Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə68/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   64   65   66   67   68   69   70   71   ...   78

137.3.  Ünvan  sahibinin  əvəzinə  məhkəmə  sənədlərini  qəbul  etmiş  şəxs,  bildiriş  vərəqəsində  öz 
soyadını,  adını,  atasının  adını,  ünvan  sahibinə  münasibətini,  yaxud  tutduğu vəzifəni  göstərməli  və 
imkan olan ilk anda məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 
M a d d  ə  1 3 8 .  Bildiriş vərəqəsinin məzmunu 
138.0. Bildiriş vərəqəsində aşağıdakılar göstərilməlidir: 
138.0.1. məhkəmənin adı və dəqiq ünvanı; 
138.0.2. məhkəmə sənədlərinin və qərarlarının verilməli olduğu şəxsin soyadı, adı, atasının adı; 
138.0.3. təqdim olunan sənədin adı; 
138.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 
138.0.5. təqdim edilməmənin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan 
və ilaxır); 
138.0.6. sənədin verildiyi şəxs; 
138.0.7. təqdim etmənin tapşırıldığı şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. 
M a d d  ə  1 3 9 .  Məhkəmə sənədlərini qəbul etməkdən imtina 
Məhkəmə  sənədlərinin  ünvanlandığı  şəxs  qanuni  əsas  olmadan  onları  qəbul  etməkdən  imtina 
edirsə, məhkəmə  sənədləri  təqdim  olunan  yerdə  qalmalıdır.  Bu  halda  təqdim  etmə  həyata  keçirilmiş 
hesab olunur. 
M a d d  ə  1 4 0 .  Məhkəmə çağırışları  bildirişləri 
140.1.  Məhkəmə  işdə  iştirak  edən  şəxsləri  məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında  xəbərdar 
etməlidir. 
140.2. Məhkəmə bildirişləri və çağırışları poçt vasitəsi ilə verilir. 
140.3.  İşdə  iştirak  edən  şəxslər,  məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında,  yaxud  ayrı‐ayrı 
prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəməyə çağırış vərəqələri ilə xəbərdar edilirlər. 
140.4. Şahidlərin, ekspertlərin, mütəxəssislərin və tərcüməçilərin məhkəməyə çağırışı da məhkəmə 
çağırış vərəqələri ilə həyata keçirilir. 
140.5. İşdə iştirak  edən şəxslərə məhkəməyə çağırış vərəqəsi məhkəmə iclasının tarixinə qədər 10 
gündən  güc  olmayaraq  verilir  ki,  işin  istənilən vəziyyətində  öz  müdafiəsini  hazırlamaq  və  vaxtında 
məhkəmə qarşısında dayanmaq üçün onların ixtiyarında kifayət qədər müddət olsun. 
140.6.  Çağırış vərəqələri  işdə iştirak  edən  şəxsin göstərdiyi  ünvana  göndərilir. Şəxs  faktiki  olaraq 
məhkəməyə  bildirilən  ünvanda  yaşamırsa,  çağırış  vərəqəsi  onun  iş  yerinə  göndərilə  bilər.  Təşkilata 
ünvanlanmış çağırış vərəqəsi onun olduğu yerə göndərilir. 
140.7.  Zərurət  olduqda  və  qanunla  nəzərdə  tutulmuş  hallarda  işdə  iştirak  edən  şəxslər,  şahidlər, 
ekspertlər,  mütəxəssislər,  tərcüməçilər  sifarişli  məktubla,  yaxud  xəbərdarlığın  alınması  barədə 
teleqramla,  çağırış  və  bildirişlərin  qeyd  edilməsini  təmin  edən  digər  rabitə  vasitələrindən  istifadə 
etməklə,  eləcə  də  məhkəmənin  tapşırığı  ilə  məhkəmə  işçisi  tərəfindən xəbərdar  edilə,  yaxud  çağırıla 
bilərlər. 
64 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06, maddə 402) ilə 141‐145‐ci maddələr çıxarılmışdır. 
65 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06, maddə 402) ilə 146‐cı maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilmişdir. 
əvvəlki redaksiyada deyilirdi: 
Belə  bir  məlumat  olmadıqda,  çağırış  vərəqələri  və  bildirişlər məhkəməyə  məlum  olan  axırıncı 
ünvana  göndərilir  və  çağırılan  şəxs  artıq  həmin  ünvanda  yaşamasa  da,  çağırış  vərəqəsi  və  bildiriş 
çatdırılmış hesab edilir. 
66 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 


06,  maddə  402)  ilə  147‐ci  maddədə  “çağırış  vərəqəsini”  sözləri  “məhkəmə  bildirişini”  sözləri  ilə, 
“çağırış vərəqəsi” sözləri “məhkəmə bildirişi” sözləri ilə əvəz edilmişdir. 
67 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06, maddə 402) ilə 149.2.3‐cü maddədən “qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin 
əsaslandırıldığı hüquqi tövsif,  sözləri çıxarılmışdır. 
68 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06,  maddə  402)  ilə  153.4‐cü  maddədə  “verilməli  və  ya  göndərilməlidir”  sözləri  “rəsmi  qaydada 
verilməlidir” sözləri ilə əvəz edilmişdir. 
69 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06, maddə 402) ilə 154.2.3‐cü maddədən “qanuna və digər normativ hüquqi aktlara, həmçinin” sözləri 
çıxarılmışdır. 
70 
17  aprel  2007‐ci  il  tarixli  319‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu(Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  5,  maddə  439)  ilə  155.1‐ci  maddənin  birinci 
cümləsində “ iş üzrə qətnamə çıxarılana qədər cavabdeh” sözləri “Cavabdeh” sözü ilə əvəz edilmişdir. 
71 
2  iyun  2008‐ci  il  tarixli  618‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 158.5.2‐ci maddədə “müəyyən 
edilmiş şərti maliyyə vahidi məbləğinin 200 misli miqdarında” sözləri “iki yüz iyirmi manat” sözləri 
ilə əvəz edilmişdir. 
72 
01  fevral  2010‐cu  il  tarixli  950‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(“Azərbaycan”  qəzeti  24  fevral  2010‐cu  il,  №  43,  Azərbaycan  Respublikasının  Qanunvericilik 
Toplusu,  2010‐cu  il,  №  2,  maddə  75)  ilə  160.1‐ci  maddədən “məhkəmə  qətnamələrinin  icrası  üçün 
müəyyən edilmiş qaydada” sözləri çıxarılmişdir. 
73 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06, maddə 402) ilə 168.1‐ci maddənin birinci cümləsində “iddia ərizəsinin surətini və ona əlavə edilmiş 
sənədləri  cavabdehə  göndərir  və  ya  təqdim  edir”  sözləri  “iddia  ərizəsinin  surətinin  və  ona  əlavə 
edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir” sözləri ilə əvəz edilmişdir. 
74 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06,  maddə  402)  ilə  168.2‐ci  maddənin  birinci  cümləsində  “cavabdehə”  sözündən,  ikinci  cümləsində  isə 
“sənədlərin” sözündən sonra “rəsmi qaydada” sözləri əlavə edilmişdir. 
75 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06,  maddə  402)  ilə  169.4‐cü  maddədə  “Bu  maddədə”  sözləri  “Bu  Məcəllənin  169.1‐169.3‐cü 
maddələrində” sözləri ilə əvəz edilmişdir. 
76 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06,  maddə  402)  ilə  170.3‐cü  maddədə  “Bu  maddədə”  sözləri  “Bu  Məcəllənin  170.1‐ci  və  170.2‐ci 
maddələrində” sözləri ilə əvəz edilmişdir. 
77 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə