496]
1078-22.3. Sənədli qiymətli kağızların sertifikatları mərkəzi depozitarda saxlandıqda
həmin qiymətli kağızlarla
təsdiqlənmiş hüquqlar
mülkiyyətçinin tapşırığı ilə
mərkəzi
depozitarda saxlanılan qiymətli kağızın sertifikatının (
mülkiyyətçilərin siyahısı əlavə
olunmaqla) depozitar tərəfindən təqdim edilməsi ilə həyata keçirilir.
c[497]
Maddə 1078-23. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi
1078-23.1. Qiymətli kağızlar girovla və bu Məcəllədə nəzərdə tutulmuş digər öhdəliklərlə
yüklənə bilər və belə yüklənmə qiymətli kağızlar üzrə depozitar sistemində qeydiyyata alındığı
andan qüvvəyə minir.
ci[498]
1078-23.2. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi qaydası bu Məcəllə və
digər qanunvericilik aktları ilə müəyyən edilir.
1078-23.3. Qiymətli kağızların girovu barədə səlahiyyətli orqanların qəbul etdikləri
qərarlar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının apardığı rəsmi
reyestrdə əks etdirilir.
cii[499]
1078-23.4. Qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli
kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka
tutmanın yönəldilməsi və ya hüquqların
keçməsi həmin əmlaka tutmanın yönəldilməsi və ya hüquqların keçməsidir. Qiymətli
kağızlarla rəsmiləşdirilmiş hüquqlar (daşınmaz əmlakın ipotekası da daxil olmaqla)
üzrə mülkiyyətin əldə edənə keçməsi həmin qiymətli kağızın verilməsi ilə həyata
keçirilir.
ciii[500]
1078-23.5. Girov kağızı və ipoteka kağızının tədavülü qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-23.6. Qiymətli kağızlar üzrə girov hüquqları yalnız onların mülkiyyətçilərinin
tapşırıqları əsasında depozitar sistemində qeydiyyata alınnmalıdır.
1078-23.7. Bu Məcəllənin 1078-23.6-ci maddəsində nəzərdə tutulmuş tapşırıqda
aşağıdakılar öz əksini tapmalıdır: